Axtarış
The search found 105705 results in 0.008 seconds.
Search results
“Qərb Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə ona görə göz yumdu ki...”
Elşad Musayev: “Daxildə güclü etiraz olmasa, heç bir beynəlxalq təşkilat, iri dövlət, demokratik dövlət bizə dəstək verməyəcək”
““Naxçıvan klanı” dediyimiz həmin o qrupun rəhbərləri düşünüb-daşınmaq məcburiyyətindədir. Mən hesab etmirəm ki, onlar sahib olduqları nüfuzu, varidatı, şəraiti əllərindən buraxacaqlar...”Muxalifet - 28-02-2017
“Hər yerdə Ermənistanın işğalçılıq siyasətini qaldırmalıyıq” – ƏRDOĞAN
"Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq".
Muxalifet.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışarkən deyib.Muxalifet - 1-03-2017
Türkiyəmiz təhlükədə... - MƏMMƏDXAN ƏZİZXANLI YAZIR
Milli olmayan, bəşəri deyil!
Muxalifet - 1-03-2017
Rəsul Quliyev və 16-cı əsr azərbaycanlıları – KEÇMİŞİN GÖZÜ İLƏ
Eks-spiker hansı haqla Azərbaycan xalqını aşağılayır?!
Muxalifet - 1-03-2017
Zərərçəkən: "Çovdarovda ləyaqət olsa, bizim üzümüzə baxa bilməz"
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.Muxalifet - 1-03-2017
"Pərdə arxasında BMT ilə ATƏT tərəflərə xəbərdarlıq edirlər" - TƏDQİQATÇI
Lakin Azərbaycan müharibə eləmək istəsə, bunun qarşısını almaz çətin olacaq
Muxalifet.az xəbər verir ki, Cənubi Qafqaz məsələləri üzrə ekspert, “Karnegi-Avropa” fondunun baş tədqiqatçısı Tomas de Vaal son günlərdə erməni-Azərbaycan təmas xəttində baş verən gərginliyin baharda münaqişə zonasında irimiqyaslı hərbi əməliyyatlar başlana biləcəyi əlaməti olduğunu deyib.Muxalifet - 1-03-2017
ADP-dən birinci vitse-prezident təyinatı ilə bağlı açıqlama - "ŞÜBHƏLİ..."
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçrilib.
Muxalifet - 1-03-2017
TRAMP DÖVRÜNDƏ HƏYATDA QALMAQ – Kreml qlobal şahmat taxtasının altını üstünə çevirib!
Rusiya dövləti müasir tarixdə nadir bir haldır. Bu ölkə öz yaşamını paradoks sayəsində sürdürür: zəifliyi – gücə, taktikanı – strategiyaya, istisnanı – qaydaya, məğlubiyyəti – qələbəyə, sivilizasiyalı düşməni – özü üçün həyatda qalma resursuna çevirir.
Biz Donlad Tramp dövründəki dünyanın necə görünəcəyini hələlik bilmirik, lakin Rusiya Federasiyası artıq ona həyatda qalma təminatı verəcək yeni paradoksların peyda olacağına böyük ümid bəsləyir.Muxalifet - 2-03-2017
“Şagirdlər artıq yükdən azad ediləcək” – AYDIN ƏHMƏDOV
Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb.
Muxalifet xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.Muxalifet - 2-03-2017
Sadiq Gözəlov yeni vəzifəyə təyin edildi
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Sadiq Gözəlov yeni vəzifəyə təyinat alıb.
Muxalifet.az xəbər verir ki, S.Gözəlov DİN-in Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fonduna direktor təyin edilib.Muxalifet - 2-03-2017
Bakıda milyonluq oğurluqla bağlı hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatdı.
