Axtarış

The search found 105785 results in 0.037 seconds.

Search results

  1. İSTANBULDA NÖVBƏTİ ATIŞMA - 1-i Azərbaycan vətəndaşı olmaqla 3 nəfər öldürüldü / VİDEO

    Ötən gün martın 31-də axşam saatlarında İstanbulun Başakşehir rayonunda, küçənin ortasında iki silahlı qrup arasında atışma baş verib.

    Türkiyə KİV-ləri xəbər verir ki, atışmada  1-i Azərbaycan vətəndaşı olmaqla 3 nəfər öldürülüb, bir nəfər suriyalı yaralanıb.

    Muxalifet4 - 1-04-2021

  2. Rusiya Ukrayna sərhədlərinə durmadan qoşun cəmləşdirir, ABŞ narahatdır - 53 BATALYON-TAKTİKİ QRUP...

    Rusiya ordusu intensiv şəkildə Ukrayna ilə sərhədə qoşun qruplaşmaları cəmləşdirir.

    Belə ki, neçə gündür Rusiya mənbələri qatarlarla Ukrayna ilə sərhədə tərəf zirehli və digər hərbi texnikanın daşınmasına dair görüntülər yayır. Bu qüvvələr hansısa təlim adı altında cəmləşdirilir. Rusiya ordusu o cümlədən Krım körpüsü üzərindən yarımadaya böyük sayda hərbi qüvvə yeridib.

    Muxalifet4 - 1-04-2021

  3. AZƏRBAYCANDA DAHA 26 NƏFƏR KORONAVİRUSDAN ÖLDÜ - Yoluxanların sayı yenə artdı

    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 248 yeni yoluxma faktı qeydə alınıb, 860 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 263 961 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 985 nəfər müalicə olunaraq sağalıb, 3 593 nəfər vəfat edib, aktiv xəstə sayı 20 383 nəfərdir.

    Son sutka ərzində 14 375, hazırkı dövrədək isə 2 888 033 test aparılıb.

     

    Muxalifet2 - 1-04-2021

  4. “UKRAYNA HƏR CÜR TƏXRİBATA CAVAB VERMƏYƏ HAZIRDIR” - Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda

    Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb.

    Bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

    Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: "Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".

    Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.

    Muxalifet2 - 1-04-2021

  5. “Rusiya hücum etsə Ukraynaya dəstək verəcəyik” - ABŞ MÜDAFİƏ NAZİRİNDƏN MÜHÜM MESAJ

    Ukrayna Müdafiə Nazirliyi ötən gün axşam Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinlə onun ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Donbassdakı vəziyyəti və Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini müzakirə ediblər. Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana bildirib ki, əgər Rusiya Ukrayna ilə münaqişəyə başlasa ABŞ müdaxilə edəcək.

    Muxalifet2 - 2-04-2021

  6. Şuşa ətrafında tapılan “İskəndər” raketi tam olaraq partlayıb - RƏSMİ

    “İskəndər” raketləri Şuşa istiqamətində iki ərazidə aşkar edilib.  

    Bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin operativ qərargahın rəisi İdris İsmayılov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşa ərazisində martın 15-də aşkar olunub: “Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketi aid olunduğu müəyyən olunub, hansı ki, bu kod “İskəndər”ə məxsusdur. 

    Muxalifet2 - 2-04-2021

  7. “UKRAYNA CAVAB ZƏRBƏSİ HAZIRLAYIR” – “Bölgədə amansız və dağıdıcı qarşıdurma olacaq”

    “Qərb Ukrayna ilə birlikdə Rusiyaya qarşı savaşa çıxacaq”

    Ukraynanın şərqində yerləşən Donbasda hərbi vəziyyət davam edir və böyük miqyaslı müharibə ehtimalı getdikcə artır. Xüsusilə də son bir ayda təmas xəttində gərgin durum yaranıb. 2021-ci il başlayandan bu yana cəbhə xəttində 23 ukraynalı əsgər öldürülüb. Ötən gün isə Rusiya qoşunlarının Ukrayna sərhədi boyunca və Krımda cəmləşdirilməsinə dair xəbərlər yayılıb.

    Muxalifet2 - 2-04-2021

  8. 12 ölkə Şimali Koreyada səfirliyini bağlayıb - Total məhdudiyyətt və defisit üzündən

    Koreya Xalq-Demokratik Respublikasında 12 ölkə və beynəlxalq humanitar təşkilat total məhdudiyyətlər, dərmanlar da daxil, vacib məhsulların kəskin defisiti səbəbilə, öz diplomatik nümayəndəliyini bağlayıb.

