Narkomafiya Azərbaycan xüsusi xidmət orqanlarına müharibə elan edir - BÜTÜN BUNLARIN ARXASINDA DAYANAN KİMDİR?

Baxış sayı:
523

Azərbaycan xüsusi xidmət və hüquq-mühafizə orqanları hələ ki, ölkə üzərindən qonşu ölkələrə və Avropaya iranlı narkokuryerlərin sızmasının və yeni narkotrafik marşrutlarının salınmasının qarşısını ala bilir. Lakin rəqib ki, öz səylərini zəiflətməyə hazırlaşmır. Kimdir axı onlar? Həmin adamlardır ki, Azərbaycanı transmilli narkotrafik marşrutuna qoşmağa çalışır? Bütün bunların arxasında dayanan kimdir?

“Narkotacirlər-xüsusi xidmətlər-narkotrafik” üçbucağını izləməkdən cəlbedici heç nə ola bilməz. Kəskin süjetli detektiv filmlərinin yaradıcıları kənarda durub həsədlə baxırlar-axı onlara real həyatda baş verən bu cür başgicəlləndirici süjetlər çəkmək imkanı verilməyib.

Onillər boyu Azərbaycanın işğal edilmiş ərazilərində transmilli narkotrafik qurulmuşdu...

 

Biznesmenlər də öz innovasiyaları ilə həmin vəziyyətdədir, axı onlar bu dəhşətli biznesin-narkoticarətin və narkotrafikin  necə sürətlə dəyişməsinin fonunda təcrübəsiz uşaq kimidir. Gəlin Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Xidmətinin, Azərbaycan DİN-in son günlərin quru rəsmi məlumatlarına nəzər salaq: İranla sərhəd “Horadiz” sərhəd məntəqəsində narkotik qaçaqmalçılığı faktı aşkar edilib. Həmin gün gömrükçülər Astarada da 244 kiloqram heroin aşkarlayıblar. Mayın 5-də DİN Astarada daha bir yükü saxlayıb-70 kiloqram heroin. Mayın 3-də gömrükçülər İranla sərhəd digər yaşayış məntəqəsi Biləsuvarda 244 kiloqram heroin aşkarlayıblar. Bundan az əvvəl isə gömrükçülər iranlının yükündə 107 kiloqram “ağ qızıl” aşkar etmişdi.

Lakin bu rəqəmlərin arxasında başlıca məqam itib-batır: ələ keçirilən hər kiloqram heroin sadəcə olaraq kiminsə xilas olunmuş həyatı deyil. Hər kiloqram onlarla adamın hazırladığı xüsusi əməliyyatın iflasa uğramasıdır, hansı ki, onlar həmin kiloqramın hesabına yaşayırlar və hər gün onun hesabına yaxşıca quzu əti ilə lavaş yeyirlər. Ona görə də hər dəfə bizim hüquq-mühafizə orqanlarımızın məlumatlarını oxuyanda bizim sevinməyə əsasımız olur. Onlar isə bu məlumatları oxuyanda qəzəbdən qudururlar və daha mükəmməl planlar qurmaq motivləri işə düşür.

Mayın 3-də Dövlət Gömrük Komitəsinin əməkdaşları fantastik həcmdə-244 kiloqram heroin aşkarladılar, bununla da Bakı narkokartellərin ağzından iri çörək tikəsini qopardı

 

Ona görə də Azərbaycan xüsusi xidmət orqanlarının, sərhədçilərinin və gömrükçülərinin hər uğuru onların ən intim, ən sevimli yerinə endirilən zərbədir. Və Azərbaycanın əvvəllər işğal altında olan yeni sərhədlərini onları şəxsi təhqir kimi qəbul edirlər. Əvvəllər özlərinə məxsus olduğuna vərdiş etdiklərini əllərindən almaq cəhdi sayırlar. Axı bu sərhədlər onlara yaxşıca gəlir gətirirdi.

