Axtarış
The search found 105705 results in 0.02 seconds.
Search results
Nazarbayev Azərbaycan iqtidarına “dərs”verdi
Qazaxıstan prezidenti ölkəsinin gələcəyi naminə prezident səlahiyyətlərini baş nazir və spiker arasında bölüşdürdüyü bir ərəfədə, Azərbaycanda ailə hakimiyyətinin, “krallıq sistemi”nin qurulmasına start verilib
Bir neçə gün əvvəl Qazaxıstan parlamenti konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı olan qanun layihəsini təsdiq etdi. Yeni dəyişikliyə əsasən, prezidentin səlahiyyətləri azaldıldı, bunun əksinə olaraq, baş nazir və parlament sədrinin səlahiyyətləri artırıldı.Muxalifet - 6-03-2017
Obama "Trump Tower"-ı dinləyibmi? – Qanunlar Trampın iddiasının əksini deyir
ABŞ prezidenti Donald Tramp eks-prezident Obama haqqında silsilə tvitlər ataraq bəlkə də indiyə kimi ən qalmaqallı iddiasını etdi. Belə ki, Trampın iddiasına
görə, Obama onun seçki kampanyası dövründə "Trump Tower"də gedən bütün telefon danışıqlarını dinləməyə alıb. Tramp isə bunları iddia edərkən heç bir sübuta əsaslanmayıb.
Muxalifet.az bbc-yə istinadən xəbər verir ki, faktiki olaraq Obamanın belə bir hərəkət etməsini qanunlar inkar edir.Muxalifet - 6-03-2017
Birinci vitse-prezident deputat mandatına xitam verilməsi üçün MSK-ya müraciət etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etdi.
Muxalifet.az xəbər veriri ki, MSK-nın bu gün keçiriləcək iclasında həmin müraciətə baxılacaq və qərar veriləcək.
Qeyd edək ki, Mehriban Əliyeva 2015-ci il V çağırış Milli Məclisə seçkilərdə14 saylı Xəzər seçki dairəsindən deputat seçilib. Bu ilin fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə isə M.Əliyeva Birinci vitse-prezident vəzifəsinə təyin edilib.Muxalifet - 6-03-2017
Mehriban Əliyevanın deputat mandatına xitam verildi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın deputat mandatına xitam verildi.
Muxalifet.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Mehriban Əliyevanın deputat mandatından məhrum edilməsi üçün müraciətinə baxılıb.
MSK sədri Məzahir Pənahov deyib ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib: “Onu bu vəzifəyə təyin olunması münasibətiləMuxalifet - 6-03-2017
Mehriban Əliyeva deputatlıq fəaliyyəti ilə bağlı hesabat verdi
Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında çıxış etdi.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, birinci vitse-prezident deputatlıq fəaliyyəti ilə bağlı hesabat da verib.Muxalifet - 7-03-2017
Azərbaycanlı biznesmeni daşa basdılar - TÜRKİYƏDƏ
Türkiyənin Antalya şəhərində azərbaycanlı iş adamı hücuma məruz qalıb.
Azvision.az xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov işgüzar görüşdən qayıdarkən yolda başqa bir avtomobil onun bahalı “Cip”ini əzərək hadisə yerindən qaçıb.
Bundan qəzəblənən Z.Həsənov həmin avtomobili təqib etməyə başlayıb.
O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.
Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.Muxalifet - 7-03-2017
“Oksana Puşkina Bakıya getməklə qanunu pozub...” - JİRİNOVSKİ
Qalmaqallı rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski yenə çıxışında Azərbaycanın adını çəkib.
Muxalifet.az xəbər verir ki, Jirinovski bu dəfə həmkarı, majoritar sistem üzrə Dövlət Dumasına seçilən məşhur teleaparıcı Oksana Puşkinanı tənqid edərkən onu “Azərbaycana qanunsuz səfər etməkdə” günahlandırıb. Jirinovskinin bildirdiyinə görə, Oksana Puşkina birmandatlı dairədən seçildiyi üçün dövlət hesabına ancaq öz seçildiyi dairə ərazisində səfərlər edə bilər.Muxalifet - 7-03-2017
"Türkiyənin yüzdə 99-u qana bulanacaq" - Fətullah Güləndən MESAJ
Muxalifet.az bildirir ki, Pensilvanyada olan FETÖ rəhbəri Fətullah Gülən yenidən hərəkətə keçib. Kəşfiyyat heyəti Türkiyə həbsxanalarında məhbus FETÖ-çülərə gizli yolla dinlədilən radiolardan mesajlar göndərildiyini deyib.
Muxalifet - 9-03-2017
Gürcüstan martın 28-dən vizasız rejimə daxil olacaq
Muxalifet.az xəbər verir ki, martın 8-də Avropa İttifaqı Gürcüstan üçün vizasız rejimin tətbiq edilməsi barədəki qərarını rəsmən açıqladı.
Dünən Avropa İttifaqının rəsmi jurnalında Gürcüstan vətəndaşlarının vizasız rejim zonasına daxil edilməsi barədə barədə qərar dərc edilib.
