Meşədə qız üstündə qan töküldü – İki nəfər yaralandı
29-08-2017 21:18

Qəbələ rayonunda bıçaqlanma baş verib.
Rayonun Zağan kəndində Bakı şəhər sakini Tərlan Nəsirli rayon sakinləri Tural Tağıyev və Babək Muradxanovu bıçaqlayıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.
Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tərlan Nəsirli tutulub.
Məlumata görə, avqustun 25-də Tərlan Nəsirli Qəbələ rayonuna gəzməyə gedib. Meşə zolağında gəzən zaman Tural Tağıyev və Babək Muradxanov onun yanında olan qıza söz atıblar.
Bu zaman mübahisə yaranıb, Tərlan Nəsirli hər iki kənd sakini bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb.