"VƏKİL ABDULLAYEV GÜRCÜSTAN VƏTƏNDAŞI DEYİL" - Səfirlikdən məntiqsiz açıqlama

Baxış sayı:
227

Gürcüstanın Azərbaycandakı Səfirliyi Rusiyada azərbaycanlı gənc Vəkil Abdullayevin öldürülməsi ilə bağlı açıqlama yayıb.

Səfirlikdən verilən açıqlamada deyilir:

“Azərbaycan KİV-lərində, 28 May tarixində, Rusiya Federasiyasının Novosibirsk vilayətində, milliyyətcə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin bir polis məmuru tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan məqalələrlə bağlı bildiririk ki, Vəkil Abdullayev Gürcüstan vətəndaşı deyil.

O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhatdən, nə də beynəlxalq hüquq normaları əsasında, qeyd olunan işə hüquqi mexanizmalarla müdaxilə etmək üçün heç bir təsir imkanı yoxdur.

Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”.

Xatırladaq ki, Vəklil Abdullayev Dmanisi (Başkeçid) rayonunun Gəyliyən kəndində anadan olub və hazırda ailəsi də həmin kənddə yaşayır. Bu baxımdan, Gürcüstan səfirliyinin açıqlaması tamamilə məntiqsiz bir açıqlamadır. Çox güman ki, rus polisin öldürdüyü şəxs azərbaycanlı deyil, gürcü olsaydı, səfirliyin tamamilə fərqli bəyanatının şahidi olacağdıq. Odur ki, bu açıqlamanı da Gürcüstan hakimiyyətinin azərbaycanlılara ögey münasibətinin bariz nümunəsi hesab etmək olar. 

Muxalifet.az