Belə ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ruslan Əliyev 14 il 6 ay, Zamiq Xasıyev və Aqil Şəmiyevin hər biri isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.Muxalifet - 2-03-2017
"Özünü dəliliyə qoyub, başını divara vururdu" - Eldar Mahmudovun adamının məhkəməsi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.Muxalifet - 2-03-2017
“Müşfiqin heykəlini Nazim Hikmətin qızlığı düzəltmişdi”- MÜSAHİBƏ
Muxalifet.az kulis.az-a istinadən heykəltəraş Cümşüd İbrahimli ilə müsahibəni təqdim edir.
- Cümşüd müəllim, Mikayıl Müşfiqin heykəlinin götürülməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Prezident də günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verdi. Bəs sizin bir heykəltəraş kimi münasibətiniz necədir, bir sənət əsərinə qarşı bu cür laqeyd davranmaq nə dərəcədə doğrudur?
Muxalifet - 2-03-2017
“Rusiya imkan verə bilər ki, Azərbaycan Qarabağda daha bir həmlə etsin” - STRATFOR
ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi, vaxtaşırı olaraq Qafqaz mövzusunda təhlillər hazırlayıb yayan “Stratfor” Dağlıq Qarabağ münaqişəsi ətrafında son eskalasiya ilə bağlı analiz dərc edib.
“Stratfor” münaqişənin sonrakı inkişafının necə inkişaf edəcəyinə dair proqnozlarla çıxış edərək Rusiyanın rolu üzərində dayanır.Muxalifet - 3-03-2017
Tofiq Zülfüqarovun cərimə meydançasına salınan maşını qaytarıldı
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı məsələnin həll olunduğunu bildirib.
Sabiq nazir “feysbuk” səhifəsində iki gün əvvəl baş verən problemin bu gün tamamilə həll olunduğunu yazıb.Muxalifet - 3-03-2017
“Dedi heykəli sökməyi Hacıbala Abutalıbovla razılaşdırmışam, sərəncamı var...”
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəlinin “Azəravtoyol” ASC tərəfindən necə söküldüyünü danışıb. Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Müşfiqin heykəlinin sökülməsindən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən ona zəng vurublar. Bildiriblər ki, Müşfiqin heykəlini sökmək istəyirlər, nazirlik bu barədə nə fikirləşir.
Muxalifet - 3-03-2017
“Azərbaycanda “Lalə dövrü”nün başlayacağına ümid edə bilərik”
Sərdar Cəlaloğlu: “Mehriban xanımın birinci vitse-prezident gətirilməsini Azərbaycanın təhlükəsizliyi baxımından çox vacib hesab edirəm”
“Heydər Əliyev Fondu əslində “paralel dövlət” kimi mövcud olub”
Muxalifet - 3-03-2017
Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edildi
Bu gün Suraxanı rayon məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin video-bloqqer Mehman Hüseynova qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet.az xəbər verir ki, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 3-03-2017
" Azərbaycana atılanı mərmilər Ərdoğana istiqamətlənmiş atəşlərdir" - ŞEVÇENKO
Fevralın əvvəlində təmas xəttində yaşanan hadisələrdə Ermənistanın 2016-cı ilin aprel müharibəsindən sonra qisas almaq hissi böyük rol oynayıb.
Muxalifet.az xəbər verir ki, bunu report-a açıqlamasında Rusiya Federasiyasının Prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq Maksim Şevçenko bildirib.
"Fevralda təmas xəttində gərginliyin artmasında günahkar ilk növbədə, Ermənistandır və onlar bunu praktiki olaraq inkar etmirlər", - deyə M.Şevçenko vurğulayıb.Muxalifet - 6-03-2017
"Mehman Hüseynov konkret cinayət əməlinə görə həbs edilib" – ƏLİ HƏSƏNOV
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Əli Həsənov apa-ya açıqlamasında qeyd edib ki, vətəndaş Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib və məhkəmə araşdırması zamanı onun əməlində cinayət tərkibi olduğu tam təsdiqini tapıb. M.Hüseynov məhkəmənin qərarına əsasən iki il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 6-03-2017