Axtarış

The search found 105705 results in 0.011 seconds.

Search results

  1. Hərbi xidmətə getdi, əlil oldu, sığorta pulunu vermirlər – ZƏRDAB SAKİNİ ŞİKAYƏT EDİR

    Zərdab rayonu Gödəkqobu kənd sakini 2-ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif yazır:
    “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mənə düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyamı mənimsəyib və qanunsuz olaraq vermək istəmir. 

    Muxalifet - 17-03-2017

  2. ​Orduxan Teymurxanın qardaşı azadlığa buraxıldı

    Hollandiyada yaşayan siyasi mühacir, bloqqer Orduxan Teymurxanın inzibati qaydada həbs edilən qardaşı Xanlar Bəbirov və bacısı oğlu Səbuhi Zeynalov azadlığa çıxıblar.
    Bu haqda “Azadlıq” radiosuna onların vəkili Elçin Sadıqov məlumat verib.
    Onun sözlərinə görə, bloqqerin yaxınlarının durumu normaldır.
    Vəkil Hollandiyada yaşayan bloqqerin yaxınlarının saxlanmasını bilavasitə onun fəaliyyəti, tənqidi düşüncələri ilə izah edib.
    “Orduxan Teymurxan hesab edir ki, baş verən bütün pozuntulara hüquqi qiymət verilənədək mübarizəsini davam etdirəcək”, vəkil bildirib.

    Muxalifet - 22-03-2017

  3. ​Müdafiə Nazirliyi Sarkisyanın “İsgəndər” hədəsinə sərt cavab verdi

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın “İsgəndər” operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.
     
    Muxalifet.az-ın xəbərinə görə, Nazirliyin mətbuat xidmətindən apa-ya bildirilib ki, Serj Sarkisyanınbu bəyanatı öz cinayətkar dəstəsinin itirilmiş nüfuzunu bərpa etmək və seçkiqabağı xal toplamaqla reytinqini yüksəltmək məqsədilə daxili auditoriyaya hesablanmış primitiv bir addımdır:

    Muxalifet - 27-03-2017

  4. Müxalifət siyasi məhbuslara azadlıq tələb etdi – BƏYANAT

    Bu gün Azadlıq Partiyası, KXCP, AXP, ADP və Ağ Partiya liderlərinin iştirakı ilə yığıncaq keçirilmişdir. Muxalifet.az xəbər verir ki, yığıncaqda ölkədə və dünyada gedən ictimai-siyasi proseslər müzakirə edilmişdir. Toplantı iştirakçıları sonuncu əfv fərmanının siyasi məhbus kimi tanınan şəxslərin hamısını əhatə etmədiyindən təəssüfləndiyini və siyasi məhbus probleminin həllolunmaz qalmasının dövlətimizin beynəlxalq nüfuzuna, eləcə də daxili həmrəyliyə ciddi problemlər yaratdığını bildirir.

    Muxalifet - 28-03-2017

  5. GENERALLAR İSTEFAYA GÖNDƏRİLDİ: Eyvaz Cəfərov, Elbrus Orucov…

    Prezident, Ali baş komandan İlham Əliyevin əmri ilə ordudan istefaya göndərilən yüksək rütbəli hərbçilərin bəzilərinin adları mətbuata sızıb.
    İstefaya göndərilənlər arasında Silahlı Qüvvələrin Baş qərargah rəisinin birinci müavini, general-leytenant Eyvaz Cəfərov və Baş qərargahın Baş Əməliyyat İdarəsinin rəisi, general-mayor Elburus Orucov da var. Habelə Baş qərargahdan polkovnik Murad Həmidov da istefaya göndərilib. Bu haqda Müdafiə Nazirliyinə yaxın “AzeriDefence” portalı bildirir.

    Muxalifet - 28-03-2017

  6. ​MTN generalı Elçin Quliyev məhkəmə önünə çıxarılır

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digər şəxslərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
    Cinayət işinin ibtidai istintaqı başa çataraq məhkəməyə göndərilib. İşə yaxın günlərdə Bakı Hərbi Məhkəməsində baxılacaq. E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

    Muxalifet - 28-03-2017

  7. ​“Sberbank”dan 40 milyon çıxarıb “Ferrari” almaq istəyən Dadaşova bacıları...

    Rusiyada “Sberbank”da çalışan azərbaycanlı bacılar Məryəm və Tamilla Dadaşovaların Moskvada avtosalondan “Ferrari” almağı onların VİP müştərilərindən biri xahiş edib.
    Bu barədə Rusiya KİV-i məlumat yayıb.

    Muxalifet - 28-03-2017

  8. Ziya Məmmədov və Arif Əsgərovun ölkədən çıxışına qadağa

    İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyasını böyüməsi, istintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlir. Artıq bu istintaq işində adı keçən şirkətlərin yerləşdikləri ölkələrin ən yüksək səviyyəli rəsmiləri məsələyə münasibət bildiriblər. Belə görünür ki, İsveç Baş Prokurorluğu Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat hüquqi müstəvi ilə yanaşı siyasi müstəviyə də keçir.

