Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. Hüquq müdafiəçiləri Avropa qurumlarını fəaliyyətsizlikdə ittiham edirlər

    Siyasi Məhbusların Monitorinqi Mərkəzi yaydığı bəyanatda Avropa qurumlarını insan hüquqlarının pozulması ilə əlaqədar passiv mövqeyə görə tənqidə məruz qoyub.
     

    Muxalifet - 29-08-2017

  2. Vəkil Mehman Əliyevlə görüşüb

    "Avqustun 29-da 1 saylı Bakı İstintaq Təcridxanasında Mehman Əliyevlə görüşdüm". Bunu vəkil Fariz Namazlı bildirib.
     
    Vəkil deyib ki, M.Əliyev avqustun 28-də təcrdrixanaya gətirilən zaman tibbi müayinədən keçib və sağlıq durumunda hər hansı problem yoxdur.
    "Görüş 2 saata yaxın çəkdi, biz istintaqla bağlıı bəzi məsələləri müzakirə etdik. M. Əliyevin həbsinə hər hansı əsas olmayıb, onun barəsində hec bir ilkin sübut təqdim edilməyib. Hələlik durumu yaxşıdır, hamıya salamlar göndərdi" .

    Muxalifet - 29-08-2017

  3. AŞPA həmməruzəçiləri sentyabrda Bakıya gələcəklər

    Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda sentyabr ayında Bakıya səfər edəcək.
     
    Bu barədə AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak öz “Twitter” səhifəsində yazıb.

    Muxalifet - 29-08-2017

  4. Müsavat başqanı Vasif Talıbovun kitab siyahısına etiraz etdi

    Arif Hacılı: "Ardınca yəqin oxunması məsləhət olmayan kitabların siyahısı təsdiqlənər"
     

    Muxalifet - 29-08-2017

  5. Meşədə qız üstündə qan töküldü – İki nəfər yaralandı

    Qəbələ rayonunda bıçaqlanma baş verib.
     
    Rayonun Zağan kəndində Bakı şəhər sakini Tərlan Nəsirli rayon sakinləri Tural Tağıyev və Babək Muradxanovu bıçaqlayıb.
    Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
    Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərlan Nəsirli tutulub.
    Məlumata görə, avqustun 25-də Tərlan Nəsirli Qəbələ rayonuna gəzməyə gedib. Meşə zolağında gəzən zaman Tural Tağıyev və Babək Muradxanov onun yanında olan qıza söz atıblar.

    Muxalifet - 29-08-2017

  6. 4 tanınmış jurnalist Mehman Əliyevə zamin durur

    4 jurnalist “Turan” İnformasiya Agentliyinin həbsdəki direktoru Mehman Əliyevin azadlığa buraxılmasına yardım etməsindən ötrü prezident İlham Əliyevə müraciət göndərib.
     
    “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi”nin rəhbəri Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu M.Əliyevin məhkəməyədək azadlığa buraxılmasından ötrü zamin durduqlarını müraciətlərində ifadə ediblər.

    Muxalifet - 29-08-2017

  7. “Turan” İnformasiya Agentliyinin BƏYANATI

    “Turan”İnformasiya Agentliyi bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı təqdim edir:

    Muxalifet - 29-08-2017

  8. Gənc qadın və rəfiqəsinə 12 bıçaq vuruldu - BAKIDA

    Hadisə səhər saatlarında Qara Qarayev prospektində baş verib
     
    Səhər saat 5:00 radələrində Bakının Nizami rayonunda iki gənc qadın bıçaqlanıb.
    Hadisə Qara Qarayev prospekti, ev 61 ünvanında yerləşən binanın giriş qapısının qarşısında baş verib.
    1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun 1985-ci il təvəllüdlü rəfiqəsi Mikayılova Elnarə Yanar qızına naməlum şəxs və ya şəxslər tərəfindən hər birinə 6 bıçaq zərbəsi vurulub. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 30-08-2017

  9. Yaponiya baş nazirinin müavini Hitlerə görə üzr istədi

    Taro Aso bildirib ki, Hitlerin motivləri ilə bağlı dediklərində yanılıb
     
    Yaponiya baş nazirinin müavini, maliyyə naziri və Nazirlər Kabinetinin başçısı Sindzo Abenin ən yaxın dostu Taro Aso Adolf Hitler haqqında söylədiyi fikirlərə görə üzr istəyib.
    O, ötən gün tərəfdarları olan gənc siyasətçilər qarşısında mühazirə ilə çıxış edib.
    Yaponiya Maliyyə İdarəsinin rəhbəri bildirib ki, nəticə çox vacibdir:
    "Bir neçə milyon adam öldürən Hitlerin motivləri nə qədər düzgün olsa da, bu, sonda işə yaramır".

