“AZƏRBAYCANDA HƏKİMLƏR BİRLİYİ YARATMAQ LAZIMDIR” – Həkim-cərrahdan yeni model təklifi

Baxış sayı:
5449

Tikinti şirkəti tərəfindən evi qanunsuz olaraq uçurulan, buna görə kompensasiya ala bilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov Prezident İlham Əliyevin daha bir müraciət ünvanlayıb. Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib. Hüquqlarının bərpası, haqqının təmin olunması üçün məhkəmələrə müraciəti isə nəticəsiz qalıb. Bu haqda onun Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Açıq məktub vəmüraciəti, eləcə də, ayrı-atrı dövlət orqanlarına, parlament rəhbərliyinə olan şikayətləri “AzPolitika.info” saytında dərc edilib. Ancaq problem həll olunmamış qalır. Yeni müraciətində də ölkə başçısına bu haqda məlumat verən Qafar İskəndərov Prezidentə səhiyyə ilə bağlı önəmli təkliflər də verib. Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən müraciətdə Qafar İskəndərov bildirib: Möhtərəm Prezident ! Öncə Sizə bildirim ki, iqtidarda çalışan bəzi (Yeni Azərbaycan Partiyasının üzvləri ) məmurlar tərəfindən Sizlərə düzgün məlumatlar verilmir. Hazirda ölkəmizdə çox acınacaqlı vəziyyət yaranmışdır. Məmurlar qanunlara əməl etmir, hətta Sizin verdiyiniz fərman və sərəncamlaı da yerinə yetirmirlər. Nəticədə vətəndaşlar arasında dövlətə qarşı narazılıqlar kütləvi sürətdə artır, inamsizlıq yaranır. Bunları özüm haqqında 3 ildə apardığım konstitusion hüqüqlarımın bərpa olunmasına çalışmağımı və buna nail olamamağımı göstərə bilərəm. Möhtərəm Prezident! Mən Sizə və I Vitse- Prezident Mehriban Əliyevaya bir ay ərzində 40- a yaxın telegram, məktub və media vasitəsilə müraciətlər ünvanlamışam. Təəssüflər olsun ki, bu günə qədər nə müsbət , nə də mənfi cavab almışam. Ona görə ki, bu müraciətlər Sizdən gizlədilir. Sizə bir ay öncədən bəzi məmurların tutduğu vəzifələrə layiq olmadığı haqqında müraciətlərimdə yazmışdım. Hazırda mən Azərbaycanda çalışmasam da bir həkim kimi Azərbaycanın səhiyyəsindən də yan keçə bilmirəm. Azərbaycan Respublikasında, Siz və I Vitse-Prezident tərəfindən yeni tikilmiş səhiyyə müəssələrini dünya səviyyəsində nümünə kimi göstərmək mümkün olar. Təəssüf ki, onun daxili təchizatı utanc bir səviyyədədir. Dövlət xəstəxanalarında pambıq, bint, şpris, təzyiq ölcən aparatlar,qlükometr, qanda oksigeni və ürək ritmini ölçən cihazlar yoxdur və ya kifayət sayda deyildir. Bu siyahını davam etdirsəm, bir internet portalında yerləşdirmək olmaz. Möhtərəm Prezident! Mən Avropada, ərəb ölkələrində və keçmiş sovet ölkələrində çalışmışam. Sizi və bütün vətəndaşlarımızı əmin edə bilərəm ki, hazirda Azərbaycanda dünya səviyyəsində əməliyyat edə biləcək cərrahlarımız vardır. Lakin Səhiyyə Nazirliyinin apardığı səhv, bağışlanılmaz kadr siyasəti, səhv təchizat və düzgün olmayan təkmilləşmə siyasəti səhiyyəni pis günə goymuşdur. Səhiyyənin strukturunda yeniliklər aparılması zəruridir. Yəni Amerika