Axtarış
The search found 106385 results in 0.016 seconds.
Search results
İdlibdə təxribat baş tutmadı: Türkiyə yenə oyunu pozdu
İdlibdə Heyət Təhrir Şam (HTŞ) terror qrupu üzərindən dövrəyə soxulan təxribat baş tutmadı. ABŞ-ın Münbiçdən çəkilmə qərarı və İŞİD-la mübarizədə Türkiyəni önə çəkən prezident Donald Trampın açıqlamalarından sonra İdlibdə HTŞ təxribatı dövrəyə soxuldu. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı tərəfindən maliyələşdirilən HTŞ tərkibindəki Misirli Şər-i səlahiyyətlilərindən Ai Yekzan Al Mısri fətva verərək Azad Suriya Ordusunu (ASO) mürtəd elan edti.
TƏXRİBAT BAŞ TUTMADI
Muxalifet3 - 22-01-2019
Prezident Mehman Hüseynovun işi ilə bağlı tapşırıq verdi - bloggerin qapısı açılır...
Dövlət başçısı bloggerin və hüquq müdafiəçilərinin müraciətini cavabsız qoymadı Həbsdə olan blogger Mehman Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Musavat.com bildirir ki, bu barədə “Report” informasiya agentliyi məlumat yayıb. Agentliyin xəbərinə görə, yanvarın 20-də imzalanmış müraciətdə deyilir: “Hörmətli cənab Prezident, Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim.
Muxalifet - 22-01-2019
Kerç boğazında 2 gəmi toqquşdu: Çox sayda ölən var
Rusiyanın Krasnodar vilayətinin Kerç Boğazında Tanzaniya bayraqlı gəmidə çıxan yanğın digər gəmiyə də sıçrayıb. Hər iki gəmidə olan 16-sı Türk, 15-i Hindistan əsilli heyət üzvləri gəmilərdən tullanaraq xilas olmağa çalışıb. Rusiya Nəqliyyat Nazirliyinin etdiyi açıqlamada, hadisədə 10 heyət üzvünün həyatını itirdiyini bildirib.
Türkiyənin Novorosiyisk Baş Konsulluğundan edilən açıqlamada isə, Türk heyətin vəziyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparıldığı, 3 cəsədin kimlik müşahidəsinin aparılacağı bildirilib.Muxalifet3 - 22-01-2019
“Avropa Parlamentinin qərarında Fransa və ABŞ kəşfiyyatlarının əli var” - deputatdan sensasion müsahibə
Zahid Oruc: “Avropadan gələn təzyiq ilk növbədə Putin və İlham Əliyev arasındakı münasibətlərin müəyyən bir zirvə nöqtəsinə çatması ilə bağlıdır”
Milli Məclisin üzvü, deputat Zahid Oruc Azərbaycanda və ölkəmizdən kənarda baş verən ictimai-siyasi hadisələrlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:Muxalifet - 22-01-2019
Polşadan İran qərarı! Sammitə dəvət etmədilər
Polşanın xarici işlər naziri Jacek Czaputowicz Polşada nəşr olunan “Rzeczpospolita” qəzetinə verdiyi müsahibədə, ABŞ ilə birlikdə Varşavada təşkil edəcəkləri “Yaxın Şərq” Sammitinə ev sahibi ölkə kimi, İranı dəvət etmədiklərini bildirib.
Muxalifet3 - 22-01-2019
Azərbaycanın 72 yaşlı səfiri VƏFAT ETDİ
Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova vəfat edib.
E.Hüseynova 72 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Hüseynova 1947-ci ildə Bakı şəhərində anadan olub. O, 1994-2004 Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2004-2013-cü illərdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi olub.
Vəfat edənə qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsini daşıyırdı. (report)Muxalifet - 22-01-2019
İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb
Poliklinikalar bu gün əhaliyə hansı xidmətləri göstərirlərsə, icbari tibbi sığorta sistemi tətbiq edildikdə də həmin xidmətləri göstərəcəklər.
