"RAMAZAN AYINDA KARANTİN SƏRTLƏŞDİRİLƏ BİLƏR" - "Maska ilə bağlı yeni qərar verəcək"

Baxış sayı:
2518

"Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə hökumət və adiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görsənə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaqla artıq çox da fayda verilməyəcək".

Bu sözləri "Musavat TV"nin efirində deputat Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, burda əsas məqsəd yolu bağlamaq deyil, cəmiyyət getdiyi yerdə epidemioloji qaydalara riayət etmək mədəniyyəti göstərərsə, ölkədə heç bir yeri bağlamağa ehtiyac qalmayacaq: "Ramazan ayında hamının özünə vəzifə borcu kimi qəbul etdiyi bir çox xüsusiyyətlər var. Bunalara bayramda birlikdə olmaq, ünsiyyətin daha çox olması da daxildir. Novruz bayramında biz 700-800 rəqəmlrini görürdüksə, bu gün 2 min-3 min rəqəmlərini görürük. Burda məqsəd kiminsə bayarmını əlindən almaq və ya əngəl törətmək deyil. Hər bir dövlət məsuliyyət daşıyır ki, ola biləcək təhlükələrə qarşı cəmiyyətini qoruya bilsin.

Rəqəmlərin bu şəkildə artdığı müddətdə təhsildə atıldığı kimi başqa preventiv tədbirlərinin atılması məcburiyyəti doğa bilər. Çünki istənilən kütləvi yer, istər restoran, istərsə də məscidlərdə yaxın təmas olduğu müddətdə təhlükə yarada bilir. Bunu nəzərə alan hökumətlər də ola biləcək təhlükələr qarşısında iqtisadi və digər zərərlərə rəğmən önləm almaq məcburiyyəti daşıyır".

"Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq" - deyə, Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər: "Biz keçən il yayda evlərimizdə bağlı idik. Bu gün Operativ Qərargahda hazırlıqlar gedir. Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq. Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil. Bu qərarların arxasında Dünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən adiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.

Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".