“General dedi ki, bunu imzala, kəndləri qaytaraq” - Paşinyandan şok açıqlama

Baxış sayı:
491

Ermənistan Baş naziri Nikol Paşinyan keçmiş baş qərargah rəisi, general Onik Qasparyanın Qazax rayonunun 7 kəndini Azərbaycana qaytarmaq istəyindən danışıb.

Muxalifet.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Onun iddiasına görə, Qasparyan baş qərargah rəisi olarkən həmin kəndlərin Azərbaycana qaytarılmasını əks etdirən sənədi ona imzalatmaq istəyib:

“Baş qərargah rəisi dedi ki, bu kağızı imzalayın. Dedim ki, əllərimi kəsəcəyəm, amma imzalamayacağam. Bunu görən dörd-beş nəfər insan var”.

Qasparyan Paşinyan tərəfindən ona qarşı irəli sürülmüş bu ittihamların əsassız olduğunu bildirib./Teleqraf