Mirmahmud Mirəlioğlu və ailəsi koronavirusa yoluxdu - PARTİYA SƏDRİNİN VƏZİYYƏTİNİN YAXŞI OLMADIĞI BİLDİRİLİR
19-05-2021 10:43
Baxış sayı:
691

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu koronavirusa yoluxub.
Bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Evdə müalicə alan partiya sədrinin vəziyyətinin yaxşı olmadığı vurğulanıb. Eyni zamanda, onun özüylə bərabər ailə üzvlərinin də virusdan əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, M. Mirəlioğlunun 65 yaşı var. Siyasətçi 2011-ci ildən KXCP-na rəhbərlik edir./Medicina.az