Ukrayna prezidenti jurnalistlər üçün kabab çəkdi – FOTO

Baxış sayı:
227

Ukrayna prezidenti Vladimir Zelenski 6 iyun Mətbuat Günü münasibətilə jurnalistlərlə qeyri-adi görüş keçirib.

Bu barədə dövlət başçısı özünün “Instagram” səhifəsində məlumat verib.

Təbiət qoynunda keçən görüş zamanı Zelenski mətbuat nümayəndələri üçün kabab çəkib. Həmçinin, prezident medianı maraqlandıran sualları da cavablandırıb.

Qeyd edək ki, ötən il analoji tədbir velogəzinti formatında təşkil olunmuşdu.