Muxalifet.az xəbər verir ki, bunu Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.Muxalifet - 22-01-2019
“AGBANK” 5 MILYONLUQ ƏMLAKINI SATDI - Ötən il mənfəət vergisi ödəməyib
“AGBank”ın böyük dəyərə malik əmlak satışı həyata keçirdiyi məlum olub. “AzPolitika.info” xəbər verir ki, bankın ötən ili 5 milyon manatdan çox mənfəətlə başa vurmasının səbəbi üzə çıxıb. Məlum olub ki, “AGBank” özünə aid 4 milyon 43 min manat dəyərində əmlakı satıb. Nəticədə, əslində ili 2 milyon 569 min manatlıq əməliyyat zərərilə başa vurmasına baxmayaraq, əmlak satışından daxil olan vəsait hesabına zərəri qapada bilib. Satılan əmlakın nədən ibarət olduğu barədə xəbər verilmir.
Muxalifet - 22-01-2019
Zelenski seçki kampaniyasına pulu kimdən aldığını açıqladı
Ukraynalı şoumen və aktyor Vladimir Zelenski seçki kampaniyasını özünün və dostlarının köməyilə maliyyələşdirdiyini bildirib.
Muxalifet.az xəbər verir ki, o, bunu “Ukrainskaya pravda” nəşrinə müsahibəsində deyib.
Bununla belə Zelenski nə qədər pul xərclədiyini açıqlamayıb.
“Biz özümüz etmişik. Təkcə mənim cibimdən yox. Allaha şükürlər olsun ki, mənim dostlarım var”, - o deyib.Muxalifet - 22-01-2019
“İsraili “yox” etməyə hazırıq” - İran
İsrailin Müdafiə Qüvvələri dünən Dəməşq Beynəlxalq Hava Limanındakı İran İnqilab Mühafizəçilərinin milis qollarından olan Qüds qrupuna qarşı bir hücum həyata keçirildiyini açıqlayıb. Rus ordusu İsrailin təşkil etdiyi hücumda Suriyadakı hava müdafiə sistemlərinin 30-dan artıq raketi dəf etdiyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahunun İranı təhdid edən mesajlarını təqib edən hava hücumları davam edir. Rus mənbələrə görə, Qüds Qüvvələrinin hədəf alındığı son hücumda 4 rejim əsgəri ölüb, 6 nəfər də yaralanıb.
Muxalifet3 - 22-01-2019
Bakıda 26 yaşlı oğlanla 20 yaşlı qız yoxa çıxdı
Bakıda 2 nəfər itkin düşüb. Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinə müraciət edən 1986-ci il təvəllüdlü İlahə İbrahimova 26 yaşlı oğlu İbrahimin “Hyundai Sonata” markalı avtomobillə yaşadığı ünvanı tərk etdiyini və geri qayıtmadığını bildirib. Qadın əlavə edib ki, oğlu ilə telefon əlaqəsi yaratmaq da mümkün olmayıb. O, övladının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.
Muxalifet - 22-01-2019
Gürcüstanda "donuz qripi"nin növbəti qurbanı - Hamilə qadın öldü
Gürcüstanda daha bir nəfər "donuz qripi"nin qurbanı olub.
Muxalifet.az gürcü KİV-nə istinadən xəbər verir ki, Kutaisi şəhərində hamilə olan 32 yaşlı qadının A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub.
Bu barədə "Rustavi2" telekanalı məlumat yyaıb.
Telekanalın məlumatına görə, halı pisləşən qadın xəstəxanada keysəriyyə əməliyyatı olunub. Həkimlər gənc ananın həyatını xilas edə bilməyiblər. Uşağın vəziyyətinin də kafi olduğu bildirilib.Muxalifet - 22-01-2019
Dənizdə DƏHŞƏTLİ FACİƏ: 22 ölü
Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş vermiş yanğın nəticəsində 22 nəfər ölüb. Daha 12 nəfərin xilas edildiyi bildirilir. 10 nəfərin taleyi haqqında məlumat yoxdur. Xatırladaq ki, qəza Qara dənizin şimalında ötən gün axşam saatlarında "Maestro" və "Kandi" adlı gəmilərdə baş verib. Gəmilərin birində partlayış baş verib, nəticədə başlayan yanğın o biri gəmiyə də yayılıb. Məlumata görə, gəmilərdən birində 17, digərində isə 14 nəfər olub. "Kandi"də olan 17 nəfərdən 9-u türk, 8-i isə hind olub. "Maestro"da isə 7 Türkiyə, 7 Hindistan vətəndaşı olub.
