Axtarış

The search found 106385 results in 0.017 seconds.

Search results

  1. На митинг оппозиции пришло больше обычного

    Баку /19.01.19/Turan B 15 часов на стадионе "Мехсул" начался митинг оппозиции, организованный Национальным советом демократических сил. B акции протеста с требованием освободить блогера Мехмана Гусейнова и всех остальных политзаключенных принимают участие активисты партий Народного фронта, "Мусават" и "РЕАЛ". Как передает с места событий корреспондент Turan полиция предпринимает усиленные меры безопасности и пришедших на митинг проверяют три кордона. Как обычно, власти блокируют доступ к интернету в месте проведения митинга, чтобы не допустить прямую трансляцию в социальные сети.

    Muxalifet3 - 19-01-2019

  2. Рейтинг доверия Путину упал до исторического минимума

    Рейтинг доверия президенту России Bладимиру Путину упал до рекордного минимума с 2006 года: в настоящее время ему доверяют лишь 33,4 процента россиян. Об этом свидетельствуют обнародованные в пятницу, 18 января, результаты опроса, проведенного социологическим центром BЦИОМ.
     
    По данным социологов, работу президента сейчас одобряют 62,1 процента россиян, а работу премьер-министра и правительства - 35 и 39,5 процента соответственно.

    Muxalifet3 - 19-01-2019

  3. Stepan Danielyan: "Paşinyan prinsipial olaraq "Artsax" yox, "Qarabağ" deyir”

    Erməni politoloqu Stepan Danielyan hesab edir ki, baş nazir Nikol Paşinyan Dağlıq Qarabağa aid olan seçkiqabağı vədlərinin icrasından yayınır.
     
    "Bu məsələ üzrə Paşinyanın seçkiqabağı tezisi ondan ibarət idi ki, Yerevan qarabağlılar adından danışıqlar aparmayacaq. Bir çox seçicilər öz seçimini bu tezisi nəzərə alaraq etdilər.

    Muxalifet3 - 19-01-2019

  4. AFFA üç milli komandanı ləğv etdi

    AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib. Ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.
     
    AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov oxu.az-a açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
    "Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb".

    Muxalifet3 - 19-01-2019

  5. ​Zimbabve Azərbaycanın uğurlu təcrübəsini öyrənir

    Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib.
    Buna səbəb bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olmasıdır. Bunu nəzərə alan Zimbabve tərəfi bu ölkələri təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün seçib.

    Muxalifet - 19-01-2019

  6. Süni mayalanma ilə doğulanlar: Qiyməti 3-5 min...

    Dünyada hər il təxminən yarım milyona yaxın uşaq süni mayalanma yolu ilə doğulur. Bu isə sonsuzluq hallarının artması ilə bağlıdır. Dünyada, eləcə də Azərbaycanda hər on nəfərdən birinin sonsuzluqdan əziyyət çəkdiyi barədə məlumatlar var. Azərbaycanda hər 100 000 qadın arasında sonsuzluq diaqnozu ilə qeydiyyata alınanların sayı təxminən 50 nəfərdir. Bununla yanaşı, qadınlar arasında sonsuzluq halları son vaxtlar iki dəfə artıb, ümumi sonsuzluğun təxminən yarısı isə kişi sonsuzluğunun payına düşür.
     

    Muxalifet3 - 19-01-2019

  7. Qan çanağı Balkanlar, fitnə ocağı Rusiya və böyük Serbiya iddiası - Putinin səfəri Qərbi əndişələndirib

    Rusiya ənənəvi siyasətinə uyğun olaraq bölgədə yeni qan çanağı yaratmaq istəyir
     
    Vladimir Putinin Serbiyaya rəsmi ziyarəti Qərbi yenidən qayğılandırıb.
    Avropa rusların şovinist və ultramillətçi, hələ də Balkan torpaqlarında böyük Serbiya qurmaq xəyalı ilə yaşayan serblərə dəstək verməsində xeyirli heç nə görmür.

