Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
NÜVƏ MÜHARİBƏSİ BAŞLAYIR – 4 dövlətin ordusu hazır vəziyyətə gətirildi
Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) hökuməti ölkədə müharibə vəziyyəti elan edib.
Rusiyanın “Pravda” qəzeti xəbər verir ki, paytaxt Pxenyanda mülkü əhalinin təxliyə edilməsi işi başladılıb.
Şimali Koreya lideri Kim Çen İn paytaxt əhalisinin ən azı 25 faizinin təxliyə edilməsi əmrini verib.Muxalifet - 13-04-2017
İcra başçısı qadın jurnalistə qarşı etdiyi hərəkətdən danışdı -VİDEO
Muxalifet.az xəbər verir ki, icra başçısı “Ölkə.Az”a açıqlamasında jurnalisti döymədiyini və bu barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib:
Muxalifet - 13-04-2017
Moskvaya BÖYÜK ZƏRBƏ: ABŞ kəşfiyyatı danışıqları ƏLƏ KEÇİRDİ
Amerika kəşfiyyatı Suriya hərbçiləri və kimya ekspertlərinin İdlibdə zarin qazının tətbiqi ilə kimyəvi silah hücumuna hazırlığını göstərən danışıqlarını yaxalayıb.
Bu haqda CNN telekanalına ABŞ hökumətindəki mənbə bildirib.
Bu məlumat kimyəvi hücumdan bir neçə saat sonra toplanmış kəşfiyyat informasiyalarının icmalı zamanı aşkar edilib. Telekanalın mənbəyi qeyd edib ki, Rusiya hərbçiləri və ya kəşfiyyatçıların bu hücum haqqında məlumatlı olduğuna dair heç bir informasiya əldə edilməyib.Muxalifet - 13-04-2017
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri görüş keçirəcəklər – QARABAĞLA BAĞLI
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüş keçirəcəklər.
Muxalifet.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin deyib.
O bildirib ki, görüş Moskva və bütün rusların patriarxı Kirilin vasitəçiliyi ilə baş tutacaq: “Görüşün vaxtı hələlik məlum deyil. Görüşün gündəliyi və vaxtı barədə iş aparılır”.Muxalifet - 13-04-2017
“İŞİD-i Rusiya ilə mübarizə üçün saxlayaq” – Trampa ŞOK TƏKLİF
“Terrorçularla mübarizə Vaşinqtonun xeyrinə deyil”.
Muxalifet.az xəbər verir ki, bunu “The New York Times” qəzetinin köşə yazarı Tomas Fridman “Tramp Suriyada İŞİD-lə niyə mübarizə aparır” başlıqlı yazısında bildirib.
Fridman faktiki olaraq ABŞ-ı Suriyada İŞİD-lə mübarizəni dayandırmağa çağırır.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp İŞİD-ə mövcud olmağa icazə verməlidir. Müəllifin fikrincə, İŞİD Suriya lideri Bəşər Əsəd, İran, Rusiya və “Hizbullah” üçün “baş ağrısı” kimi qalmalıdır.Muxalifet - 13-04-2017
MTN generallarının vəkilləri danışmaqdan imtina etdilər
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sabunçu rayon Məhkəməsində keçirilən prosesdədən sonra vəkillər jurnalistlərə açıqlama verməkdən imtina ediblər.Muxalifet - 13-04-2017
Avropa Məhkəməsi: Dövlət Elmar Hüseynovun qətlinə görə günahkar deyil
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, aprelin 13-də «Ruşaniyyə Hüseynova Azərbaycana qarşı» işi üzrə qərarını açıqlayıb. Bu haqda məhkəmənin saytı xəbər verir. R.Hüseynova «Monitor» jurnalının 12 il əvvəl qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun həyat yoldaşıdır. O, E.Hüseynovun qətli ilə bağlı 2010-cu il fevralın 17-də məhkəməyə şikayət edib. AİHM-in qərarında qeyd edilir ki, Azərbaycan dövləti E.Hüseynovun qətlə yetirilməsini effektiv araşdırmayıb. Hökumət buna görə mərhum jurnalistin həyat yoldaşına təzminat ödəməlidir.
Muxalifet - 13-04-2017
"Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik"
Türkiyə ilə sərhəddə kürd dövlətinin qurulmasına icazə verməyəcəyik.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kütahyada çıxışında bəyan edib.
Dövlət başçısı qeyd edib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur: "Məzlumun torpağını özünə verəcəyik".Muxalifet - 13-04-2017
Kremlin “rəngli inqilablar” qorxusu - RƏY
Qabil Hüseynli: ““Rəngli inqilablar”ın yetişdiyi ən potensial ölkə Rusiyanın özüdür"
Rusiya prezidenti Vladimir Putinin “MİR” teleradio şirkətinə müsahibəsində “rəngli inqilablar”la bağlı dedikləri MDB məkanında geniş müzakirələrə səbəb olub. “Sputnik- Azərbaycan”ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kreml rəhbəri müsahibəsində deyib ki, Rusiya ölkə daxilinə “rəngli inqilablar”ı buraxmadığı kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrdə də bunun baş verməsinə imkan verməyəcək.Muxalifet - 14-04-2017
Akif Çovdarovun yeni fotosu yayıldı
Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yeni görüntüsü yayılıb.
Foto Sabunçu Rayon Məhkəməsinin inzibati binasında çəkilib.
17 aydır həbsdə olan Akif Çovdarovun fotosunda onun xarici görünüşündə dəyişikliyin olması gözə çarpır.
