Axtarış

The search found 106385 results in 0.016 seconds.

Search results

  1. “ORQANİK MƏHSUL” YALANI - Alıcıları necə aldadırlar....

    Bir almaya iki dəfə artıq pul vermək heç də sağlam həyatı təmin etmək deyil

    Muxalifet - 19-01-2019

  2. ​“Facebook”u rekord məbləğdə cərimə gözləyir

    ABŞ hökuməti istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı razılaşmanı pozduğuna görə, “Facebook”un rekord məbləğdə cərimə etməyi planlaşdırır.
    Oxu.Az xəbər verir ki, bu haqda “The Washington Post” məlumatlı mənbəyə istinadən informasiya yayıb.
    Mənbənin məlumatına görə, ABŞ Federal ticarət komissiyasının  “Facebook”a qarşı tətbiq edəcəyi maliyyə sanksiyasının məbləği, 2012-ci ildə “Google” şirkətinə edilən cərimədən (22,5 milyon dollar) dəfələrlə çox ola bilər.

    Muxalifet - 19-01-2019

  3. ​“Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik” - ABŞ SENATORU

    “YPG PKK-nın siyasi qanadıdır və PKK ilə bağlılığı var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik”.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ-ın hakim Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem deyib.

    Muxalifet - 19-01-2019

  4. "Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır" - Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

    "Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır".
    Muxalifet.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

    Muxalifet - 19-01-2019

  5. “Onlar 20 Yanvar faciəsinin qarşısını ala bilərdilər” – Etibar Məmmədov

    Sabah 20 Yanvar faciəsinin 29-cu ildönümüdür. 20 Yanvar həm də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində bir qəhrəmanlıq səhifəsidir. Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədov BakuPost.az-a müsahibəsində deyir ki, 20 Yanvar Azərbaycan tarixində dönüş nöqtəsi olub...
    - Etibar bəy, 29 il əvvəl baş vermiş 20 Yanvar faciəsi barədə insanlarda hələ də müəyyən saullar qalmaqdadır. Baş verən hadisə hadisə ilə bağlı nələr yadınızda qalıb, əslində, nə baş vermişdi? 

    Muxalifet - 19-01-2019

  6. ​Putin Paşinyanı Moskvaya çağırdı

    Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
    Muxalifet.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Paşinyanın özü açıqlama yayıb.
    Səfər yanvarın 22-25 tarixlərində Davosda keçiriləcək Beynəlxalq İqtisadi Forumdan sonra baş tutacaq.
    Paşinyan səfər çərçivəsində Avrasiya İqtisadi Birliyinə dönəm rəhbərliyinin digər üzv dövlətə təhvil verilməsi məsələsinin müzakirə ediləcəyini bildirsə də, gündəlikdəki digər məsələlər haqda məlumat verməyib.

    Muxalifet - 19-01-2019

  7. ​20 Yanvar günü hava necə olacaq? - HAVA PROQNOZ

    Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamentindən verilən məlumata görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Səhər bəzi yerlərdə zəif duman olacaq. 
    Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Havanın temperaturu Abşeronda gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək.

    Muxalifet - 19-01-2019

  8. ABŞ-dan ŞOK ETİRAF: "Türklərə borcluyuq, çünki YPG-ni silahlandırdıq və..."

    “YPG PKK-nın siyasi qoludur. PKK ilə əlaqəsi var. Sübutlar açıq və dəqiqdir. Müttəfiqimiz Türkiyə ilə yaratdığımız problemi həll etməliyik”.
    Muxalifet.az publika.az-a istinaden xəbər verir ki, bu sözləri Amerikalı senator Lindsi Qrem deyib.
    Senator bildirib ki, münasibətləri inkişaf etdirmək üçün şanslar var:

    Muxalifet - 19-01-2019

  9. "Onlar yanlış heç nə etməyiblər. Onlar azadlığa buraxılmalıdır!"

    Vaşinqtonda qərargahlaşan Crude Accountability qeyri-hökumət təşkilatı yanvarın 18-i ABŞ-dakı Azərbaycan səfirliyi önündə piket keçirib. Piketin əsas tələbi Mehman Hüseynovun və Azərbaycanda həbsdə olan digər siyasi məhbusların dərhal azadlığa buraxılması olub.

    Muxalifet3 - 19-01-2019

  10. Aclıq aksiyasını 5 fəal davam etdirir

    Yanvarın 2-dən ictimaiyyət nümayəndələrinin "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq" tələbi ilə başladığı aclıq aksiyası Müsavat Partiyasının mənzil qərargahında davam etdirilir. Hazırda aclıq aksiyasını jurnalist Xədicə İsmayıl, fəallar Füzuli Hüseynov, Aygül Cəfərova, siyasi məhbus kimi tanınan Fuad Əhmədov və Orxan Baxışlının ataları Zəfər Əhmədov və Rafiq Baxışov davam etdirir. Bu gün Rövşən Niftalzadə aclığı dayandırıb, onu Füzuli Hüseynov əvəz edib.

