Axtarış

The search found 105779 results in 0.015 seconds.

Search results

  1. Lənkəranskinin ən yaxın adamını döydülər - OĞRU ADI ƏLİNDƏN ALINDI

    Türkiyədə məskunlaşmış gürcü əsilli qanuni oğru Tamaz Barklayanın oğru titulu əlindən alınıb.
     
    Rusiya KİV-ə istinadən məlumatına görə, 63 yaşlı "Kotoma Senakski” ləqəbli Barklayanı oğru titulundan "Ded Xasan”a yaxın klan üzvləri keçirdikləri sxodka zamanı məhrum ediblər.
    Məlumata görə, bundan sonra "Ded”ə yaxınlığı ilə tanınan qanuni oğrular Laşa Bardjqa, Aleko Şoşiya və Entso Batumski Barklayanı vəhşicəsinə döyüblər. Barklaya hazırda xəstəxanaya yerləşdirilib./Lent.az

    Muxalifet - 13-06-2017

  2. BƏƏ və Səudiyyə Ərəbistanından Qətərə güzəşt...

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə və Qətərdən reyslər həyata keçirərkən Əmirliklərin hava məkanı və aeroportlarından istifadə etməyə icazə verib.
     
    Bu barədə Trend BƏƏ Mülki Aviasiya İdarəsinə istinadən məlumat verir.
    Analoji qərar Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi tərəfindən də qəbul edilib.

    Muxalifet - 13-06-2017

  3. Respublikaçılar Tramp-Komi görüşünün yazısını tələb edir

    Respublikaçı qanunvericilər prezident Donald Tramp və Federal Təhqiqatlar Bürosunun (FBI) keçmiş direktoru Ceyms Komi arasında danışıqlar əgər yazılıbsa, bu halda onların açıqlanması üçün Ağ Evə təzyiq göstərir.
     
    Bu, Trampın fevral ayında Ağ Evdə Komi ilə görüş zamanı keçmiş milli təhlükəsizlik müşaviri Flinnlə bağlı təhqiqatı dayandırması üçün təzyiq göstərib-göstərmədiyi məsələsinə aydınlıq gətirə bilər. FBI o zaman Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparırdı.

    Muxalifet - 13-06-2017

  4. AŞPA Nazirlər Komitəsi İlqar Məmmədovu azad etməyə çağırdı

    Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanda "müsbət prosesləri" qeyd edərək, REAl Hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı məyusluq ifadə edib.
     
     Bu barədə Nazirlər Komitəsinin ötən həftə keçirilmiş sessiyasının yekunları üzrə qəbul edilmiş və bu gün Avropa Şurasının saytında dərc edilmiş qərarında deyilir.
    Sənəddə qeyd edilir ki, son aylar Azərbaycanda AİHM-nin Məmmədovun işi üzrə qərarının icrasına müsbət təsir edə biləcək addımlar atılıb.

    Muxalifet - 13-06-2017

  5. Tələbə qız Akademiyanın ikinci mərtəbəsindən yıxılıb

    Bakıda tələbə təhsil aldığı akademiyanın binasından yıxılıb.
     
    Hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasında qeydə alınıb.
     Akademiyanın 2-ci kurs tələbəsi Jalə Qasımova ikinci mərtəbənin pəncərəsindən yıxılıb. O, xəstəxanaya yerləşdirilib.
     Faktla bağlı araşdırma aparılır./APA

    Muxalifet - 13-06-2017

  6. Sabiq prezident ABŞ-da həbs olundu

    Panamanın sabiq prezidenti Rikardo Martinelli ABŞ-da həbs olunub.
     
    Bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.
    Martinelli yaxın vaxtlarda Panamaya ekstradisiya olunacaq. Onun İnterpolda axtarışda olduğu bildirilib.
    Panamada Martinelliyə qarşı korrupsiya ittihamı irəli sürülüb./Teleqraf.com

    Muxalifet - 13-06-2017

  7. Qüdrət Qurbanov Azərbaycanı dalğaların üstündə haralara qaldırdı...

    Birləşmiş Millətlər Təşkilatının nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Audit Ekspert Qrupunun yoxlamalarının nəticəsinə əsasən Azərbaycan indiyədək 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa və Skandinaviya dövlətlərini belə geridə qoyaraq  statistika üzrə ön sırada yer tutub. Bu barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasından virtualaz.org-a daxil olan məlumatda deyilir.

    Muxalifet2 - 13-06-2017

  8. Masazırda evə basqın – Qadının protez dişini apardılar

    Abşeron rayonunda quldurluq hadisəsi baş verib.
     
    Masazır qəsəbə sakini, 65 yaşlı Dürdanə Abbasovanın evinə iki nəfər naməlum şəxs basqın edib.
    Basqınçılar qadının əl-qolunu bağlayıb, ondan qiymətli əşya və pul tələb ediblər.
    Naməlum şəxslər Dürdanə Abbasovanın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetiriblər.
    Daha sonra evdən 400 manat, “Nokia” markalı mobil telefon, zərərçəkmişin protez dişlərini, qızıl əşyalarını götürərək aradan çıxıblar.

    Muxalifet - 13-06-2017

  9. ​Narazı kütlə Ali Məhkəmənin binasına od vurdu

    Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb.
    TASS informasiya agentliyinin məlumatına görə, etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar.
    Eyni zamanda, hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir.

    Muxalifet2 - 13-06-2017

  10. Ermənistanda BAKININ “B" PLANINDAN QORXURLAR

     ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun 10-da İrəvanda səfərdə oldular. Daha sonra işğal olunmuş Azərbaycan torpaqlarına səfər edən həmsədrlər iyunun 19-da Bakıya gələcəklər.
     

