​Gürcüstan martın 28-dən vizasız rejimə daxil olacaq

Muxalifet.az xəbər verir ki, martın 8-də Avropa İttifaqı Gürcüstan üçün vizasız rejimin tətbiq edilməsi barədəki qərarını rəsmən açıqladı.
Dünən Avropa İttifaqının rəsmi jurnalında Gürcüstan vətəndaşlarının vizasız rejim zonasına daxil edilməsi barədə barədə qərar dərc edilib.
Bu prosedur vizasız rejimlə bağlı razılaşmanın axırıncı detalıdır. Qərar rəsmən dərc edildikdən 20 gün sonra qüvvəyə minir.
Beləliklə, martın 28-dən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə turizm, biznes və qohumlarla görüşmək üçün 90 günlük səfərə çəxa bilərlər.
Aİ-nin rəsmi jurnalı hökumət bülletenidir. O, İttifaqa üzv olan 24 ölkənin dilində nəşr edilir. Yalnız bu jurnalda dərc olunan hüquqi sənədlər icbari şəkildə qüvvəyə minir.