Baydenin oğlu irqi ayrı-seçkilikdə şübhəli bilinib - FOTO

Baxış sayı:
6031

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter əmisi qızı Kerolayn ilə yazışmalarda asiyalılar barədə alçaldıcı fikirlər səsləndirib.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, yazışmalar Hanter Baydenin noutbukunda tapılıb. ABŞ prezidentinin oğlu əmisi qızından onun üçün zəngin model dostlarından biri ilə görüş təşkil etməsini istəyib. Bundan sonra Kerolayn əmisi oğlunun amerikalı, yoxsa əcnəbi ilə danışmaq istədiyini soruşub.

“Assimilyasiya olunmuş əcnəbi gedər. Sarı qətiyyən olmaz”, - deyə Hanter cavab verib.

Qeyd edək ki, yazışmalar 2019-cu ildə olub.