Bu gündən martın 29-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
20-03-2021 00:24
Baxış sayı:
790

Bu gündən martın 29-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.
Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 29-dək Azərbaycanda qeyri-iş günüdür.