    Muxalifet - 13-06-2017

  11. İsrail kəşfiyyatı İŞİD-in qorxunc planını İFŞA ETDİ

    Amerika kəşfiyyatı israilli həmkarlarının köməyi ilə İŞİD terror qruplaşmasının planlarından xəbər tutub.
     
     “Nyu York Tayms” nəşrinə istinadən xəbər verir ki, söhbət noutbuklardan bomba kimi istifadə etməklə təyyarələrin partladılması planlarından gedir.
    Nəşr Amerika nümayəndələrinə istinadən qeyd edir ki, İsrailin kibertəhlükəsizlik sahəsində mütəxəssisləri bir neçə ay əvvəl Suriyada partlayıcı qurğuların hazırlanması üzrə kiçik qrupa sızıblar.

    Muxalifet - 13-06-2017

  12. Moskvadakı aksiyada 866 nəfər saxlanıldı- HƏBSLƏR VAR

    Moskvada keçirilən antikorrupsiya mitinqlərində həbs edilənlərin sayı 866 nəfər olub.
     
    Bu barədə informasiyanı “Ovd-info” portalı yayıb. Sayt saxlanılanların çox hissəsinin buraxıldığını bildirib. Hazırda nəzarətdə 32 nəfər qalıb.
    Qeyd edək ki, dünən Moskva başda olmaqla Rusiyanın 200-ə yaxın şəhərində korrupsiyaya qarşı etiraz aksiyaları keçirilib. Etiraz aksiyalarının əsas təşkilatçısı Aleksey Navalnı və Korrupsiya ilə Mübarizə Fondu olub.
    Bundan öncə Moskvada 150, Sankt-Peterburqda 500 nəfərin saxlanıldığı bildirilmişdi.

    Muxalifet - 13-06-2017

  13. Prezident müsəlman səfirləri qəbul edib

    Bu gün Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
    Bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

    Muxalifet - 13-06-2017

  14. "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçıları görüşəcək - SƏBƏB

    Aİ və proqrama daxil ölkələrinin XİN başçıları Şərq tərəfdaşlığı sammitinə hazırlıqla məşğul olacaq
     
    İyunun 19-da Lüksemburqda "Şərq tərəfdaşlığı" proqramı üzrə nazirlər səviyyəsində iclas keçiriləcək.
    Avropa İttifaqı və bu proqrama daxil ölkələrinin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıqla məşğul olacaqlar.

    Muxalifet - 13-06-2017

  15. 5 yaşlı uşağı maşın vurub - SUMQAYITDA

    Sumqayıt şəhərində 5 yaşlı uşağı maşın vurub.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da Sumqayıt şəhərinin S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini 5 yaşlı Muhammad Ələkbərli vurulub. Uşaq xəsarətlə xəstəxanaya yerləşdirilib.
     Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb.

    Muxalifet - 13-06-2017

  16. Motosiklet ağaca çırpılıb, KANALA DÜŞDÜ - ÖLÜM

    Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də saat 18:00 radələrində Salyan rayonunun Arbatan kəndi ərazisində kənd sakini Nəsimi Xudiyev idarə etdiyi "M" markalı motosikleti yolun kənarındakı ağaca vurub və nəticədə suvarma kanalına aşaraq hadisə yerində ölüb.

    Muxalifet - 13-06-2017

  17. 54 yaşlı kişi özünü kanala atıb - İNTİHAR

    Ağcabədi rayonu ərazisində Qarabağ su kanalında batan şəxsin kimliyi məlum olub.
     
    Kanalda batan şəxsin Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü  İsmayılov Tofiq Cəlil oğlu olduğu bildirilir.
     İlkin məlumata görə, həmin şəxs özünü kanala atıb.
     Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşan şəxsin psixoloji problemlərinin olduğu bildirilir.
     Hazırda xilasedicilərin axtarışları davam edir.
     T. İsmayılov ailəlidir, 3 övladı var.

    Muxalifet - 13-06-2017

  18. Villanın həyətində bağbanın meyiti tapıldı - BAKIDA

    Bakıda bağban işlədiyi həyətdə vəfat edib.
     
    1960-cı il təvəllüdlü Qəhrəmanov Sədi Süleyman oğlu bağban kimi işlədiyi Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən villanın həyətində qəfil vəfat edib. Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
    "Qafqazinfo”nun məlumatına görə, bağbanın vəfat etdiyi  bağ millət vəkili Ərəstun Cavadova məxsus olub.
     Araşdırma aparılır.

    Muxalifet - 13-06-2017

  19. “Anamızı ağlatdıqdan sonra o medalı verdilər” – Əziz Sancar

    Bir medala qovuşmaq üçün bəlkə də elmi fəaliyyətlə məşğul olduğu bu neçə il ərzində heç o qədər yorulmamışdı. Düşdüyü o qaça-qaça görə mükafat aldığına az qala peşman ola. Necə deyərlər, gerçəkdən Nobeli “burnundan gətiriblər”.
     
    Qəhrəmanımız 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Türkiyənin tanınmış alimi Aziz Sancardır.

    Muxalifet - 13-06-2017

  20. Xamneyidən Ruhaniyə sərt xəbərdarlıq: ABŞ-ın ŞƏRTLƏRİNİ...

    İranın Ali dini lideri Ayətullah Xamneyi ölkə başçısı Həsən Ruhaniyə sərt xəbərdarlıq edib.
     
    Xamneyi paytaxt Tehranda hökumət rəsmiləri və prezidentə xitabən çıxış edib. Onun sözlərinə görə, ABŞ müxtəlif beynəlxalq platformalarda İrana qarşı şərtlər irəli sürəcək:

    Muxalifet - 13-06-2017

Pages