Rokfellerdən ŞOK ETİRAFLAR: “TÜRKİYƏ...” – I yazı

Məşhur amerikalı bankir Rokfellerdən əsrin etirafı – Türkiyə üzərində oynanılan çirkli oyunlar, çevrilişlərlə hakimiyyət dəyişiklikləri...
Con Rokfeller tarixdə ən zəngin insanlar siyahısında birinci pillədə qərarlaşıb. 1937-ci ildə, 97 yaşında dünyasını dəyişərkən 1,4 milyard dəyərində sərvət miras qoydu - inflyasiya nəzərə alınmaqla bu sərvəti 2007-ci ilin valyutasına çevirdikdə - 318 milyard dollara bərabər olur, halbuki həmin ilin ən varlı adamı olan Bill Qeytsin sərvəti 50 milyard dollara yaxın idi. Con Rokfellerin ailəsi dünya siyasətini idarə edən qüvvələrdən hesab edilir.
“Stat-oyl” şirkətinin sahibi olan ailə II Dünya müharibəsində silah və yanacaq satışından, müharibə bitdikdən sonra isə şəhərlərin bərpasından milyonlar qazanır. Rokfeller nəslindən olan bankir Devir Rokfeller hazırdaa 102 yaşındadır və qloballaşdırma hərəkatının liderlərindən sayılır.
Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Komplohaber.com” saytında “Amerikalı yəhudi bankir Rokfellerdən əsrin etirafı...Türkiyə üzərində oynanılan kirli oyunlar!” başlıqlı məqalə dərc edilib:
Amerikalı bankir David Rokfeller son əsrin ən böyük etiraflarını edib. Rokfellərə məxsus olan bu etiraflar əslində hamımızın bildiyi tarixi həqiqətlərdir... Hazırda dünyada baş verənləri dərk etmək üçün bu etiraflara nəzər salmaq çox faydalıdır.
David Rokfellerin söylədikləri: “Türkiyəyə Adnan Menderesin dövründə “Marşal yardımı” ilə əl uzatdıq”
Məsələn, Türkiyədən danışaq. Türklər də illər boyunca kommunizmə qarşı mübarizə aparıblar. 1950-ci illərdə ölkənin iqtidarına bizim dəstəyimiz ilə Adnan Menderes gəlmişdi. Əslində Menderes əvvəlcə bizimlə olduqca gözəl bir dialoq qurmuşdu. Seçkilərdə bizdən aldığı dəstəyə qarşılıq olaraq, “Marşal yardımı” adı altında bizdən ardıcıl şəkildə borc alır və ölkəsinə investisiya qoyaraq sənayeni inkişaf etdirirdi (“Marşal planı” barədə saytımızda “ABŞ-ın Türkiyədə qida terroru: bir stəkan südlə içirdiyi qorxunc “Marşal planı” başlıqlı material dərc eləmişdik: http://hurriyyet.org/17572-absh-in-turkiyede-qida-terroru-bir-stekan-sudle-ichirdiyi-qorxunc-marshall-plani.html - red.). Lakin o qədər plansız və proqramsız xərclər edirdi ki, ödəmə günləri gəldiyi zaman bizdən borcunu ödəmək üçün təkrar-təkrar borc istəməyə başladı. Biz də ondan ölkəsini xarici sərmayədarlara açmasını və bizim şirkətlərə xüsusi imtiyazlar verməsini, başqa cür deyilsə, Osmanlı imperatorluğuna söykənən kapitulyasiyalara bənzər şeylər tələb elədik. Menderes də heç vaxt bunu qəbul etməyəcəyini söylədi və bizdən uzaqlaşmağa başladı. Ölkə vətəndaşı ilk dəfə asfalt yollar görür, fabrikalar bir-birinin ardınca tikilirdi. Ölkənin əksəriyyəti müsəlman olduğu üçün bütün regionlarda məscidlər tikdirirdi.
Menderes bu şərtlər altında iqtidardakı yerini uzun müddət ərzində bərkidəcəyini zənn edirdi. Bir çevriliş ilə bu işə son verildi və sonunun elə bitməsini istəmədyimiz halda məsləkdaşları ilə birlikdə edam edildi. Sadəcə, Celal Bayar xilas oldu, çünki bir mason idi və yaxın dostu, digər adı 23-cü Con olan Papa Ronkalllinin təzyiqi ilə edamdan qurtuldu.
1980-ci il çevrilişi bizim istədiyimiz üçün həyata keçirildi
Həmin ölkədə həyata keçirilən 1980-ci il çevrilişi də bizin istədiyimiz üçün həyata keçirildi. O zaman ölkədə gah solçular, gah da sağçılar iqtidara gəlir, iqtisadiyyatı bizim istədiyimiz kimi idarə edirdilər. Lakin Amerika və Avropada inkişaf etmiş ölkələrin bazarlarında bolluq var idi və biz lazımi qədər mal sata bilmirdik. Buna görə də, digər az inkişaf eləmiş ölkələr üçün hazırladığımız planı onlara da tətbiq eləmək istədik və azad bazar iqtisadiyyatına keçmələrini və idxalın sərbəst buraxılmasını tələb elədik. Bu istəyimizi qəbul eləmiş kimi davransalar da, işi uzadırdılar.
Minlərlə türk gənci uydurma ideologiyalar uğrunda canından keçdi
Ən sonda bu dilemma yenə də bildiyimiz üsulla, “Ordo AB Chaos” ilə həll edildi. Yəni, əvvəlcə xaos, sonra sabitlik. Provokatorlarımızın vasitəsi ilə sağ və sol ideologiyaların toqquşması, çəkişməsi başladıldı. Əslində əvvəlcə özümüzü Kipr müharibəsinə razılıq vermiş kimi göründük, lakin sonra ölkəyə embarqo tətbiq etdik ki, bunun sayəsində xalq canından bezdi, ölkədə yağ və duz tapılmaz oldu. Qara bazardakılar zənginləşdi, xalq isə səfalətə düşdü. Ölkəyə göndərdiyimiz provakatorlar üçün isə bu xalqı qızışdırmaq elə də çətin olmadı. Ölkə xalqı sağçı və solçu olaraq ikiyə bölündü və döyüşməyə başladı. Hadisələr elə bir dərəcəyə çatdı ki, hər gün küçə döyüşlərində 50-60 nəfər ölməyə başladı. Bütün ölkə terror qorxsu altında əzilirdi. İnsanlar axşamlar küçəyə çıxa bilmirdilər. Hər bir dəqiqə çovumuş gülləyə hədəf ola bilərdilər. Minlərlə türk gənci uydurma ideologiyalar uğrunda can vermişdi. Hökumətlər bir-birinin arxasınca iqtidara gəlirdi, lakin hadisələrin qarşısını ala bilmirdilər. Sonra çevriliş baş verdi və bütün hadisələr bıçaq kimi kəsildi. Zavallı ölkə xalqı bu qondarma uğuru çevrilişn nəticəsi hesab elədi. Çünki, nəhayət, terrorizm cona çatmış, ölkəyə sabitlik gəlmişdi. Əslində isə, provokatorların vəzifəsi başa çatmış, səhnəni tərk eləmişdilər. Burada səhnələşdirilən oyun xalqı ümidsiz və çarəsiz bir vəziyyətə salmaq və onlara bir “xilaskar” sırımaqdır; bundan sonra bu xilaskar nə edirsə, eləsin, dərhal qəbul ediləcəkdir.
(ardı var)
Tərcümə Hurriyyet.org-undur