​Azarkeşlər Azərbaycan bayrağına sarılaraq “Çelsi”nin qələbəsini qeyd etdilər – ÖZBƏKLƏR DƏ BAKIDA QƏLƏBƏ SEVİNCİ YAŞADILAR! – FOTO / VİDEOLAR

Baxış sayı:
7012

Dünən bütün dünyanın diqqəti Bakıya yönəlmişdi. Muxalifet.az xəbər verir ki, Azərbaycan paytaxtında UEFA Avropa Liqası çərçivəsində “Çelsi” və “Arsenal” komandaları arasında baş tutan möhtəşəm final matçı birincinin böyük üstünlüyü ilə başa çatdı. Qeyd edək ki, saytımızın oxucuları bu möhtəşəm qarşılaşmanı canlı olaraq izləmək imkanı əldə etdilər. O cümlədən kubokun təqdimolunma mərasimi və “Çelsi” futbolçullarının qələbədən doğan sevinc anları da Muxalifet.az tərəfindən canlı olaraq oxuculara nümayiş etdirildi. Bütün bunlarla yanaşı, futbol matçından sonra “Çelsi” azarkeşlərinin qələbə sevinci də oxucularımız tərəfindən lentə alınaraq, redaksiyamıza göndərilib. “Çelsi” azarkeşlərinin Azərbaycan və Türkiyə bayraqlarına sarılaraq qələbə sevincini bölüşdükləri həmin video-görüntüləri və fotonu dəyərli oxucularımızla bölüşürük. Nəzərinizə çatdıraq ki, həmin fotoda Bakıda final matçını izləyən Özbəkistan vətəndaşlarının qələbə sevinci əks olunur. Bu şəkil onu deməyə əsas verir ki, özbəklər də “Çelsi”yə azarkeşlik ediblər. Buyurun, həmin görüntülərlə tanış olun!