Sevgilisindən ayrılan qız özünü dənizə atmaq istədi
9-10-2016 12:30

Sevgilisindən ayrılan qız özünü dənizə atmaq istədi
Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
Lent.az-ın məlumatına görə, gecə saatlarında Dənizkənarı Milli Parkda, «Mirvari» kafesinin yaxınlığında Yasamal rayon sakini, 1987-ci il təvəllüdlü Hətəmova Sevda Xıdır qızı özünü dənizə atmaqla intihara cəhd edib. Parkda olan vətəndaşlar qadını xilas edib.
S.hətəmova intihara cəhd etməsinə səbəb kimi qeyri rəsmi yaşadığı həyat yoldaşının ondan ayrıldığını göstərib.