“Rusiya yüzlərlə nüvə döyüş başlığı istehsal edir” - PENTAQON

Baxış sayı:
2436

Rusiya silahlı qüvvələri Amerika Birləşmiş Ştatları (ABŞ) üçün ekzistensial təhdid yaradır.

Bu barədə Konqresdə aprelin 29-da baş tutmuş dinləmələrin gedişində ABŞ Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin (DİA) direktoru, general-leytenant Skott Berriyer bəyan edib və bildirib ki, Rusiya özünün nüvə başlıqları istehsalı kompleksini fəal şəkildə yeniləyir, hər il onlardan yüzlərlə istehsal edir.

«Rusiya silahlı qüvvələri Birləşmiş Ştatlar üçün ekzistensial təhlkə yaradır» - Skott dinləmələr zamanı qeyd edib.

«CNN» telekanalının xəbər verdiyi kimi, ABŞ kəşfiyyatının yüksək məqamlı əməkdaşı bildirib ki, Rusiya «öz periferiyası boyunca» dövlətlər üzərində təsirini saxlayır.

«Moskva öz strateji nüvə güclərinə investisiya yatırmaqda davam edir, strateji yavaşıtma potensialını gücləndirmək üçün yeni silah komplekslərini maliyyələşdirir və bu, bizim ölkəmizi təhlükə altında qoyur» - Berriyer qeyd edib.

CNN diqqəti ona yönəldir ki, Berriyerin bəyanatı «Rusiya və ABŞ arasında münasibətlərin gərginləşdiyi fonda» səslənib. Ağ Ev ABŞ və Rusiya prezidentlərinin mümkün Avropa sammitinin detallarını işləyib hazırlayır. Sammit artıq yayın əvvəlində baş tuta bilər. Bu zaman Rusiya liderinin mətbuat katibi Dmitri Peskov xəbər verib ki, Moskva hələlik sammitin keçirilməsi barədə ABŞ-ın təklifinə rəsmi cavab verməyib.

Pentaqon kəşfiyyat idarəsinin başçısı senatorlara təsdiqləyib ki, Rusiyanın hərbi gücü nüvə silahına investisiyanın və onun işlənməsinin nəticəsidir.