​Quldurların əlindən qaçdı, zirehli "Gelandewagen"inə oturub onları güllələdi - Moskvada film kimi olay

Baxış sayı:
10063

Moskvanın mərkəzində iri məbləğdə pul tələb edən cinayətkarlara adı çəkilməyən şəxs müqavimət göstərib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu məlumatı "RİA Novosti" yayıb.
Bildirilib ki, cinayətkarlar həmin kişini oğurlayaraq, evinə gətirib, ondan 20 milyon rubl (300 min dollardan çox) pul tələb ediblər.
Ancaq o, evində cinayətkarların əlindən qaçaraq, zirehli "Mercedes-Benz Gelandewagen" markalı avtomobilinə əyləşib və quldurlara tapançadan aətəş açıb. Bunun ardınca cinayətkarların maşınının üstünə sürərək, onların avtomobilini əzib. Cinayətkarlardan biri maşında sıxılaraq qalıb.
Hadisə ilə bağlı araşdırma aparılır.