Axtarış
The search found 105705 results in 0.011 seconds.
Search results
İranda Azərbaycan bayrağına hörmətsizlik
İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə Dünya kubokunda təşkilatçılar Azərbaycan bayrağına hörmətsizlik ediblər.
Muxalifet.az bildirir ki, Rusiya yığması ilə görüş zamanı Azərbaycan milli komandası təqdim olunanda təşkilatçılar arenaya qəribə bayraq çıxarıblar - səkkizgüşəli ulduz və aypara mərkəzdən sola çəkilib, bayraqda iki ağ xətt olub.
Azərbaycan Güləş Federasiyasının nümayəndələri təşkilatçılara öz narazılıqlarını bildiriblər. Yığmanın baş məşqçisi Firdovsi Umudov oteldən əsl Azərbaycan bayrağını gətirib.Muxalifet - 16-02-2017
Əflatun Amaşov: “Bu gün Azərbaycanda mətbuat tam müstəqildir”
“Azərbaycan mətbuatı milli təfəkkürün, milli mənliyin formalaşmasında kifayət qədər rol oynayb".
Müxalifet.az bildirir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Muradova bu gün Milli Məclisdə media rəhbərləri ilə görüşündə deyib.
Deputat vurğulayıb ki, mətbuatda çalışan filosoflar Azərbaycan xalqının inkişaf istiqamətini göstərdi: “Həmin insanlar XIX əsrin sonlarında Azərbaycan xalqının müstəqil yaşaması ideyasını meydana gətirdilər və sonra Cümhuriyyət qurularkən müxtəlif vəzifələr tutdular”.Muxalifet - 17-02-2017
Ağalarovun 1.7 milyard dollar borcu var: “Faiz Qərbdəki kimi aşağı olsaydı...”
“Crocus Group” şirkətlər qrupunun prezidenti, azərbaycanlı milyarder Araz Ağalarov bildirib ki, dollar ekvivalentində hazırda cəmi 1.7 milyard kredit borcu var.
Muxalifet - 17-02-2017
18 yaşından sonra valideynlərini itirmiş tələbələr təhsil üçün ödənişdən azad olacaqlar
Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.
Muxalifet - 18-02-2017
Ötən ay kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Kənd təsərrüfatında yanvar ayında diri çəkidə 38,1 min ton ət, 150,2 min ton süd, 145,4 mln. ədəd yumurta, 6,0 min ton tərəvəz istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə ət istehsalı 3,4%, süd istehsalı 2,0%, yumurta istehsalı 2,9%, tərəvəz istehsalı 1,9 dəfə artıb.
Kənd təsərrüfatının ümumi məhsulu 3,5%, o cümlədən bitkiçilik məhsulları istehsalı 33,2%, heyvandarlıq məhsulları istehsalı 2,9% artıb.Muxalifet - 18-02-2017
Bakıda yolların buz bağlaması nəticəsində 23 nəfər yıxılaraq xəsarət alıb.
Bakıda güclü qarın yağması və yolların buz bağlaması nəticəsində ötən sutka ərzində 23 nəfər yıxılaraq xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, bir vətəndaşa yerində ilkin yardım göstərilib, 22-si isə xəstəxanaya yerləşdirilib: “Onların arasında ciddi xəsarət alanlar yoxdur. Əsasən yuxarı və aşağı ətrafların zədələnməsi müşahidə edilir”.Muxalifet - 18-02-2017
Azərbaycanda qızıl və gümüş istehsalı azalıb
Bu ilin yanvar ayında Azərbaycanda 105,1 kq qızıl istehsal edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı ilin yanvar ayına nisbətən 22,4% azdır.
Bu ilin fevral ayının 1-nə 21,9 kq hazır məhsul ehtiyatı yaranıb.
Ötən ay ölkədə 21,9 kq gümüş istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricidən 4,4% azdır. Bu ilin fevral ayının 1-nə bu qiymətli metal üzrə 8,7 kq hazır məhsul ehtiyatı yaranıb.Muxalifet - 18-02-2017
Azərbaycanda benzin istehsalı artıb
Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 199,5 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 10,2% azalıb.
“Muxalifet.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından ağ neftin istehsalı 7,9%, yanacaq mazutunun istehsalı 28,5%, dizel yanacağının istehsalı 17,5% azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı artıb.
