Selçuk Bayraktar: ”Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi” - VİDEO
2-04-2021 13:46
Baxış sayı:
1291

Pilotsuz uçuş aparatların tanınmış mütəxəssisi, əfsanəvi “Bayraktar” hərbi dronlarının yaradıcısı Selçuk Bayraktar Bakıdadır.
O, Azərbaycan Televiziyasına eksklüziv müsahibə verib.
“Gənclik illərimizdə Qarabağ məsələsi içimizdə yara idi. Bu yara 30 il idi qanayırdı. Mühəndis olaraq bu zəfərə bir qatqımızın olması həyatımız boyu əldə edə biləcəyimiz ən böyük şərəfdir” deyən Bayraktar ölkəmizdə nəzərdə tutulan layihələrdən danışıb.
O, Bakıda dünyanın ən böyük hava Texnologiya festivalı - “Teknofest”in təşkil olunacağını qeyd edib.