İran Bəlucistanı: kimin üçünsə yolun sonudur, kimin üçüncə başlanğıcı

İran Belucistanı -qızmar qum, qatı duman və əfqan istehsalçılarından göndərilən “ağ ölümü” iranlı topdansatıcılara çatdıran  karvançının pulemyot atəşki kimi təhlükəli baxışları.

 Xeyr, burada məqsəd “Əfqanıstan-heroin” mövzusunda nəsə yazmaq deyil. Bu mövzuda yazmağa qalaq-qalaq kağız gərəkdir. Təkcə onunla məhdudlaşaq ki, bu gün “Əfqanıstan-heroin” həmin ölkə üçün çörək ağacıdır. Və amerikalıların çəkilib getməsi ilə Əfqanıstan tamamilə “Taliban”ın nəzarəti altında keçməkdədir. Lakin Əfqanıstanı təcrid etmək olardı, əgər narkotrafikin əsas marşrutunun keçdiyi Bəlucistan olmasaydı.

İran Bəlucistanı-burada narkotik yaxşı pula gedən maldır və onun ətrafında mürəkkəb infrastruktur yaradılıb

Bu normal adamlar üçün belədir ki, heroin milyonlarla itirilmiş həyat və alçaqcasına əzab çəkməkdir. Lakin biz İran Bəlucistanındayıq, heroin isə burada sadəcə olaraq yaxşı pula gedən maldır və onun ətrafında mürəkkəb infrastruktur qurulub. Biriləri daşıyır, digərləri mühafizə edir, üçüncülər anbara yerləşdirir və saxlanılmasını təmin edir.

90-cı illərdən sonra İran Bəlucistanı dünynın iki aparıcı xüsusi xidmət orqanlarının -ABŞ və İranın mübarizə və əməkdaşlıq meydanına çevrilib.

Bəli, bu işə Amerika xüsusi xidmət orqanları da qarışıblar. Çünki narkotrafik Mərkəzi Kəşfiyyat İdarəsinin Kabil və Qəndəhardakı rezidentləri ilə birbaşa əlaqədə olan  Abdulmalek Riqinin başçılıq etdiyi “Cundulla” təşkilatında birləşən separatçıların və ekstremistlərin əsas gəlir mənbəyidir. Belə demək olar ki, antiiran qruplaşmalarının fəaliyyətini maliyyələşdirmək vasitəsidir. Sonradan İranın İnqilab Keşikçiləri Korpusu həmin modeli “Hizbullah”ın maliyyə bazasının genişləndirilməsi üçün tətbiq etməyə başladı.

"Cundulla"nın təcrübəsindən İnqilab Keşikçiləri Korpusu bəhrələndi

Riqi və “Cundulla” təşkilatının digər rəhbərləri İnqilab Keşikçiləri Korpusunun bölmələri tərəfindən məhv edilib. Lakin budur, toxum artıq torpağa düşüb və üstəlik cücərib, boy atıb və zəhərli barını verməyə başlayıb. Ləğv edilmiş “Cundulla”nın yerində indiki İran rejimi ilə silahlı mübarizə aparan çoxsaylı digər qruplaşmalar və qisasçılar meydana çıxıb. Və onlar əfqan heroinin İrana daşınması işinin təşkilini üzərlərinə götürüblər.

Mərkəzi Kəşfiyyat İdarəsi bildirir: “Cundullah”ın yerində sayına və təsir zonasına görə  dağıdılmış bu qruplaşmadan 10, hətta 15 dəfə güclü digər qruplar meydana çıxıb. Lakin sevinmək üçün tələsmək lazım deyil, çünki ardınca bu informasiya gəlir: həmin qruplaşmalar Tehrandakı “qanlı ayətullahlar rejimini” devirmək üçün tələsmir, amma narkotrafiklə sutkanın 24 saatı, həftənin yeddi günü məşğul olmağa hazırdır. Üstəlik həmin qruplaşmaların çoxu xüsusi xidmət orqanları ilə “İkili oyuna” giriblər. Əsas məqsəd narkokartellərin çiçəklənməsidir.

