Arvadı terrorçunun əsl adını açıqlamır – KOD ADI E.M.H
4-01-2017 14:01

Xəbər verdiyimiz kimi, İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən “Reina” gecə klubunda terror törədən şəxsin ailəsi polis tərəfindən saxlanılıb.
Türkiyə KİV-İ xəbər verir ki, nəzarətdə olan terrorçunun həyat yoldaşı isə onun adını açıqlamaq istəməyib.
Polislərin təkidinə baxmayaraq saxta pasportla Türkiyəyə gələn qadın məlumat verməkdən imtina edir. O, israrla həyat yoldaşından xəbərsiz olduğunu söyləyir.
Polis yalnız faciəni törədən şəxsin E.M.H kod adının olduğunu müəyyənləşdirə bilib(qafqazinfo).