Axtarış
The search found 105705 results in 0.011 seconds.
Search results
Sürücünü ağladıb görüntülərini məşuqəsinə göndərən DYP əməkdaşı qovuldu - YENİLƏNİB
Xəbər verildiyi kimi sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb. Görüntülərə əsasən 99 YP 965 nömrəli avtomobildə xidmət aparan DYP əməkdaşı onun "saxla" əmrinə vaxtında tabe olmayan yük maşını sürücüsünü 700 manat cərimə ilə hədələyib ağladır, onun "dərisinə saman təpəcəyini" bildirir. Məlumatlara görə görüntülər DYP avtomobilindəki kamera ilə qeydə alınıb və həmin əməkdaş görüntüləri öz "qəhrəmanlığını" nümayiş etdirib lovğalanmaq üçün məşuqəsinə göndərib.
Muxalifet - 24-01-2017
DİN generalı Sahib Mirzəyev Çexiyanın kurort şəhərciyində ev alıb – RUSİYA MƏTBUATI
“Açıq Rusiya” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinın Daxili İstintaq Baş İdarəsinin rəisi, general Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda daşınmaz əmlakı barədə məlumat yayıb.
Saytın məlumatına əsasən, generalın dəbdəbəli evi Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşir. Evdə iki nəfər qeydiyyata düşüb: Sahib Mirzəyev və Lyudmila Mirzəyeva.
Xəbər verdiyimiz kimi, Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.Muxalifet - 26-01-2017
"DTK-nın arxivi açılsa, Azərbaycan vətəndaşları şoka düşər” – KEÇMİŞ MTN ƏMƏKDAŞI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətə açıqladığı bir milyona yaxın məxfi sənəd dünya gündəminə bomba kimi düşdü. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu addım bir sıra məsələləri gündəmə gətirib.
Muxalifet - 26-01-2017
Gülər Əhmədova:“Dəyanətin ölümündə özümü günahkar sayıram”
"Dəyanətin intihar edə biləcəyini ağlımdan da keçirməzdim”.
Bu sözləri BakiPost.az-a son vaxtlar onunla birgə işləyən sabiq deputat, psixoloq Gülər Əhmədova deyib.
O bildirib ki, həmkarı son vaxtlar depressiyada olub: "Mənim onun əvvəl də intihara cəhd etməsi ilə bağlı məlumatım yoxdur. Amma son vaxtlar depressiyada idi. Bizim dörd tərəfimiz psixoloq idi. Mənə deyirdi ki, görüşək. Müəyyən konsultasiyalar edək. Bir iki dəfə görüşmüşdük. Amma düşünmürdüm ki, o, belə bir şey edər”.Muxalifet - 26-01-2017
Ərdoğan Trampla görüşmək istəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ Prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib. Bu barədə "Hürriyyət" qəzeti məlumat verir.
Dövlət başçısı qeyd edib: "Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".Muxalifet - 27-01-2017
Cəlilabadda ağır yol qəzası – 11 NƏFƏR XƏSARƏT ALIB
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 26-da saat 07.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndində rayon sakinləri Habil Əliyevin idarə etdiyi "Toyota" və Nazir Sövzəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə N.Sövzəliyev və 10 sərnişin xəsarət alıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onlar buraxılıb.
Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Muxalifet - 27-01-2017
“Binəqədi yanğını”nda təqsirləndirilən şirkət rəhbərinə 8 İL İŞ VERİLDİ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il mayın 19-da Azadlıq prospektindəki 16 mərtəbəli binada baş verən yanğına görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi yekunlaşıb.
Muxalifet - 27-01-2017
Azərbaycan Lapşini gətirmək üçün Minskə təyyarə göndərdi
Xəbər verildiyi kimi dünən yanvarın 26-da Minsk məhkəməsi bloqqer Aleksandr Lapşinin apellyasiyasına baxıb və onun Bakıya ekstradisiyası haqda qərarı qüvvədə saxladığını elan edib.
Virtualaz.org xəbər verir ki, İsrailin «Haaretz» qəzeti diplomatların Bakıya əngəl olmaq cəhdlərinin, hələ ki, nəticə vermədiyini, əməkdaşlıq davam etdirilsə də, nəyəsə nail olacaqlarına artıq inanmadıqlarınıyazır.Muxalifet - 27-01-2017
Ermənistanda parlament seçkiləri təxirə salına bilər
Ermənistan prezidenti Serj Sarkisyan bu il aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınmasının əleyhinə olmadığını açıqlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə S.Sarkisyan rəhbərlik etdiyi partiyanın toplantısında bildirib.
“Son günlər ölkənin siyasi səhnəsində parlament seçkilərinin aprelin 2-də keçirilməsi ilə bağlı fikir ayrılıqları var. Bizim hüquqşünasların bunun hüquqi nöqteyi-nəzərdən effektiv qərar olmasına dair əsasları var. Bununla bağlı ekspertlərin rəyi təqdim olunacaq.Muxalifet - 27-01-2017
Fransa məhkəməsindən ermənilərin “soyqırımı” iddiasına zərbə
Fransa Konstitusiya Məhkəməsi qondarma "erməni soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
Məhkəmənin qərarında bildirilir ki, bu qanun söz azadlığı hüququna müdaxilədir.