    Muxalifet3 - 19-01-2019

  11. ​60 yaşlı qadın özünü kanala atdı - FOTO

    Beyləqan rayonunda 60 yaşlı qadın intihara cəhd edib.

    Muxalifet - 19-01-2019

  12. Amerika qoşunlarının Suriyadan çıxarılması Cənubi Qafqaza da təsir edəcək: Azərbaycan bölgədə səmərəli rol oynamağa tələsməlidir – Təhlil

    Stanislav Tarasov

    regnum.ru, 18.01.2019

    Muxalifet - 19-01-2019

  13. Şəhid qızından ürəkləri dağlayan məktub!

    İLK MƏKTUBUNU ATASINA YAZDI
     
    Dünən rüblük qiymət cədvəlini alan şagirdlər arasında şəhid uşaqları var idi. Şəhid komisar yardımçısı Tamer Aktaşın qızı qiymət cədvəlini aldıqdan sonra atasının məzarına qaçıb.A tası üçün yazdığı ilk məktubu şəhid Aktaşın məzarına qoyan qızcığazın sözləri ürəkləri sızladıb.
     

    Muxalifet3 - 19-01-2019

  14. ​Ermənistanın Qarabağda işğalına SON QOYULUR: Nazirlər 4 saat nədən danışıb?

    “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşü haqqında bəyanat qənaətbəxş deyil. Bu bəyanatda öz müqəddəratını təyin etmə məsələsi haqqında heç bir söz yoxdur. Paşinyan deyir ki, danışıqlar prosesi yoxdur. Danışıqlar prosesi yoxdursa, nazirlər 4 saat nədən danışırdılar? Hava durumundan danışırdılar, yoxsa bir-birindən “işlərin necədir” deyə soruşurdular”.

    Muxalifet - 19-01-2019

  15. ABŞ-dan Səudiyyənin vəliəhd şahzadəsinə soyuq duş!

    Türkiyədə səfərdə olan ABŞ-ın Respuklikaçı senatoru Lindsey Grehem Qaşıqçı cinayəti ilə bağlı da fikir bildirib. Senator Lindsey Grehem cinayətlə bağlı, "İki dəfə iki döra edər, bunun başqa bir yolu yoxdur. Qaşıqçı cinayətini vəliəhd şahzadə əmr etdi" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 19-01-2019

  16. ​Oğluna elçi getdiyi qızın verilişə zəng etdiyini eşidən Mətanətin REAKSİYASI - VİDEO

    Mətanət Əliverdiyeva oğlu Oqtay üçün elçi gedib.
    Milli.Az xəbər verir ki, xanım aparıcı bu barədə "Gündən günə" proqramında danışıb.
    Verilişin aparıcısı Əkbər, qəfil Mətanətə "Deyirlər gəlininiz efirə zəng edib. Qoşaq efirə?" sualı ilə müraciət edib. Xanım aparıcı eyni səs tonu ilə "Ay, nə yaxşı. Qoşun efirə" ifadələrini işlədib.
    Əkbər xanım həmkarının bu reaksiyası qarşısında təəccübünü gizlətməyib.
    Bu da həmin kadrlar:
    Qeyd edək ki, Mətanətin iki oğlan övladı var.

    Muxalifet - 19-01-2019

  17. ​Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Sevgilisini maşınında zorladı, sonra...

    Qazax rayonunda qadına təcavüz etməkdə təqsirli bilinən rayon sakini, 1994-cü il təvəllüdlü Habil Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Habil Məmmədov Qazax rayonunun mərkəzində tanışı Turan Əliyevaya təcavüz edib. Cinsi əlaqədə olmaq istəyi Hadisə 27 fevral 2015-ci il tarixdə baş verib. Habil Məmmədov həmin gün Turanənin fiziki cəhətdən köməksiz vəziyyətindən istifadə edib və onunla cinsi əlaqədə olmaq istəyib.

    Muxalifet - 19-01-2019

  18. ​"Nazirlik öz funksiyalarının icrasını davam etdirəcək" - DİN rəsmisi

    "Bəzi xəbər saytları ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına qeyri-peşəkar şərhlər verərək oxucularda çaşqınlıq yaradırlar".

    Muxalifet - 19-01-2019

  19. Bundestaq deputata Bakıdan pul aldigina görə töhmət verib

    Bundestaq Xristian-Demokrat İttifaqından olan deputat Karin Ştrensə deputatlıq normalarının pozulması ilə əlaqədar töhmət verib, xəbəri DW yayıb.
     
    Bu yaxınlara qədər AFR kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın nümayəndəsi müəyyən edilmiş müddət ərzində əlavə gəlirləri haqqında məlumat verməyib, bu barədə Bundestaq administrasiyası yanvarın 18-də bildirib.
    Deputat barəsində cərimə proseduru davam edir, deyə rəsmi bəyanatda bildirilir.

    Muxalifet3 - 19-01-2019

  20. Ramil Usubov polkovniki təqaüdə göndərdi

    Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib.
     
    Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.
    Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib.

    Muxalifet3 - 19-01-2019

Pages