    Muxalifet - 29-03-2017

  9. “AZƏRİQAZ”DAKI YEYİNTİ FAKTI BARƏDƏ ŞOK AÇIQLAMA –“1 manatlıq malın 38 manat manata rəsmilşdirilməsi realdır”

    Qubad İbadoğlu: “Bu, ciddi korrupsiya fakı kimi dəyələndirilməlidir”

    Namizəd Səfərov: “İstintaq orqanları fakta reaksiya verməlidirlər”

    “Azəriqaz”ın keçmiş işçisi: “Elektron sayğacda ayda 1000 kubmetr fərq olur”

    Muxalifet - 29-03-2017

  10. ​ “Mən Rəsul Quliyevin səviyyəsinə enmək istəmirəm” – AYAZ MÜTƏLLİBOV

    Milli Məclisin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev 1995-ci ilin mart qiyamı, onun başlanma səbəbləri barədə danışıb. O, jurnalist Sevinc Osmanqızına müsahibəsində mart hadisəsinin 1994-cü ilin oktyabrındakı dövlət çevrilişinə cəhdin davamı olduğuna eyham vurub.

    Muxalifet - 30-03-2017

  11. ​Azərbaycanda övladlarına tərbiyə vermədiyinə görə 240 valideyn cərimələnib

    2016-cı ildə Azərbaycanın şəhər və rayonları üzrə tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərlə 6 məcburi əmək cinayəti müəyyən edilib.
    Bu, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatında əksini tapıb.

    Muxalifet - 31-03-2017

  12. ​“Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır” – İLHAM ƏLİYEV

    “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.
     

    Muxalifet - 31-03-2017

  13. Dünyamin Xəlilovun vəkili: “Pulun çatdığı ünvanı həbs etmək mümkün deyil”

    Beynəlxalq Bank qalmaqalında ən çox adı hallandırılanlardan biri də keçmiş millət vəkili Dünyamin Xəlilovdur. Ölkə mətbuatı sabiq deputat haqqında müxtəlif xəbərlər yayır. Onu gah Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Haciyevin yaxın qohumu, gah bu bankın vəsaitlərinin mənimsənilməsində əsas rol oynayan şəxs kimi təqdim edirlər. Son zamanlar Dünyamin Xəlilovun məhkəmə prosesi zamanı bütün əməllərində Cahangir Hacıyevi günahlandırdığı da diqqəti cəlb edən mövzulardandır.

    Muxalifet - 31-03-2017

  14. ​RAMİZ MEHDİYEVƏ MÜRACİƏT – “Qorxmaz Hüseynovun qardaşı məni ölümlə təhdid edir”

    Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayon Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan məcburi köçkün İsmayılov Elnur Mənsur oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif saytımız vasitəsilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edir:

    Muxalifet - 3-04-2017

  15. ​İCRA BAŞÇISI ÖLÜMDƏN DÖNDÜ – Gizlədilən bir avtoqəzanın təfərrüatları (FOTO)

    Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb. Başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub.
    Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.

    Muxalifet - 3-04-2017

  16. Mehriban Əliyeva erməni analarına müraciət etdi

    "Bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir. Bunu biz nazirlərin çıxışlarında da eşitdik. Mən əminəm ki, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın hər bir vətəndaşının ən böyük arzusudur".
    Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva aprelin 3-də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşdə yekun çıxışı zamanı deyib.

    Muxalifet - 4-04-2017

  17. ​"Üzr istəsələr, bağışlayaram" - MTN-də təhqir edilən şəxsin tələbi...

    Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

    Muxalifet - 4-04-2017

  18. Müsavat başqanın müavini: “Milli Şuranın mitinqinə insan axınını gözləmirəm”

    “Tofiq Yaqublunun bu addımı düzgün deyil”

     “Milli Şura rəhbərliyi təşkil edəcəkləri mitinqdə Müsavat Partiyası rəhbərliyinin iştirakını istəmir. Bunu dildə deməsələr də, açıq-aşkar görünür. Ona görə də biz onların mitinqinə qoşulmayacağıq”.

    Muxalifet - 4-04-2017

  19. Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi - ADR-in QEYDİYYATA ALINMAMASI İLƏ BAĞLI

    Müraciətə bu ay baxılacaq

    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu hərəkatın dövlət qeydiyyatına alınmaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
    Bu barədə Q.İbadoğlu məlumat verib.
    O bildirib ki, müraciətə bu ay baxılacaq.
    Qeyd edək ki, ADR-in dövlət qeydiyyatına alınması ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edilsə də, nazirlik hərəkatı qeydə almaqdan imtina edib.

    Muxalifet - 4-04-2017

  20. Vitse-prezidentlər gəlir, Abutalıbovun yeri boşalır - ADLAR

    Ölkə ciddi dəyişiklik ərəfəsində; Son günlər rəsmi dəvətlərdə görünməyən Artur Rəsi-zadə özü ilə bərabər iki müavinin də istirahətə aparır; Yaqub Eyyubovun baş nazir olmaq şansı varmı? Bakı meri Nazirlər Kabinetinə gedir...
    Ötən il sentyabrın 26-da keçirilmiş referendumda təsis edilən vitse-prezident postlarına təyinatlar bugünlərdə gerçəkləşəcək. Məlumdur ki, fevralın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib. Aprelin 12-nə qədər isə digər təyinatların da gerçəkləşəcəyi gözlənilir.

    Muxalifet - 5-04-2017

Pages