Bundan əvvəl qanunun pozulmasına görə bir il azadlıqdan məhrum etmə cəzası və 40 min avro cərimə nəzərəd tutulurdu.
Muxalifet - 27-01-2017
Gecə Bakıda 2 dərəcə şaxta olacaq-QAR YAĞACAQ
Bakı və Abşeron yarımadasında yanvarın 28-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 1-3° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.Muxalifet - 27-01-2017
Dollar 1,9165 manata bərabər oldu
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb.Muxalifet - 27-01-2017
Rusiyada yüksək rütbəli FTX agentlərinin müəmmalı həbsi
Rusiya mediasının xəbərlərinə görə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) daha bir zabiti dövlətə xəyanət ittihamı ilə həbs olunub.
“Azadlıq” radiosunun Vaşinqton redaksiyası bu həbsin Rusiyanın ABŞ-ın prezident seçkisinə müdaxiləsi ilə əlaqədar ola biləcəyini bildirir.
Bildirilir ki, bundan əvvəl FTX-nin mühüm departamentlərindən biri olan kiberkəşfiyyat idarəsinin yüksək rütbəli zabitinin həbs edildiyi məlum olmuşdu. Bu xəbəri nüfuzlu “Kommersant” qəzeti yayıb.Muxalifet - 27-01-2017
Ölkəyə gətirilən avtomobillərin qeydiyyat müddətinin uzadılması asanlaşdı
Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Mərkəzdən verilən məlumata görə, 26 yanvar 2017-ci il tarixdən etibarən, şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.Muxalifet - 27-01-2017
Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfər edə bilər
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edə bilər.
Bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiyada inteqrasiya və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Baku” saytına müsahibəsində deyib. O bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədov adından Vyaçeslav Volodinin adına dəvət var: “Vyaçeslav Viktoroviç hazırda bu səfərin mümkünlüyünə baxır. Səfərin tarixi müzakirə olunur”.Muxalifet - 27-01-2017
Məşhur aktyor canlı yayımda intihar etdi
Amerikanın məşhur aktyoru Frederik Cey Boudi “Facebook” üzərindən etdiyi canlı yayımda intihar edib.
Türkiyə mətbuatı xəbər verir ki, 33 yaşlı aktyor canlı yayım zamanı maşınında silahla özünü vurub. Hadisə yerinə gedən polis onun cansız bədəni ilə qarşılaşıb.
Qeyd edək ki, ötən həftə Kaliforniyada təcavüzdə Boudi 100 min dollar girov qarşılığında sərbəst buraxıldığı məlum olub.
O, seriallarla yanaşı “The Island” və “Big Brother” kimi realiti-şoularda yer alıb.Muxalifet - 27-01-2017
Hökumət büdcəni belə doldurur – PİYADALARA QARŞI CƏRİMƏ 100 MANATA QALDIRILIR
Azərbaycanda bəzi piyadalara qarşı cərimələr daha da sərtləşdirilir.
Avtosfer.az-ın məlumatına görə, piyadaların yol verdiyi qayda pozuntularının hamısı artıq eyni cəza ilə bitməyəcək. Belə ki, daha təhlükəli qayda pozuntusuna yol verən piyadaların cəriməsi də ağır olacaq.Muxalifet - 27-01-2017
Xaçmazlı məktəblinin İNANILMAZ BACARIĞI – Hava ilə işləyən silah düzəltdi - VİDEO
"ARB Günəş"in efirində yayımlanan sujetdə silah maketləri hazırlayan istedadlı yeniyetmə haqqında məlumat verilib.
Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Həmdulla Xəlilov müxtəlif silah maketləri hazırlayır. O, hazırda Kalaşnikov avtomatı və Pulemyot silahlarının maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında istifadəsiz və tullantı materiallardan istifadə edir. Maketlərin hissələri kardon lövhələrdən və plastik materiallardan ibarətdir.Muxalifet - 27-01-2017
Bakıda lombarddan içərisində 100 min manat olan seyf oğurlandı
Bakıda lombarddan içərisində pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Məmmədcəfər Cəfərov küçəsi, 9 ünvanında yerləşən lombarddan içərisində qızıl-zinət əşyaları, həmçinin 100 min manat pul olan seyf oğurlanıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.Muxalifet - 27-01-2017
“Həmkarlarımla sanksiyaların ləğvinə icazə verməmək üçün birgə işləyəcəyəm”
“Prezident Dolanld Trampın Rusiya əleyhinə sanksiyaları ləğv etməsinə mane olmağa çalışacağam”.
Bunu ABŞ Senatının Respublikaçılar Partiyasından olan üzvü Con Makkeyn bildirib.
Senator qeyd edib ki, sanksiyaların ləğvi uzaqgörən kurs deyil: “Əgər o, belə addım atsa, mən öz həmkarlarımla Rusiyaya qarşı sanksiyaların ləğvinə icazə verməmək üçün birgə işləyəcəyəm”.
80 yaşlı senator Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.Muxalifet - 28-01-2017