“BU, İRANA VERİLƏN SON FÜRSƏTDİR” - Britaniya və Körfəz Əməkdaşlıq Şurasından Tehrana xəbərdarlıq

Baxış sayı:
757

Dekabrın 20-də Londonda görüşən Böyük Britaniya və Körfəz Əməkdaşlıq Şurasına üzv ərəb ölkələrinin xarici işlər nazirləri birgə bəyanat yayaraq, Vyanada aparılan atom danışıqları ilə bağlı Tehrana xəbərdarlıq ediblər.

Qafqaz.media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “National” qəzetinin yazdığına görə, görüşdə iştirak edən Oman, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytin xarici işlər nazirləri qarşılıqlı ticarət və təhlükəsizlik məsələləri ilə bağlı bir sıra regional mövzular barədə birgə əməkdaşlığa dair anlaşma imzalayıblar. Görüşdə İran və Vyanada aparılan nüvə danışıqları məsələsi də müzakirə edilib.

**

Bəyanatda İranın bölgədə sabitliyi pozan bir sıra fəaliyyətlərinin ciddi narahatlığa səsəb olduğu vurğulanaraq deyilir ki, hazırda nüvə razılaşmasını bərpa etmək üçün Vyanada aparılan nüvə danışıqları regionda gərginliyin qarşısını almaq və bölgəyə sabitliyi qaytarmaq üçün İranın son fürsətidir.

**

“Hesab edirik ki, İran nüvə razılaşmasını bərpa etmək üçün yaranmış bu son diplomatik fürsətdən istifadə etməli, bölgəni və dünya birliyini böhran nöqtəsinə sürükləməsindən çəkinməlidir”, - deyə birgə bəyanatında bildirilir.

Qafqaz.media