"Türkiyənin yüzdə 99-u qana bulanacaq" - Fətullah Güləndən MESAJ

Muxalifet.az bildirir ki, Pensilvanyada olan FETÖ rəhbəri Fətullah Gülən yenidən hərəkətə keçib. Kəşfiyyat heyəti Türkiyə həbsxanalarında məhbus FETÖ-çülərə gizli yolla dinlədilən radiolardan mesajlar göndərildiyini deyib.
Gazetevatanda verilən məlumata görə radiolardakı reklam, ya da verilişlərdə şifrəli verilən mesajlar kəşfiyyatçılar tərəfindən təsbit edilib. Edilən araşdırmada şifrəli mesajlarla bağlı dəhşətli ssenarilər üzə çıxıb.Radiolarla göndərilən şifrəli mesajlarda bunlar deyilirdi: "Sabr edin, peyğəmbər əfəndimizin müjdəsi var. Qurtuluşumuz yaxın. Siyasi başçıların qadınları, uşaqları tələf olacaq. Fətullah hocaefendi sizi mükafatlandıracaq. Türkiyənin yüzdə 99-u qana bulanacaq. Bu seçki olmayacaq. Əsl gücümüzü daha görmədilər. Üzərlərinə bombalar "yağacaq". Dövlət başçısına deyil, xidmət ordusuna güvənin".
Kəşfiyyatçılar olayla əlaqədar həbsxana səlahiyyətlilərini məlumatlandırıblar.