Muxalifet - 22-01-2019
TANINMIŞ AKTYORDAN ŞOK SÖZLƏR: Qadınlardan da, kişilərdən də əxlaqsız təkliflər alıram...
Türkiyənin tanınmış aktyoru Can Nergis “Səhifə” verilişində hər kəsi şoka salan açıqlamalar verib.
Türkiyə mediasının verdiyi xəbərə görə, aktyor bildirib ki, qadınlardan çox oğlanlardan sevgi təklifləri alır: “17 yaşım olanda yaşadığım evdən çıxdım. Bir çox dilləri bilirəm. Bir çox yerlərə sadəcə səyahət üçün getməmişəm. 18 yaşımı Pekində qarşıladım.Muxalifet - 22-01-2019
Yaxın Şərq konfransına İran cağırılmadı, Rusiya isə imtina etdi - Avropa İttifaqı daboykot edir
Gələn ay Varşavada keçiriləcək Yaxın Şərq konfransına İran dəvət edilməyib, Rusiya isə dəvətdən imtina edib. Bu barədə məlumatı Polşanın xarici işlər naziri verib.
Cek Caputoviç yanvarın 21-də yayınlanmış qeydlərində bildirib ki, İranın iştirakı danışıqları əngəlləyə bilərdi, beləki Tehranın istifadə etdiyi ritorikanın qəbulu müşküldür. Onu sözlərinə görə Rusiya isə fevralın 13-14-də Polşa və Birləşmiş Ştatların ev sahibliyi ilə keçiriləcək tədbirə qatılmağının məsləhət olmadığını bildirib.Muxalifet - 22-01-2019
Tufan nəticəsində Neft Daşlarında meydança çökdü - RƏSMİ AÇIQLAMA
17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi sayıtnda məlumat yerləşdirilib.
Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb.
Hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir.Muxalifet - 22-01-2019
CƏBHƏDƏN SON XƏBƏR: Goranboy və Tərtər atəşə tutuldu
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 22-01-2019
ABŞ-dan Türkiyəyə Fəratın şərqi ilə bağlı 2 təklif
Hande Fırat
hfirat@hurriyet.com.tr
ABŞ prezidenti Trampın Suriyadan çəkilmə qərarından sonra bu prosesdə təxribatlar baş verə biləcəyi xofu vardı. Münbiçdəki intihar hücumu da tam çəkilmə qərarının üstünə gəldi. Prezident Ərdoğanın ABŞ prezidenti Trampa "başsağlığı" diləklərini çatdırmaq üçün zəng etdiyi telefon danışığında da "təxribat" məsələsi gündəmdəydi.
Muxalifet3 - 22-01-2019
Dağ başında bikinidə yaxşı selfi çəkməyə çalışan qız yıxılıb öldü - FOTO
Yaxşı selfi çəkmək üçün poza verməyə çalışan qadın qayadan yıxılaraq ölüb.
Muxalifet.az nypost-a istinadla xəbər verir ki, əslən Tayvandan olan qadın sosial şəbəkədə "bikinili alpinist" kimi tanınırdı.
Gigi Wu adlı qadın 19 metr yüksəklikdən yıxılıb. O, yıxılıb ölməsə də, xilas etmə dəstəsini gözləyərkən donaraq ölüb.
36 yaşlı alpinist Yuşa dağından yıxılıb, o, ayağını zədələdiyinə görə hərəkət edə bilməyib.
Hava şəraiti münasib olmadığına görə xilasetmə dəstələri qızı çuxurdan çıxara bilməyiblər. Nəticədə qız donub, ölüb.Muxalifet - 22-01-2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına XİTAM VERİLDİ
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Muxalifet.az bildirir ki, məlumatda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarına daim xüsusi önəm verilərək bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatlar aparılır.
Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət etmişdir.Muxalifet - 22-01-2019




