    Bu barədə aprelin 1-də Rusiya Federasiyasının Pxenyandakı səfirliyi xəbər verib.

    Muxalifet2 - 2-04-2021

  9. Bakıda mühafizəçiləri otağa salıb, 60-dan çox ağacı məhv etdilər - VİDEO

    Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.

    Hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında qeydə alınıb.

    Ərazidə fəaliyyət göstərən sahibkar Vüqar Dəmirov “Report”a bildirib ki, məhv edilən ağaclar Xan çinarı və leylandr növünə aid olub.

    Muxalifet2 - 2-04-2021

  10. "RAMAZAN AYINDA KARANTİN SƏRTLƏŞDİRİLƏ BİLƏR" - "Maska ilə bağlı yeni qərar verəcək"

    "Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə hökumət və adiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görsənə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaqla artıq çox da fayda verilməyəcək".

    Bu sözləri "Musavat TV"nin efirində deputat Rəşad Mahmudov bildirib.

    Muxalifet2 - 2-04-2021

  11. "İSKƏNDƏR"LƏRİ AZƏRBAYCANA RUSİYA ATIB? - "Ermənistan ordusunda “M” indeksli model yoxdur, deməli..."

    Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir.

    Muxalifet2 - 2-04-2021

  12. “Azərsu” ASC-nin əməkdaşı iş yerində intihar etdi

    Bakıda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, “Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı iş yerində - Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

    Muxalifet2 - 2-04-2021

  13. Ağstafada pul tələb edən “jurnalist”lər tutulub

    Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri Fazil Quliyev və Vüsal Zeynalov saxlanılıb.

    Muxalifet2 - 2-04-2021

  14. Selçuk Bayraktar: ”Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi” - VİDEO

    Pilotsuz uçuş aparatların tanınmış mütəxəssisi, əfsanəvi “Bayraktar” hərbi dronlarının yaradıcısı Selçuk Bayraktar Bakıdadır.
     
    O, Azərbaycan Televiziyasına eksklüziv müsahibə verib.
     
    “Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi. Bu yara 30 il idi qanayırdı. Mühəndis olaraq bu zəfərə bir qatqımızın olması həyatımız boyu əldə edə biləcəyimiz ən böyük şərəfdir” deyən Bayraktar ölkəmizdə nəzərdə tutulan layihələrdən danışıb.
     
    O, Bakıda dünyanın ən böyük hava Texnologiya festivalı - “Teknofest”in təşkil olunacağını qeyd edib.

    Muxalifet2 - 2-04-2021

  15. Bakıda müəllim koronavirusdan öldü - FOTO

    Bakıda müəllim koronavirusdan vəfat edib.

    Oxu.Az xəbər verir ki, bu barədə məlumat Tahir Hacıyev adına 252 nömrəli orta məktəb-liseyin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

    Məktəbin ingilis dili müəllimi Nərminə Əliyeva koronavirusdan vəfat edib. 

    Muxalifet2 - 2-04-2021

  16. Putinin mətbuat katibindən Qarabağda “İskəndər” raketlərinin qalıqlarının tapılmasına REAKSİYA

    Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda “İskəndər” raketlərinin qalıqlarının tapılmasına münasibət bildirib.

    Bu barədə Rusiya mətbuatı yazıb.

    “Bu yeni informasiyadır. Bu barədə məlumatım yoxdur. “İskəndər”lər konflikt zamanı tətbiq olunmayıb və bu, təsdiqlənib”, - deyə D.Peskov bildirib.

    Muxalifet2 - 2-04-2021

  17. DTX-nin həbs etdiyi məmura hökm oxundu - VİDEO

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Məhkəmənin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet2 - 2-04-2021

  18. ƏHMƏD ƏHMƏDZADƏ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Prezident sərəncam imzaladı

    Əhməd Cuma oğlu Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

    Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, 76 yaşlı Ə.Əhmədzadə 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi.

    Muxalifet2 - 2-04-2021

  19. İKİ PARTİYA SƏDRİ “TOQQUŞDU” – Məmmədov uşaqpulu istəyənləri təhqir etdi, İbadoğlu sərt cavab verdi

    "“Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik".

    "AzPolitika.info" xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb. O, statusunda uşaqpulu tələbi ilə çıxış edən müxalifət nümayəndələri və ekspertlər haqqında aşağılayıcı ifadələr işlədib: "Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etməyib".

    Muxalifet2 - 2-04-2021

  20. Azərbaycanda daha 2361 nəfər koronavirusa yoluxdu – 24 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb, 822 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22898 nəfərdir.

    Muxalifet2 - 2-04-2021

Pages