Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
“PUTİNİN VƏZİYYƏTİ BƏRBADDIR” – “Kreml rəhbəri Rusiyanın dirçəldilməsi layihəsindən imtina edib”
Məlum olduğu kimi, 2014-cü ildə Krımın və Donbasın işğalından sonra Rusiyanın Qərblə olduqca ciddi problemləri yaranıb. Son zamanlar, xüsusilə də Co Bayden ABŞ Prezidenti seçiləndən sonra bu problemlər daha da kəskinləşib. Hətta bu günlərdə Co Bayden Vladimir Putini “qatil” adlandırmaqdan belə çəkinməyib.
Muxalifet2 - 19-03-2021
Gürcüstanda tibb bacısına peyvənd vuruldu və... - 15 DƏQİQƏ SONRA REANİMASİYALIQ OLDU
Gürcüstanın Axalsıx şəhərində “Imedi” klinikasında koronavirus əleyhinə peyvənd edildikdən sonra 30 yaşlı tibb bacısının vəziyyəti pisləşib.
Bu barədə yerli xəbər agentliyi “Samkhretis Caribche” məlumat yayıb. Qadının vəziyyəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin dediyinə görə, tibb bacısı “AstraZeneca” peyvəndi vurulandan 15 dəqiqə sonra bu vəziyyətə düşüb. Baş verənləri öyrəndikdən sonra tibb bacısının yaxınları klinikada dava salmağa çalışıb, bir neçə pəncərəni qırıblar. Əraziyə polis cəlb edilib.
Muxalifet2 - 19-03-2021
Əfv Sərəncamının icrasına başlanıldı - 475 NƏFƏR AZADLIQDA
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Muxalifet2 - 19-03-2021
Ermənistanda nazir jurnalisti döydü - VİDEO
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan jurnalist Paylak Faxradyana hücum edib.
Bu barədə sosial şəbəkə hesabında erməni jurnalist özü məlumat paylaşıb.
O bildirib ki, insident Yerevandakı kafelərdən birində baş verib. Belə ki, jurnalist günorta saatlarında nazirə yaxınlaşaraq iş vaxtı kafedə olmasının səbəbini soruşub.
Muxalifet2 - 19-03-2021
Türk polis məmurunun oğluna Azərbaycandan bayraq hədiyyəsi - “BÖYÜYƏNDƏ AZƏRBAYCAN POLİSİ OLMAQ İSTƏYİRƏM...”
Türkiyənin Gazipaşa şəhərində xidmət edən polis məmuru Naşit Dayanın azyaşlı oğlu televizorda gördüyü Azərbaycan bayrağına heyran qalıb. Və atasından Azərbaycan bayrağı istəyib. Türkiyə mediası xəbər verir ki, polis məmuru Naşit Dayan oğlunun bu istəyini yerinə yetirmək üçün sosial şəbəkə üzərindən Azərbaycan polisi ilə əlaqə yaradıb. Oğlu Yiğit Hamzanın onları və Azərbaycan bayrağını çox sevdiyini bildirərək onlardan bayraq istəyib.
Muxalifet2 - 19-03-2021
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı - QƏRAR
Nazirlər Kabineti xüsusi karantin rejiminin uzadılması və aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.
Aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
Muxalifet2 - 19-03-2021
"BAYDENİN SÖZLƏRİ QƏBULEDİLMƏZDİR" - Ərdoğan Putini müdafiə etdi
“Bu, dövlət başçısına yaraşmayan ifadədir. Bir prezidentin durub Rusiya kimi dövlətin başçısı haqqında belə bir ifadə istifadə etməsi qəbuledilməz, həzmolunmazdır”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Fikrimcə, cənab Putin çox ağıllıca, şık şəkildə lazım olanı edib”, - R.T.Ərdoğan vurğulayıb.
Muxalifet2 - 19-03-2021
"Hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək" - PREZİDENTİN KÖMƏKÇİSİ
“Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan başqa, hər hansı bir sərtləşdirmə tədbirləri həyata keçirilməyəcək”.
Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Muxalifet2 - 19-03-2021
“Nar” "YAŞAT" Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edir
“Nar” “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və ağır yaralanan qazilər üçün həyata keçirdiyi aksiyaya qoşulub. Belə ki, müxtəlif şirkətlərin dəstəyi ilə reallaşan aksiya çərçivəsində şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılması nəzərdə tutulur. Məqsəd şəhid ailələri və qazilərin daima, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
Muxalifet2 - 19-03-2021
Onlar 30 il sonra Novruzu bayram kimi qeyd edəcəklər... - VİDEO
Azərbaycan Televiziyası Novruz bayramı günlərində yeni sənədli filmin təqdimatını edəcək.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Bir başqa yaz” adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.
Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə - Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.