Sahibsiz balta yolda çox qalmır

Üstəlik, agentura şəbəkələrindən kütləvi şəkildə belə məlumatlar daxil olur-bəlucların kompakt düşərgələrində hansısa təlimatçılar görünməyə başlayıb. Hansı ki, onlar spesifik fənlər tədris edirlər: “şəhərdə polis müşahidəsindən yayınmaq”, “görüş məntəqələri yaratmaq”, “qeyri-leqal transsərhəd yükdaşımalarını təşkil etmək”, “qablaşdırma qaydaları”...Xüsusi döyüş hazırlığı, atəş, əlbəyaxa döyüş, bıçaqla döyüşmək təlimləri də öz yerində. Axı bunlarsız keçinmək olmaz.

Bunlar da təəcüblü görünməzdi, axı istənilən narkokartel savadlı təlimatçıların xidmətindən istifadə edir, onların təlimləri və konsaltinq xidmətləri üçün yaxşı pul ödəyir. Amma maraqlısı budur ki, həmin təlimatçıların arasında HƏMAS, “Hizbullah” və hətta Yəməndəki “Ənsaralla” qruplaşmasından olan, Avropada yaşayış təcrübəsi qazanmış adamlar görünməyə başlayıb.

Müasir narkokuryer yaxşı hazırlıq keçmiş döyüşçüdür...

Əvvəllər narkokuryerlər kimlər idi? İranda hazırda sayları 18-20 arasında olan iri narkokartellərdə ən aşağı təbəqə. Demək olar ki, heç kim, bir növ “piyada”. Lakin bu yaxınlardan etibarən hər şey dəyişməyə başlayıb. Narkokuryer indi adi “piyada” deyil, bir növ “terminatordur”. O, yükü lazım olan nöqtəyə çatdıra bilir, əgər lazım olsa polis mühasirəsini də yarır.  Və öz sahiblərinin xeyrinə kəşfiyyat-dversiya fəaliyyəti də aparır.

Onların sahibləri isə kim istəsən ola bilər. Narkotrafik yaxşı qazanc gətirən bizneslə yanaşı həm də xüsusi xidmət orqanları üçün yağlı tikədir. Bu aksiomdur-istənilən narkotrafik kanalına gecə və ya tez, xüsusi xidmətlər oturur. Lakin ən qorxulusu budur ki, bu narkotrafiki bu işi başqalarından daha yaxşı görə biləcəklərini hesab edən  hansısa xüsusi xidmət orqanları qruplaşmaları qurur, ali maraqlar naminə.

“Azərbaycan dəhlizi”nin açılması cəhdlərinə gəldikdə isə söhbət Avropa İttifaqı ölkələrinə, yəni narkotiklərin yaxşı pula getdiyi bazara yeni, ayrıca marşrutun yaradılmasından gedir. Üstəlik burada nəhəng maddi maraqlar da var-iranlı narkomafiyaların illik qazancı azı 2 milyard dollardır.

Bütün bunların yekunu isə Azərbaycana narkomüharibənin elan edilməsinə gətirib çıxarıb. Məhz Azərbaycan əvvəllər işğal edilmiş ərazilər üzərindən narkotrafiki himayə edən, erməni kəşfiyyatı ilə və Yerevanın qərbdəki himayəçiləri ilə əlaqəli işləyən  İnqilab Keşikçiləri Korpusunun və İran xüsusi xidmət orqanlarının həmin qruplaşmalarının maraqlarının qarşısında əsas maneədir.

Azərbaycana narkomüharibə elan edilib. Və biz indi bununla yaşamaq məcburiyyətindəyik. Nə edəsən, Qarabağı azad etdik, bu müharibədə də qalib gələrik...

Virtualaz.org