Saakaşvili nikahdankənar qızının olduğunu etiraf etdi - EKS-PREZİDENT TƏRƏFDRLARINI ANASI VƏ KİÇİK QIZI İLƏ BİRGƏ TƏBRİK EDƏCƏK

Baxış sayı:
235

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar Elis Mariya Saakaşvili adlı qızı olduğunu etiraf edib.
Bu barədə sabiq Prezident “Facebook” səhifəsində yazıb.
M. Saakaşvili bu gün “Mtavari Arkhi” telekanalında Yeni il konsertində tamaşaçıları ilk dəfə anası Sofi Nijaradze ilə birlikdə sevimli və ən kiçik qızı Elis Mariya Saakaşvilinin salamlayacağını bildirib.
Sabiq Prezident qeyd edib ki, 2022-ci ildə bütün uşaqların daha sağlam və xoşbəxt olmasına çalışmalıdırlar.