ALMANİYADA HƏRBİ QİYAM CƏHDİ... - 13 min hərbçi hökuməti ələ keçirmək istəyib

Baxış sayı:
1107

Almaniyada bir qrup təqaüddə olan hərbçinin Berlində hərbi qiyam törətmək planı ortaya çıxıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Təqaüddə olan və keçmiş hərbçilər” qrupu adı altında bir araya gələn təxminən 13 min hərbçi Merkel hökumətini devirmək üçün planlar hazırlayıb.

Onlar Berlində hökumətin COVİD-19-la bağlı karantin rejiminə qarşı keçirilən aksiyaya daxil olaraq qarşıdurma yaratmaq və dövlət təşkilatlarına hücum planı hazırlamaq üçün əlaqədə olublar.

Qrupda Almaniya ordusunun təqaüdçü hərbçiləri ilə yanaşı, 1990-cı ildə ləğv edilən keçmiş Şərqi Almaniya Ordusunda (NVA) xidmət edən çox sayda hərbçinin də fəal olduğu bildirilir./axar.az