Muxalifet2 - 19-03-2021
Putinlə Bayden arasında görüşün mümkün tarixi AÇIQLANDI
"ABŞ Prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında mümkün görüş martın 19-u, yaxud 22-i baş tuta bilər".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinlə C.Bayden arasında danışıqların tarixi barədə sualı cavablandırarkən deyib.
Muxalifet2 - 19-03-2021
Azərbaycanda daha 879 nəfər koronavirusa yoluxdu – 11 NƏFƏR DƏ VƏFAT ETDİ
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.
Muxalifet2 - 19-03-2021
“Keçmişi dəfn etməyin və irəliləməyin vaxtı gəlib...” - Pakistan Ordusunun Baş Qərargah rəisi
“Stabil Hindistan və Pakistan (Stable Indo-Pak) münasibətləri Şərqi və Qərbi Asiya arasında əlaqəni təmin edərək Cənubi və Orta Asiyanın istifadə olunmamış potensialını açmaq üçün bir açardır”.
“AzPolitika.info” xarici KİV-ə istinadla bildirir ki, bunu Pakistan Ordusunun Baş Qərargah rəisi, general Qəmər Cavid Bəcva dünən İslamabad Təhlükəsizlik Dialoqunda çıxışı zamanı deyib.
Muxalifet2 - 19-03-2021
Hacı İbrahim Nehrəmli məhkəməyə verildi - Borcunu ödəməkdən yayınır
İş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta Konserni” MMC məhkəməyə verilib. HİT.Az xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir.
İş Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. Martın 12-də hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 5-nə təyin edilib.
MMC-nin vergi borcuna görə məhkəməyə verildiyi bildirilir.
Hacı İbrahim Nehrəmli Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.
Muxalifet2 - 19-03-2021
Bayden Putinin dialoq təklifinə cavab verdi - "ƏMİNƏM Kİ, NƏ VAXTSA..."
ABŞ Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinin dialoq təklifinə münasibət bildirib. Bayden mövzu ilə bağlı jurnalistlərə açıqlama verib.
“Əminəm ki, nə vaxtsa danışacağıq”, - Bayden vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni canlı yayımda debata dəvət edib. Rusiya lideri cümə və bazar ertəsi Baydenlə müzakirələrə hazır olduğunu söyləyib.
Muxalifet2 - 19-03-2021
AZƏRBAYCANA BAHAR GƏLDİ! - Novruz Bayramınız mübarək!
Azərbaycana yaz fəsli daxil oldu.
Muxalifet.az xəbər verir ki, bu il yaz fəsli ölkəyə martın 20-də, yerli vaxtla saat 13:37-də daxil olacaq.
Bu gündən Günəş öz orbiti üzrə hərəkət edərək, göy ekvatorunu kəsir. Yəni cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.
Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir. Bununla da Şimal yarımkürəsinə yaz fəsli daxil olur.
Muxalifet.az dünya azərbaycanlılarını Novruz Bayramı münasibətilə təbrik edir!Muxalifet2 - 20-03-2021
Bu gündən martın 29-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən martın 29-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günüdür.
Muxalifet2 - 20-03-2021
Bayden təyyarənin nərdivanına qalxarkən büdrədi - VİDEO, FOTO
ABŞ Prezidenti Co Bayden cümə günü Corciya ştatına uçmazdan əvvəl xidməti təyyarəsinin nərdivanına qalxarkən iki dəfə büdrəyib.
APA xəbər verir ki, bu barədə ABŞ-ın yerli telekanalları məlumat yayıb.
Qeyd edək ki, 78 yaşlı ABŞ lideri Ağ Evdən Merilend ştatındakı Endryus hərbi bazasına helikopterlə gəlib. Bayden nərdivanla sürətlə qalxarkən büdrəyib.
Buna baxmayaraq, ABŞ prezidenti özünü toparlayaraq hava bazasında olan hərbçilərə salam verib.
Muxalifet2 - 20-03-2021
MƏHKƏMƏ RAMİZ MEHDİYEVİN QƏRARINI LƏĞV ETDi - Akademik işinə bərpa olundu
Martın 16-da Səbail rayon məhkəməsində AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sabiq direktoru Əlövsət Quliyevin şikayətinə baxılıb.
Ovqat.com-un məlumatına görə, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə Əlövsət Quliyevin işdən azad edilməsinin qanuni əsasının olmadığına və onun yenidən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpasına qərar verib.
Muxalifet2 - 20-03-2021
PREZİDENT CIDIR DÜZÜNDƏ NOVRUZ TONQALI YANDIRDI - FOTOLAR / VİDEO
Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə Novruz bayramı tonqalını yandırıb.
Bununla bağlı görüntüləri Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.
Görüntüləri təqdim edirik:
Muxalifet2 - 20-03-2021