Bu, Akif Çovdarovun məhkəməsi başlayandan sonra çəkilmiş ilk fotosudur.Muxalifet - 14-04-2017
“Pənah Hüseyn vahid namizəd təklifini ortaya atmaqla həmişəki kimi tələsib”
“Vahid namizədin indidən müəyyənləşdirilməsi bu gün müxalifətin edə biləcəyi, xalqa və özünə verə biləcəyi yeganə xeyir ola bilər”.
Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu sabiq baş nazir Pənah Hüseynin “vahid namizədlə bağlı müzakirələr başlanmalıdır” fikrini şərh edərkən deyib.Muxalifet - 14-04-2017
“Azərbaycanı tərk etməyimin səbəbi Eldar Mahmudov deyil” – MÜSAHİBƏ
Tanınmış kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Azərbaycana nə vaxt gəlməsindən tutmuş, şəxsi obyektlərinin olması barədə səslənən fikirlərlə bağlı Modern.az saytına müsahibə verib.
– Rüstəm müəllim, öncə ənənəvi sualla söhbətə başlamaq istəyirəm. Səhhətiniz necədir?
– Səhhətimlə bağlı onu deyə bilərəm ki, hər şey qaydasındadır. Əvvəlki illərə baxanda indi özümü gümrah və sağlam hiss edirəm.
– O zaman yaradıcılığınızın da öz axarı ilə davam etməsini demək olar.Muxalifet - 14-04-2017
"Söhbət Azərbaycandan getdikdə, erməni inkarçılığı fanatizm səviyyəsinə çatır"
"Mən erməni diasporuna Azərbaycan haqqında yalan və böhtanlar uydurmaq əvəzinə iki xalq arasında barışığa çalışmağı məsləhət görürəm"
Muxalifet - 15-04-2017
“Özal səy göstərsə də, Dəmirəl Azərbaycana hərbi yardım etməyə imkan vermədi...”
90-cı illərin əvvəllərində ermənilər Qarabağda bir-birinin ardınca Azərbaycan kəndlərini və şəhərlərini işğal edəndə, dinc əhaliyə qarşı qətliamlar törədəndə Türkiyənin Bakıya hərbi yardım göstərməməsinin səbəbi prezident Turqut Özalla baş nazir Süleyman Dəmirəl arasında çəkişmələr olub.
Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyənin ahaber.com saytı (eyni adlı telekanalın saytı – red.) yazır.Muxalifet - 15-04-2017
Gürcü politoloq: “Qondarma “erməni soyqırımı”nı tanımaq gürcü xalqına qarşı hörmətsizlikdir” - RƏY
“Bu həm də, bizə qonşu və dost, qardaş ölkələr olan Azərbaycan və Türkiyəyə hörmətsizlikdir”
Gürcüstanın Axalkalaki bələdiyyəsi, erməni icması və ictimai təşkilatları, Gürcüstan rəhbərliyinə müraciət edərək “qondarma erməni soyqırımı”nı tanımağı xahiş ediblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, müraciətdə 1915-1923-cü illərdə Osmanlı tərəfindən ermənilərə qarşı “soyqırımı” həyata keçirildiyi iddia olunur və onun Gürcüstan hökuməti tərəfindən tanınmasının vacibliyi vurğulanır.
Ermənilərin bu müraciəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.Muxalifet - 16-04-2017
Siqaret oliqarxları müqavimətə başladı
Tütün istehsalçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməmişdən artıq öz ziyanlarını xalqın siqaret çəkən təbəqəsi üzərinə yükləməyə çalışır.
Muxalifet - 17-04-2017
Gürcüstanın ali məktəblərində 2 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
Gürcüstanın müxtəlif ali məktəblərində 8 min 12 nəfər əcnəbi tələbə təhsil alır.
Bu barədə Gürcüstan Statistika İdarəsinin məlumatında deyilir.
Tələbələrdən 4 min 599-u özəl ali məktəblərdə oxuyur.
Gürcüstanın müxtəlif özəl və digər ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 min 93 nəfər təşkil edir.
Gürcüstanda təhsil alan əcnəbilər arasında Çin, ABŞ, Kanada, Almaniya, Rusiya, İsrail, Böyük Britaniya, Fransa, İspaniya və digər ölkələrdən gələnlər də var.Muxalifet - 17-04-2017
Azərbaycan prezidenti: “Növbəti 3-4 ildə əsas istehlak malları ilə özümüzü tam təmin etməyə çalışmalıyıq”
“Növbəti 3-4 il ərzində çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq”.
bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.Muxalifet - 17-04-2017
Anar Ələkbərov I vitse-prezidentin köməkçisi təyin olundu
Heydər Əliyev Fondunun icraçı-direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, Avtomobil növləri federasiyasının rəhbəri Anar Ələkbərov Azərbaycan respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın köməkçisi təyin olunub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bununla bağlı rəsmi təyinat olub. Yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcəyi gözlənilir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun rəsmi açılış mərasimi 10 may 2004-cü ildə baş tutub. Anar Ələkbərov həmin tarixdən Fondun icraçı-direktoru vəzifəsini daşıyıb.Muxalifet - 17-04-2017
“Ərdoğan özünü mahir siyasətçi kimi göstərərsə, Türkiyə güclənəcək”
“Türkiyədə baş tutmuş referendumu qiymətləndirmək çətindir. Prezident üsul-idarəsinin möhkəmləndirilməsinin tərəfdarlarının qalib gəldiyi bu qeyri-adi hadisə hələ lazımınca qiymətləndirilməyib”.
Bu barədə beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov Türkiyədə keçirilmiş referendum nəticələrini şərh edərək bildirib.Muxalifet - 17-04-2017