Axtarış
The search found 105756 results in 0.057 seconds.
Search results
“General dedi ki, bunu imzala, kəndləri qaytaraq” - Paşinyandan şok açıqlama
Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş baş qərargah rəisi, general Onik Qasparyanın Qazax rayonunun 7 kəndini Azərbaycana qaytarmaq istəyindən danışıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Onun iddiasına görə, Qasparyan baş qərargah rəisi olarkən həmin kəndlərin Azərbaycana qaytarılmasını əks etdirən sənədi ona imzalatmaq istəyib:
“Baş qərargah rəisi dedi ki, bu kağızı imzalayın. Dedim ki, əllərimi kəsəcəyəm, amma imzalamayacağam. Bunu görən dörd-beş nəfər insan var”.
Muxalifet2 - 5-06-2021
Narkomafiya Azərbaycan xüsusi xidmət orqanlarına müharibə elan edir - BÜTÜN BUNLARIN ARXASINDA DAYANAN KİMDİR?
Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları hələ ki, ölkə üzərindən qonşu ölkələrə və Avropaya iranlı narkokuryerlərin sızmasının və yeni narkotrafik marşrutlarının salınmasının qarşısını ala bilir. Lakin rəqib ki, öz səylərini zəiflətməyə hazırlaşmır. Kimdir axı onlar? Həmin adamlardır ki, Azərbaycanı transmilli narkotrafik marşrutuna qoşmağa çalışır? Bütün bunların arxasında dayanan kimdir?
Muxalifet2 - 6-06-2021
Türkiyənin ilk robot aktrisası izləyicilərlə görüşdü – VİDEO
Türkiyənin ilk robot aktrisası Aypera İstanbulda izləyicilərlə görüş keçirib.
DHA xəbər verir ki, ölkənin ilk rəqamsal insanı 26 oktyabr 2020-ci ildə “doğulub”, amma 21 yaşındadır.
“İstanbulluyam amma internetdə doğulmuşam”, - deyə Aypera öz hekayəsini insanlarla paylaşıb.
Ayperanın hazırlayan komanda 15 nəfərdən ibarətdir. Digital insanın film çəkilişləri ilə yanaşı konsert proqramlarında da çıxış etməsi planlaşdırılır.
Muxalifet2 - 6-06-2021
"VƏKİL ABDULLAYEV GÜRCÜSTAN VƏTƏNDAŞI DEYİL" - Səfirlikdən məntiqsiz açıqlama
Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.
Səfirlikdən verilən açıqlamada deyilir:
Muxalifet2 - 6-06-2021
Kəlbəcərdə mina partlayışında yaralanan rejissordan hadisə ilə bağlı AÇIQLAMA - VİDEO
Kəlbəcər rayonun Suzuluq kəndində minaya düşən Azərbaycan Televizyasının operatoru Emin Məmmədov hadisəni Baku TV-yə şərh edib.
Rejissor bildirib ki, həmin gün Qubadlı istiqamətində çəklişləri bitiriblər. Sonra Kəlbəcər rayonuna gəlib bələdçini gözləyiblər.
Hadisə vaxtı media nümayəndələri çəkliş üçün iki qrupdan ibarət olub və iki avtomobildən istifadə edilib.
Muxalifet2 - 6-06-2021
"Formula 2": Üç pilot qəzaya düşdü
"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında ilk qəzalar baş verib. Belə ki, "Dams" komandasından Markus Armstronq "Art Grand prix"də çıxış edən Teo Purşer ilə toqquşub.
Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.
Bundan əlavə, "HWA Racelab"dən Matteo Nannini startda qəza törətdiyi üçün həmkarlarının aqibəti ilə üzləşib.
Muxalifet2 - 6-06-2021
“KOD ADI “SARSILMAZ MÜDAFİƏÇİ”... - “NATO xəbərdarlıq edib ki, Rusiya...”
Qərblə Rusiya arasında artan gərginlik fonunda Böyük Britaniya iri miqyaslı hərbi təlimlər çərçivəsində NATO-nun digər doqquz üzvüylə birlikdə öz hərbi-dəniz gücünü nümayiş etdirir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin “Queen Elizabeth”(Kraliça Yelizaveta) aviadaşıyanı ABŞ və NATO-nun digər səkkiz gəmisi ilə birlikdə kod adı “Steadfast Defender”(Sarsılmaz müdafiəçı) olan təlimlərə başlayıb.
Muxalifet2 - 6-06-2021
"Formula 1": Açılışda Dövlət Himnini qazi Atəş Qarayev səsləndirəcək
"Formula 1" Azərbaycan Qran Prisi beşinci dəfə günəşli Bakı küçələrinə qayıdır. Asfalt сəngavərləri Bakı şəhər halqasını “alovlandırmazdan” əvvəl, bütün komandalar və tədbirin qonaqları himn üçün ayağa qalxacaqlar. Mərasimdə Azərbaycanda keçirilən beşinci yarışın konsepsiyası vurğulanacaq. Digər konsepsiya multikulturalizm və tolerantlıq ideyasına əsaslanır.
Muxalifet2 - 6-06-2021
Müxalif bloqerin havada “ovlanması” Belarus iqtisadiyyatını 3 faiz kiçildəcək - BAŞ NAZİR AÇIQLADI
“Ryanair” şirkətinin Afina-Vilnüs reysi ilə uçan təyyarəsinin MiQ-29 qırıcıları ilə Minskə məcburi endirilməsi və müxalif bloqer Roman Protaseviçin həbsi Belarusa ümumi daxili məhsulun 2.9 faizi hesabına başa gələ bilər. Belarusun baş naziri Roman Qolovçenko bu haqda deyib. Onun sözlərinə görə, Avropa İttifaqının tətbiq edəcəyi sanksiyalara görə Belarus iqtisadiyyatında təxminən bu həcmdə geriləmə gözlənilir.