Bu prosedur vizasız rejimlə bağlı razılaşmanın axırıncı detalıdır. Qərar rəsmən dərc edildikdən 20 gün sonra qüvvəyə minir.
Beləliklə, martın 28-dən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə turizm, biznes və qohumlarla görüşmək üçün 90 günlük səfərə çəxa bilərlər.Muxalifet - 9-03-2017
Mehriban Əliyeva müşavirə keçirdi – FOTOLAR
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi müşavirə keçirilib.
Müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələləri müzakirə edilib.Muxalifet - 9-03-2017
“Cahangir Hacıyevin tapşırıqlarını yerinə yetirmişəm” - SABİQ DEPUTAT
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Belə ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilov ifadə verib.Muxalifet - 9-03-2017
"Güzəştli mənzillər" neçəyə olacaq?
Martın 10-dan başlayaraq Bakı şəhərində yerləşən 1; 3 və 5 saylı, eləcə də Sumqayıtdakı «ASAN xidmət» mərkəzləri güzəştli mənzil almaq hüququ olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə bağlı digər suallara cavab verəcəklər.
Xidmət mərkəzlərinə getmək heç də vacib deyil. «ASAN xidmət»in Çağrı mərkəzinə (№ 108) ev telefonundan ödənişsiz zəng edərək, sosial mənzil almağın yollarını öyrənmək mümkün olacaq.
Sistemin qurulması «R.İ.S.K.»likdir
«Güzəştli mənzil» elektron sistemi mayın 1-də işə düşəcək.Muxalifet - 9-03-2017
"Məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılmalıdır" – MEHRİBAN ƏLİYEVA
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib.Muxalifet - 9-03-2017
“Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanı tənzimlənməlidir” – ƏFLATUN AMAŞOV
“Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar”.
Muxalifet.az bildirir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov sözügedən qanuna dəyişikliklərin qəbulu zamanı deyib.Muxalifet - 10-03-2017
Kanadanın baş naziri Ziya Məmmədovla bağlı korrupsiya işinə münasibət bildirdi
Kanadanın baş naziri Castin Tryudo bu ölknin təyyarə və qatarlar, digər nəqliyyat avadanlıqları istehsal edən qlobal “Bombardier” şirkətinin İsveç nümayəndəliyinin əməkdaşının Azərbaycan vəzifəliləri ilə korrupsiya sövdələşməsinə görə həbs edilməsinə şərh verib.
Baş nazir Kanada şirkətlərinin işlədikləri xarici ölkələrdə “qanunlara və etik standartlara əməl etməli olduğunu” bildirib.
Muxalifet - 11-03-2017
Müxalifətçi yazar döyülüb - Naməlum şəxslər ona hücum edib...
Müxalifet.az saytının əməkdaşı və ADP üzvü Səbuhi İsmayılov üç gün öncə axşam saatlarında evə gedərkən naməlum şəxslərin hücumuna məruz qalaraq döyülüb. Döyülmə nəticəsində hüşsuz vəziyyətə düşən S.İsmayılovu Suraxanı rayonun ucqar ərazisində yol kənarında oradan keçən insanlar görərək, ona köməklik göstəriblər. Həmin insanlar tərəfindən xəstəxanaya çatdırılan S.İsmayılova ilkin tibbi yardım göstərilmiş, döyülmə nəticəsində diz qapağı sındığından, dünən onun diz qapağında cərrahi əməliyyat aparıldığı bildirilir.
Muxalifet - 12-03-2017
Birinci vitse-prezidentin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər
Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərovun sözlərinə görə, hətta ola bilsin, Konstitusiyanın tələblərinə uyğun olaraq bununla bağlı ayrıca qanun da qəbul edilə bilər: “Yaxud birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər”.Muxalifet - 13-03-2017
Prezident Novruz Məmmədovu "ŞƏRƏF" ordeni ilə təltif etdi
Bu gün Prezident İlham Əliyev sərəncam verib.
Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Novruz İsmayıl oğlu Məmmədov "Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, N.Məmmədov Prezident Administrasiyasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiridir. Martın 15-də onun 70 yaşı tamam olacaq.
Onun tərcümeyi-halını təqdim edirik:
Muxalifet - 13-03-2017
"Prezident olanda sizi güllələyəcəyəm" – JİRİNOVSKİ RƏQİBLƏRİNİ HƏDƏLƏDİ
Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib.
Muxalifet - 15-03-2017
“Gürcüstan Rusiya tərəfindən işğal olunub" – GÜRCÜSTAN PREZİDENTİ
“Gürcüstan nüvə dövləti olan Rusiya tərəfindən işğal olunub. Düzdür, bu işğal 2008-ci ildə olub. Amma bu proses daha əvvəl, 90-cı illərin əvvəllərində hibrid müharibə ilə başlayıb. Millətlər nə qədər kor ola bilər ki, bunu görməsin? Artıq Krımın işğalından sonra bu vəziyyətlə Ukraynada da şahid olmuşuq. Biz təcavüzü pisləməliyik”.
Muxalifet.az bildirir ki, bu sözləri Gürcüstan prezidenti Georgi Marqvelaşvili Bakı Qlobal Forumunun müzakirəsində çıxışı zamanı deyib.Muxalifet - 16-03-2017