​Bakıda evdən 30 min manatlıq qızıl oğurlanıb

Oğurluqda şübhəli bilinən şəxs tutulub.
DİN-in verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov saxlanılıb.