    Muxalifet3 - 19-01-2019

  8. Trampdan Paşinyana şərt kimi təbrik – Qarabağ, “iki stul” siyasəti və...

    ABŞ prezidenti Donald Tramp seçiləndən 5 gün sonra Nikol Paşinyanı Ermənistanın baş nazir olması münasibəti ilə təbrik edib. Maraqlıdır ki, 9 dekabr erkən parlament seçkilərindəki qələbədən fərqli olaraq (o vaxt ilk təbrik məhz ABŞ səfirliyindən gəlmişdi), bu dəfə Amerika tərəfi, prezident Tramp erməni baş naziri Rusiya lideri Vladimir Putindən xeyli sonra təbrik edib.

    Muxalifet - 19-01-2019

  9. 16 yaşlı qızı qaçırılan atadan efirdə ŞOK SÖZLƏR: "12 yaşlı qızı sevmək olar" - VİDEO

    Ucarda qaçırılan 16 yaşlı qızın ailəsinə ev və avtomobil təklif edilir.
    "Ölkə.Az"ın məlumatına görə, 16 yaşlı məktəblinin nənəsi Sədaqət xanım Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinə gələrək kömək istəyib. Nənə bildirib ki, nəvəsi Elvinanı qaçıran Zamin adlı şəxs otuz yaşındadır:

    Muxalifet - 19-01-2019

  10. ​Yeni “ASAN xidmət” mərkəzləri açılacaq - SİYAHI

    2019-cu il ərzində bir çox rayonlarda "ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.
    Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
    Bu ilin sonuna kimi Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə yeni "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Adı çəkilən bütün yeni mərkəzlərdə hazırda tikinti işləri gedir.

    Muxalifet - 19-01-2019

  11. ​Deputatdan parlamentə qəribə MÜRACİƏT: "İcazə verin, robotu işə götürüm"

    Rusiya Dövlət Dumasının RLDP-dən olan deputatı Vasili Vlasov parlamentin aşağı palatasına xahişlə müraciət edib ki, ona robot-androidi işə götürməyə icazə versin.
    Muxalifet.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, deputat özünün vətəndaşların şikayətlərini qəbul edən köməkçisini robot-androidlə əvəz etmək niyyətində deyil. Sadəcə, hesab edir ki, başı, əlləri və bədəni olan maşın-adam partiyanın və Vlasovun özünün deputat kimi fəaliyyəti barədə ziyarətçilərinə məlumat verəcək, həm də pulsuz işləyəcək.

    Muxalifet - 19-01-2019

  12. “BU QƏDƏR ÖZBAŞINALIĞA MƏRUZ QALAN İŞ DÜNYASI…” – “Fəlakətimizin əsas səbəblərindən biri də budur”

    “Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar”
    “İstər kölgə iqtisadiyyatının qarşısını almaq, istərsə də korrupsiyaya qarşı effektli mübarizə aparmaq üçün ilk növbədə vəzifəli şəxslərdən gəlir və xərcləri barədə deklorasiya tələb olunmalıdır. Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər və necə qazanırlar. Yalnız bundan sonra qeyri-qanuni qazanc yollarını bağlamaq olar”. 

    Muxalifet - 19-01-2019

  13. Uşağın cinsiyyətini öyrənmək qadağan olunur - Video

    Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək.
     
    ARB TV xəbər verir ki, “Sağlamlıq Haqqında Qanun” layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə qoyulacaq.
    Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

    Muxalifet3 - 19-01-2019

  14. "Gətirib armatur paylamışdılar ki, tankın qabağına onunla çıxaq"

    “Elə məmurlarımız var ki, 20 Yanvar gününün qeyd olunmasını ləğv etmək istəyirlər” 

    Muxalifet4 - 19-01-2019

  15. ​Onların ermənipərəstlərin əlində alətə çevrilməsi... - Deputat

    Azərbaycan ilə Avropa İttifaqı arasında sazişin imzalanmasına dair danışıqlar prosesinin getdiyi bir ərəfədə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibəti əks etdirən yeni “qətnamə” qəbul etdi. Avropa Parlamenti bir qrup ermənipərəst siyasətçinin təsiri ilə Azərbaycana təzyiq etmək, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmaq məqsədilə belə “sənədlər” qəbul edir. Bəs niyə Avropa Parlamentinin deputatları uzun illərdir Ermənistanda iki azərbaycanlının - Dilqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi ilə bağlı heç bir cəhd göstərmirlər?

