​AĞSAQQAL… - Fuad Biləsuvarlıdan daha bir şeir

Baxış sayı:
1641

Ali təhsil aldığım, məzunu olduğum Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetində mənim kimi yüzlərlə, minlərlə tələbənin müəllimi olan, qayğımıza qalan, bizə əsil ata nəvazişi göstərən dəyərli ziyalımız, ideal ailə başçısı, gözəl ata, sevimli baba, əsl vətənpərvər pedaqoq Zakir müəllim növbəti doğum günün qeyd edir. Əziz müəllimimizə sağlam canla 100 il ömür arzu edirik, işlərində uğurları bol olsun!
Bu şeirimi də əziz müəllimimiz Zakir müəllimə həsr edirəm.

 
Ağsaqqal...
 
Şəmkirdəki günlər, gəzdiyi bağlar,
Xəyalən yadına düşür o çağlar.
Ona çox yaraşır zirvələr, dağlar,
Ən uca zirvələr sevən ağsaqqal!
 
Əlacsız birinə qəlbdən göynəyən,
Saçını ağardıb dən-dən eyləyən.
Ariflərsayağı sözlər söyləyən,
Düz sözü yerində deyən ağsaqqal!
 
Adı Zakir bəydi, yurdu da Şəmkir,
Qəlbi coşub-daşan, çağlayan bir Kür.
Əlindən xalqına gəlibdi xeyir,
Elinin qədrini bilən ağsaqqal!
 
Sədaqət xanımsız fikirə dalır,
Bəzən uşaq kimi kövrəlir, dolur.
Nəvələr nə deyir, onu da alır,
Daim övladlarla gülən ağsaqqal!
 
Halal mayası var, halal əməyi,
Zəhmət hesabına duz və çörəyi.
Fuadam, Allahdan böyük istəyim,
Bir gün yüz yaşını görəm ağsaqqal!
 
Müəllif: Fuad Biləsuvarlı