​Əziz Yıldırım Bakıdan qayıdanda təyyarədə Fətullah Gülən haqqında nə deyibmiş...

Türkiyədə 2011-ci ildə danışılmış futbol oyunları ilə bağlı  həbs əməliyyatını təşkil edən Fətullah Gülən olub.
Bu açıqlama ilə CNN Türk kanalında qatıldığı proqramda jurnalist, vaxtilə Fətullah Gülənin ən yaxın adamlarından olan Hüseyn Gülerce çıxış edib.
O, bildirib ki, buna səbəb “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırımın Gülənin ünvanına sərt sözlər işlətməsi idi. Gülerce Əziz Yıldırımın keçmiş vəkili Faiq İşıqa istinadən bildirib ki, Yıldırım Azərbaycandan qayıdarkən özəl təyyarədə iş adamı İhsan Kalkavana “Sənin Fətullah Gülənin yanında nə işin var?” deyib:
“Əziz bəy zarafatcıl adamdır. O, zarafat etdikdə tikanlı cümlələr işlədir və bu bəzən qarşısındakı insana toxuna bilir. İhsan Kalkavana zarafatla dedikləri də ünvana çatdırılıb. O, çox ağır zarafat edib. Deyib ki, bu qədər iş adamının Həccə gedirmiş kimi Pensilvaniyaya getməsini anlaya bilmir, Gülənin ünvanına başqa sözlər də deyib. ”, - deyə F. İşıq bildirib.
Jurnalist iddia edir ki, bu fikirlər Gülənə çatdırıldıqdan sonra o, qəzəblənərək Əziz Yıldırımdan dediyi sözlərə görə intiqam alıb və danışılmış oyunlarla bağlı həbs əməliyyatını təşkil edib(virtualaz.org).