​Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri məhv edildi - YENİLƏNİB

Naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələrin nəticəsində  “İstila ordusu” qruplaşmasının yaradıcılarından biri  və “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) qruplaşmasının lideri məhv edilib.    
“Sinxua” xəbər verir ki,  suriyalı üsyançıların liderlərinin görüşü  təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.
“Röyters”in xəbərinə görə, hücum nəticəsində öldürülən “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqebdir.
 
*** 01.53
 
Naməlum təyyarə Suriyanın şimal-qərb hissəsindəki rayonların birinə zərbələr endirib.  APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə,  aviazərbə nəticəsində üsyançıların bir neçə lideri öldürülüb. 
Məlumata görə, suriyalı üsyançıların liderlərinin görüşü  təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.
İnsidentin təfərrüatları açıqlanmır.