    Muxalifet3 - 19-01-2019

  16. ​Aralıq dənizində faciə: 117 ölü...

    Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan qayıq batıb.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində qayıqdakı 120 miqrantdan 177-i boğulub. Axtarış-xilasetmə tədbirləri zamanı yalnız 3 nəfərin həyatını xilas etmək mümkün olub. Ölənlərdən 2-si azyaşlı, 1-i isə hamilə olub. Məlumata görə, həlak olanların əksəriyyəti Qərbi Afrika ölkələrinin vətəndaşlarıdır.
    Sözügedən hadisə Aralıq dənizində ilin ilk ölümlə nəticələnən qəzasıdır.
    Xatırladaq ki, ötən il Aralıq dənizində baş verən qayıq qəzalarında 2262 miqrant boğularaq ölüb.
     

    Muxalifet3 - 19-01-2019

  17. ​Meksikada neft oğurluğu faciə ilə bitdi: 66 ölü, 76 yaralı

    Meksikanın Hidalqo əyalətində yerli sakinlərin “Pemeks” boru xəttindəki sızıntıdan neft oğurlamaq cəhdləri partlayışla nəticələnib. Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 66 nəfər həlak olub, 76 nəfər yaralanıb. Neft kəmərindəki sızıntının bir müddətdir davam etdiyi, Meksika polisinin ərazidəki insanların neft daşımasının qarşısını almaq üçün keşik çəkdiyi bildirilir. Qeyd edək ki, Meksika ərazisində qəzalı vəziyyətdə xeyli sayda neft boruları olduğundan tez-tez partlayış baş verir.

    Muxalifet3 - 19-01-2019

  18. "Sabah" Macarıstan klubunu qol vurmağa peşman etdi

    Yanvarın 19-da Bakının “Sabah” futbol klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
    Muxalifet.az xəbər verir ki, Macarıstanın MTK komandası ilə qarşılaşan “Sabah” 3:1 hesabı ilə qalib gəlib.
    Bakı təmsilçisinin heyətində Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev fərqləniblər.
    Daha əvvəl Türkiyənin “Eskişehirspor” komandasına 1:0 hesabı ilə qalib gələn Elşad Əhmədovun yetirmələri Qazaxıstan “Tobol”u ilə heç-heçə ediblər – 2:2.
     

    Muxalifet3 - 19-01-2019

  19. ​Tramp Dağlıq Qarabağ haqqında DANIŞDI

    ABŞ prezidenti Donald Tramp Ermənistan baş naziri Nikol Paşinyana məktub göndərib.
    Muxalifet.az TASS-a istinadən xəbər verir ki, Tramp Paşinyanı baş nazir təyin edilməsi münasibəti ilə təbrik edib.
    ABŞ prezidenti məktubda Dağlıq Qarabağ haqqında da fikirlərini bildirərək problemin sülh yolu ilə həllinin bu cəhdlərə töhfə verəcəyini deyib.
     

    Muxalifet3 - 19-01-2019

  20. ​Türkiyə Rusiyaya bu şəhərə girməyə icazə verəcək? - Məmmədov

    Türkiyə Rusiya və Suriyaya İdlibə girmək üçün icazə verə bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Diplomatik Konseyinin koordinatoru Ruslan Məmmədov bildirib.
    Türkiyə üçün YPG-nin nəzarətində olan torpaqlar çox əhəmiyyətlidir və Ankara üçün İdlibdə mövqeyini gücləndirmək bir məna daşımır:

    Muxalifet3 - 19-01-2019

Pages