kəşf etməyə ehtiyac yoxdur. Sadəcə Siz Asan Xidməti bir model kimi yaratdınız, bu təqdirə layigdir. Bu Asan Xidmət Avropa ölkələrində poçtlarda mövcuddur. Lakin Siz bunların hamısından üstün bir model yaratdınız. Bu model digər ölkələrə nümünə kimi göstərilə bilər. Mən də Azərbaycanda Həkimlər Birliyini yaratmaq təklifi ilə çıxış edirəm. Bu model bir çox ölkələrdə vardır. Bunların əsasında yeni bir model yaratmaq iqtidarındayam. Bu model yaradılarsa həm bütün həkimlərin, həm pasiyentlərin (xəstələrin ) xeyrinə və nəticədə Azərbaycan dövlətinin vətəndaşların xeyrinə olacaqdır. Bu model (birlik ) yaradılarsa, həkim və xəstələr arasinda olan bütün narazılıqlara son goyulacaq. Hüqüq mühafizə orqanlarına səhiyyə ilə bağlı şikayətlər azalacaq, vətəndaşlarımız düzgün ixtisaslaşmış tibbi yardım alacaqlar. Dövlət tərəfindən mənə dəstək göstərilərsə, bu model barədə mən çalışmağa hazıram. Onu da bəyan edim ki, bu qurum siyasətlə əlaqəsi olamayan və səhiyyə nazirliyinin kadr işlərinə qarışmayan, əksinə nazirliyə çox böyük yardımı olan bir birlik olacaqdır. Bu işlərə başlamaq üçün oncə səhiyyənin strukturunda tamamilə dəyişiklik aparılmalıdır. Bununla əlaqədar yaradılacaq işçi qrupa öz tövsiyələrimi verəməyə hazıram. İnaniram ki, bu işi bilən həkimlərimiz də çoxdur. Möhtərəm Prezident! İndi isə Azərbaycan Respublikasının Prezidentinin fərman və qərarlarını, Nazirlər Kabinetinin qərarlarını yerinə yetirməyən, hətta bunların əksinə hərəkət edən məmurların bəzilərinin adlarını Sizlərə təqdim edirəm. Nəsimi Rayon İcra başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov,Bakı Şəhər prokuroru İlqar Abbasov, Nəsimi rayon prokuroru Salman Məmmədli, müavini Rauf Qasımov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, hakimlər ( Pərviz Hüseynov, Əli Rüstəməv, Əhməd Nurməmmədov, İsmayil Xəlilov, Abiddin Hüseynov, Fuad Talışinski, Zaur Əliyev, Rəfael Eyvazov, Əflatun Qasımov, Əmir Bayramov, Namiq Məmmədov ), Binəqədi Rayon polis İdarəsinin rəisi Musa Musayev, Nəsimi rayon Polis idarəsinin rəis müavini Oruc Əmiraslanov. Bu siyaninı daha da artırmaq olar məncə kifayətdir. Möhtərəm Prezident! Müvafiq orqanlar da Sizlərə düzgün məlumat vermir. İndi yüksək texnologiyalar əsridir və bu da ( polis , prokurorluq və məhkəmə salonlarinda, qəbul otaqlarinda kameralar yerləşdirilib ) Azərbaycanda geniş tətbiq edilmişdir. Bu vasitələrlə həmin orqanlarda baş verənlər haqda daha dəqiq məlumat almaq olar. Bu da layiq olmadığı kreslolarda oturaraq Azərbaycanın imicinə ləkə gətirən məmurları vaxtında vəzifəsindən azad etməyə şərait yaradar. Vaxtınızı ayirib bu məgalani oxuduğunuz üçün təşəkkür edirəm. Hörmət və sayğılarla: Tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya proktoloqlar cəmiyyətinin üzvü, Çexiya həkimlər birliyinin üzvü, Avropa endoskopik cərrahlar birliyinin üzvü, Ali dərəcəli cərrah Qafar Bədəlxan oglu İskəndərov.”