Belə ki, neft məhsullarından sürtgü yağlarının istehsalı 75%, neft koksunun istehsalı 80,6%, avtomobil benzininin istehsalı 0,2% artıb.Muxalifet - 18-02-2017
Bakıda mənzildən 3 min manatlıq qızıl oğurlanıb
Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 16-da rayon ərazisindəki evlərdən birindən 300 manat pul və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini Anar Aslanov tutulub.Muxalifet - 18-02-2017
Moskvada “kürd milli konfransı” keçirilib: Rusiya Ankaranın əsəbləri ilə oynayır – TƏHLİL
Murat Yetkin
Hürriyet (Türkiyə), 17.02.2017
Fevralın 15-də Moskvada kürd konfransı keçirilib. Bu görüşdə kürdlərin sıx yaşadığı ölkələrin – İran, İraq, Suriya və Türkiyə təmsilçiləri iştirak ediblər.Muxalifet - 18-02-2017
Generallar arasında milyonluq biznes sahələri necə bölüşdürülmüşdü ? – ADLAR VƏ GƏLİRLƏR
Hər 3 qruplaşmaya MTN-in Monitorinq Mərkəzinin rəhbəri general Teymur Quliyev dəstək verib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində tərtib edilmiş cinayət işlərindən məlum olur ki, ölkədə biznesin müxtəlif sahələrinə ayrı-ayrı generallar nəzarət edib.
Hurriyyet.org-un Lent.az-a istinadən məlumatına görə, nazirliyin vəzifəli şəxsləri barəsində başladılan və hazırda məhkəmə araşdırılan cinayət işləri əsasında məlum olub ki, nazirlikdə biznesin müxtəlif sahələri qeyri-rəsmi şəkildə bölüşdürülüb.Muxalifet - 18-02-2017
MTN generalının səhhəti pisləşdi – AYAQ ÜSTƏ DURA BİLMİR
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Muxalifet - 21-02-2017
"Hamı birinci vitse-prezident vəzifəsində Mehriban Əliyevanı görürdü" – PA RƏSMİSİ
”Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü”.
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Feysbuk" səhifəsində yazıb.
“Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”, - deyə o qeyd edib.Muxalifet - 21-02-2017
Mehriban Əliyeva birinci vitse-prezident oldu – PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINDA ELAN ELƏDİ
Prezident Təhlükəsizlik Şurasını topladı – Birinci vitse-prezident təqdim olunduXəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı təqdim edib.Muxalifet - 21-02-2017
“Mehriban Əliyeva çox böyük işlər görüb” – PREZİDENT
“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatında fəal rol oynayıb”.
Bunu fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.Muxalifet - 21-02-2017
“Mənə inanan insanların etimadını doğrultmağı bacaracam” – BİRİNCİ VİTSE-PREZİDENT
"Hörmətli cənab Prezident, mənə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam şəkildə dərk edirəm. İnanıram ki, Sizin cənab Prezident, bütün mənə inanan insanların etimadını doğrultmağı bacaracam".
Hurriyyet.org bildirir ki, bunu fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva deyib.Muxalifet - 21-02-2017
Birinci vitse-prezident hansı səlahiyyətlərə malikdir?
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, 26 sentyabr 2016-cı ildə keçirilən ümumxalq səsverməsində qəbul edilən Konstitusiyaya əlavə və dəyişikliklərə əsasən, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.Muxalifet - 21-02-2017
“Ziya Məmmədovun sabiq müşavirinin 1 milyard dollarlıq əmlakı var” – MƏHKƏMƏDƏ SENSASİON AÇIQLAMA
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə R. Əhmədov ifadə verib.
O bildirib ki, oxşar hadisə əvvəl də baş verib: "Əvvəl də mənə qabla dolu brilyant verib. Saxlamışam, sonra gətirib özlərinə vermişəm. Ancaq Çingiz Baxşıyev iddia elədi ki, brilyantlar ona verilməyib. Aydınlaşdırandan sonra isə yadına düşdü ki, brilyantları qaytarmışam".Muxalifet - 21-02-2017
"Mehriban Əliyevanın həyatında yeni dövr başlayır" – İLHAM ƏLİYEV
“Bu gün mənim sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir, ölkənin ictimai-siyasi, mədəni həyatında mühüm və fəal rol oynayır, Yeni Azərbaycan Partiyasının sədr müavinidir”.
Bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.Muxalifet - 21-02-2017
Kremlə yaxın politoloq Mehriban Əliyevanın təyinatı haqda danışdı
Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək.
Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, bu təyinat dövlətçiliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır: “Daxili sistemdə hər hansı bir dəyişiklik baş verməyəcək. Mehriban Əliyeva həmişə ölkənin ictimai və siyasi həyatında fəal rol oynayıb”.
Muxalifet - 21-02-2017