Muxalifet2 - 6-06-2021
“And içirəm ki, özümü güllələyərdim. Belə həyat kimə lazımdır axı?” - SƏRKİSYANIN PAŞİNYANA MƏSLƏHƏTİ
Ermənistanda keçmiş prezident Robert Köçəryandan sonra digər keçmiş prezident Serj Sərkisyan da baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyana özünü güllələməyi təklif edib.
Muxalifet2 - 7-06-2021
Tramp Kim Çen Inı “başqa tipli oğlan” adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inın xüsusi olduğunu bildirib.
“RİA Novosti” xəbər verir ki, amerikalı siyasətçi Respublikaçıların Şimali Karolinada keçirilən qurultayı zamanı Şimali Koreyanın dövlət başçısı ilə aralarında yaxşı münasibətin olduğunu qeyd edib.
“Hər şey bir qədər sərt başladı, amma sonradan biz çox yaxşı anlaşdıq. O, mənim xoşuma gəldi, mən də onun. O, başqa tipli oğlandır. Onunla danışmaq üçün də başqa tipli oğlan lazımdır. Amma biz onunla dil tapdıq”, - deyə Tramp bəyan edib.
Muxalifet2 - 7-06-2021
Bu gündən Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanılır
Bu gündən etibarən Azərbaycan vətəndaşları koronavirusa qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinindən də istifadə edə biləcəklər.
Belə ki, vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanacaq.
Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Muxalifet2 - 7-06-2021
Ukrayna prezidenti jurnalistlər üçün kabab çəkdi – FOTO
Ukrayna prezidenti Vladimir Zelenski 6 iyun Mətbuat Günü münasibətilə jurnalistlərlə qeyri-adi görüş keçirib.
Bu barədə dövlət başçısı özünün “Instagram” səhifəsində məlumat verib.
Təbiət qoynunda keçən görüş zamanı Zelenski mətbuat nümayəndələri üçün kabab çəkib. Həmçinin, prezident medianı maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, ötən il analoji tədbir velogəzinti formatında təşkil olunmuşdu.
Muxalifet2 - 7-06-2021
"S-400 raketləri NATO-nun təhlükəsizliyi üçün heç bir risk daşımır" - ÇAVUŞOĞLU
Türkiyə hakimiyyəti Rusiyadan alınmış S-400 zenit-raket sistemlərini NATO üçün təhlükə hesab etmir və bu mövzuya real mövqedən yanaşmağı planlaşdırır.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetinin bazar günü dərc olunan buraxılışında bildirib.
“S-400 raketləri NATO-nun təhlükəsizliyi üçün heç bir risk daşımır. Türkiyə S-400 məsələsinə realizm nöqteyi-nəzərindən və konstruktiv dialoq əsasında yanaşmaq niyyətindədir”, - Çavuşoğlu belə deyib.
Muxalifet2 - 7-06-2021
Sedat Pekerdən Azərbaycan gündəmini silkələyən anons: O məmur kimdir?
Muxalifet2 - 6-06-2021
II QAREGİN XANKƏNDİNƏ MİNALAR BASDIRDI... - Rus sülhəramlılar buna niyə şərait yaratdı?
Düşmən başımızı Kəlbəcərdə törətdiyi xain terror aktı ilə qatdı, bu günlərdə o “qan çanağı”nın – Eçmiədzindəki erməni kilsəsinin baş keşişi II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa gəldi. Əslində iki günlük səfər xəbəri əvvəlcədən yayılmışdı, ancaq nədənsə nə bizim dini idarəmiz, nə də rəsmi qurumlarımızdan Qareginə xəbərdarlıq edilmədi.
Muxalifet2 - 6-06-2021
Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər
Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.
Bu barədə Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib.
Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.
Muxalifet2 - 7-06-2021
AKADEMİK RAMİZ MƏMMƏDOV VƏFAT ETDİ - II Fəxri xiyabanda dəfn ediləcək / YENİLƏNİB
Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bu gün dəfn ediləcək.
"Report" xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, R.Məmmədov bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.
***
Muxalifet2 - 7-06-2021
SABİQ NAZİR HAQQINDA NÖVBƏTİ MƏHKƏMƏ QƏRARI - Həbs müddəti uzadıldı
Səbail Rayon Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə prosesində təqdimat təmin edilib. Qərara əsasən, Səlim Müslümov barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.Muxalifet2 - 7-06-2021
MOSKVA PAŞİNYANI DEVİRMƏK ÜÇÜN HƏRƏKƏTƏ KEÇİB - Zəngəzurla bağlı "gizli görüş" iddiası ortaya atıldı
Rusiyaya bağlı Qarabağ klanı Robert Köçəryanı hakimiyyətə gətirmək üçün Ermənistan cəmiyyətini "vətəndaş müharibəsi" ilə şantaj edir
Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gün - 20 iyun sürətlə yaxınlaşır. Bu seçkilər Ermənistanın gələcək taleyini müəyyən edə bilər. Və ona görə də, hazırda bütün iddiaçı qüvvələr malik olduqları siyasi resursların hamısından yararlanmağa çalışırlar.
Muxalifet2 - 7-06-2021