    Muxalifet - 30-08-2017

  10. Bakıda yaşlı qadını cərəyan vurub

    Onun vəziyyəti orta-ağırdır
     
    Bakının Qaradağ rayonunda cərəyan vurması hadisəsi baş verib.
    Hadisə Müşfiqabad qəsəbəsindəki evlərdən birində qeydə alınıb.
    1967-ci il təvəllüdlü Həsənova Nuridə Ələkbər qızı evdə iş görən zaman ehtiyatsızlıqdan onu cərəyan vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

    Muxalifet - 30-08-2017

  11. Polis maşını işıq dirəyinə çırpıldı, 2 POLİS YARALANDI

    Hadisə axşam saatlarında Öysüzlü kəndində baş verib
     
    Gecə saatlarında Tovuz rayonunun Öysüzlü kəndində Polis Patrul Xidməti maşınının iştirakı ilə qəza baş verib.
    Qəza nəticəsində 1993-cü il təvəllüdlü Məmmədov Xəyal Tahir oğlu və Qazqulu kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Arzu Xaliq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Hadisə avtomobilin sürətlə hərəkətdə olan zaman işıq dirəyinə çırpılması nəticəsində baş verib. Onların hər ikisi polis çavuşudur və vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

    Muxalifet - 30-08-2017

  12. Prospektdə yaşlı kişini maşın vuraraq öldürüb - FOTO

    Hadisə Nəsimi rayonu ərazisində baş verib
     
    Bakının Nəsimi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Ziya Bünyadov prospektində yolu keçmək istəyən yaşlı kişini Etibar İsgəndərovun idarə etdiyi "90-ZR-927" dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobil vurub.
    Piyada hadisə yerində keçinib. Sürücü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Muxalifet - 30-08-2017

  13. Ruhani Səudiyyə Ərəbistanını terrorçuları dəstəkləməkdə ittiham edib

    Bunlar Tehranla Ər-Riyad arasında əlaqələrin yaxşılaşdırılması üçün əsas maneədir
     
    İran prezidenti Həsən Ruhani bildirib ki, Səudiyyə Ərəbistanı Yəmən və Suriyada terrorçulara dəstəyini dayandırmalıdır.
    RİA "Novosti" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Muxalifet - 30-08-2017

  14. Boks üzrə dünya çempionu məşq zamanı ölüb

    Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub
     
    Dünya Boks Federasiyası versiyası üzrə yarım yüngül çəkidə dünya çempionu olan fransalı Anjelik Düşman məşq zamanı ölüb.
    RİA "Novosti" xəbər verir ki, 26 yaşlı idmançı Tüir bələdiyyəsində yerləşən boks klubunda məşq zamanı özünü pis hiss edib.
    Qıza ürək masajı edilib və o, xəstəxanaya aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb. Ona təxmini olaraq ağciyər arteriyalarının emboliyası diaqnozu qoyulub.

    Muxalifet - 30-08-2017

  15. 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb – MİNGƏÇEVİRDƏ

    Uşaq pəncərə torunun yerindən çıxması nəticəsində aşağı düşüb
     
    Mingəçevir şəhərində ehtiyatsızlıq nəticəsində dördüncü mərtəbədən yıxılan körpə sağ qalıb.
    Hadisə şəhərin Aydın Məmmədov küçəsi 16, mənzil 57-də baş verib.

    Muxalifet - 30-08-2017

  16. Vaşinqton Ərdoğanın mühafizəçilərini ittiham edib

    Rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb.
     
    “Assoşieyted Press”-in verdiyi xəbərə görə, etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan  15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.  

    Muxalifet - 30-08-2017

  17. Daşkəsəndə qadın intihara cəhd etdi - ÖZÜNÜ ASDI VƏ...

    Daşkəsəndə intihar cəhdi hadisəsi baş verib.
     
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Aysel Abdullayeva yaşadığı evdə özünü asıb. Qadın yaxınları tərəfindən xilas olunaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
    A. Abdullayevanın hansı səbəbdən intihara cəhd etdiyi hələ ki, məlum deyil.
    Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet - 30-08-2017

  18. Gəncədə 18 yaşlı oğlan bıçaqlanıb

    Gəncədə bıçaqlanma olub.
     
    Şəhər sakini 1999-cu il təvəllüdlü Vilayəddin Hüseynov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən gəncin vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə, V. Hüseynov şəhərin Dədə Qorqud küçəsindəki parkda bıçaqlanıb. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 30-08-2017

  19. “Turan” İnformasiya Agentliyinin BƏYANATI

     “Turan”İnformasiya Agentliyi bəyanat yayıb. Muxalifet.az həmin bəyanatı təqdim edir:

    Muxalifet - 30-08-2017

  20. 4 tanınmış jurnalist Mehman Əliyevə zamin durur

    4 jurnalist “Turan” İnformasiya Agentliyinin həbsdəki direktoru Mehman Əliyevin azadlığa buraxılmasına yardım etməsindən ötrü prezident İlham Əliyevə müraciət göndərib.
     
    “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Jurnalistikanın inkişafına yardım Mərkəzi”nin rəhbəri Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu M.Əliyevin məhkəməyədək azadlığa buraxılmasından ötrü zamin durduqlarını müraciətlərində ifadə ediblər.

    Muxalifet - 30-08-2017

Pages