Axtarış
The search found 105785 results in 0.014 seconds.
Search results
Abituriyentlər üçün “şok endirim”
Bu həftəsonu Azərbaycan ali məktəblərinə qəbul müsabiqəsində uğurlu iştirak üçün göstəricilərini yaxşılaşdırmaq istəyən I və IV ixtisas qruplarının abituriyentləri üçün təkrar qəbul imtahanları keçiriləcək. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) qəbul kampaniyasının bütün iştirakçıları üçün belə bir imkan yaradıb.
Muxalifet - 20-07-2017
Əlil, şəhid ailələri sabah etiraz aksiyası keçirəcək
Jurnalistlər evindən Qarabağ əlili olan jurnalistlərə mənzil ayırmadığına görə
Muxalifet - 20-07-2017
Vətəndaşın 200 min manatını mənimsəyən hələ də vəzifədədir
Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Acınacaqlı haldır ki, dələduzluqla məşğul olanların əksəriyyəti əsasən vəzifəli şəxslər və onların yaxınları, qohumlarıdır.
Muxalifet - 20-07-2017
Gürcüstanın Əfqan Muxtarlı ilə bağlı sorğularına Azərbaycan cavab vermir
Gürcüstan tərəfi Əfqan Muxtarlının dindirilməsi ilə bağlı müraciətə Azərbaycan prokurorluğundan cavab almayıb.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın baş prokuroru İrakli Şotadze deyib. O qeyd edib ki, hazırda prokurorluq Azərbaycan hüququi yardımla bağlı iki müraciət göndərib.
“Hazırkı mərhələdə hüquqi yardımın göstərilməsi ilə bağlı Azərbaycana müraciət göndrəmişik və azərbaycanlı həmkarlarımızın onlara cavab verəcəyini gözləyirik. Paralel olaraq Muxtarlının azərbaycanlı vəkilini dindirməyə çalışırıq”, – deyə İrakli Şotadze bildirib.Muxalifet - 20-07-2017
Traktorçu öldürüləndən sonra montyor kimi qələmə verilib
“Qardaşımı şantaj edib yüksək gərginlikli cərəyanın altında ağac kəsdiriblər. Cərəyan vurub, qardaşım elə oradaca keçinib. Sonra da buna məsuliyyət daşıyan adamlar puldan basıb işi ört-basdır elədilər”.
Bərdə sakini Qoşqar Məmmədov deyir, bu il iyunun 13-də qardaşı İlqar Məmmədov yüksək gərginlik keçən ərazidə ağac kəsərkən həyatını itirib. Onun sözlərinə görə, bu ölümdə günahkar olan adamlar var. Gileyi də ondandır ki, istintaq orqanı həmin adamlara himayədarlıq göstərərək işi ört-basdır edib:Muxalifet - 20-07-2017
Diplomatik qalmaqal: Küveyt 15 iranlı diplomatı ölkədən çıxarır
Küveyt hökuməti 15 iranlı diplomatlara 45 gün ərzində ölkəni tərk etməyə vaxt verib
Küveyt hökuməti hərbi attaşe və mədəniyyət üzrə attaşe aparatını bağlayaraq 15 iranlı diplomata ölkəni tərk etmək üçün vaxt verib.
Bu barədə "Sky News Arabia" telekanalına istinadən xəbər verir.
"Biz Küveytin hüquqlarının müdafiəsi üçün İranın ölkədəki diplomatik nümayəndələrinə qarşı diplomatik tədbirlər gördük", - ölkənin informasiya naziri telekanala bildirib.Muxalifet - 20-07-2017
Rusiya Lapşini ekstradisiya edəcəkmi... – Kremldən CAVAB
Dmitri Peskov: Bu, Kremlin mövzusu deyil
"Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil."
RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu mövzu Kremldə izlənilirmi və Lapşinin ekstradisiyasında israrlı olacaqlarmı?" sualına cavab olaraq D.Peskov bildirib: "Xeyr, bu, Kremlin mövzusu deyil."Muxalifet - 20-07-2017
Həbsdən çıxdı, atasını öldürdü, anasını bıçaqladı və... - Bakıdakı hadisənin TƏFƏRRÜATI
Bakıda atasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, bu ilin mart ayının 12-də Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emil Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb.Muxalifet - 20-07-2017
Çin Tayvan Boğazını nəzarətə götürdü -YENİ SAVAŞ ANONSU
Çinin Müdafiə Nazirliyi bəyan edib ki, Tayvan Boğazını nəzarət altına alıb.
Çin Xalq Qurtuluş Ordusu Tayvan Boğazı ətrafındakı vəziyyətə davamlı nəzarət altına alıb.
Tayvan mediası isə bəyan edib ki, Çinin təyyarədaşıyan gəmisi “Liaoning” bu ayın əvvəllərində Honkonqa gedərək Tayvan Boğazından keçdiyi zaman ABŞ hərbi donanması tərəfindən izlənib.
Çin Hava Qüvvələrinə aid H-6 bombardmançı təyyarələr ötən həftə Tayvan hava müdafiə sahəsi yaxınlığında manevrlər edib.Muxalifet - 20-07-2017
İstanbul-Moskva təyyarəsini ildırım vurdu
İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsini ildırım vurub.
Hadisə Türkiyə səmasında baş verib.
Məlumatlara görə, təyyarə uçuşu tam yerinə yetirə bilib. Şeremetyev aeroportuna eniş edən təyyarədə hadisə zamanı xəsarət alan olmayıb.Muxalifet - 20-07-2017
Başına 1 milyon qoyulan PKK terrorçusu öldürüldü
Başına 1 milyon lirə mükafat qoyulan terrorçu Fərid Polad öldürülüb.
Türk mediası xəbər verir ki, PKK terror təşkilatının Qars, Ərzurum və İqdır üzrə məsul şəxsi olan “Taylan” ləqəbli Fərid Polad keçirilən əməliyyat nəticəsində öldürülüb.
Məlumat üçün deyək ki, Fərid Poladın adı Türkiyədə axtarışda olan terrorçuların siyahısında yaşıl xətlə keçirdi.
Bəlli olub ki, Fərid Polad iyulun 6-da Qarsda jandarma və təhlükəsizlik qüvvələrinin Kağızman mahalında keçirdiyi birgə hava əməliyyat zamanı öldürülən yeddi terrorçudan biri olub.Muxalifet - 20-07-2017
Ronaldinyo prezidentlə LƏZGİNKA OYNADI - VİDEO
Çeçenistan prezidenti Ramzan Kadırov braziliyalı futbolçu Ronaldinyo ilə ləzginka oynayıb.
Ölkə lideri bir neçə gün əvvəl Rusiyanın məşhurlarını Qroznıya dəvət edib. Onlar arasında futbolçu Ronaldinyo da olub. Məclisin ən yadda qalan məqamlarından biri Kadırovun Ronaldinyodan ləzginka oynamasını istəməsi olub.
Həmçinin Timati, Valeriya, Nikolay Baskov, İqor Krutoy və başqaları da Kadırovun məclisində mahnılar ifa edib.Muxalifet - 20-07-2017
Almaniyanın Türkiyəyə cavabı gecikmədi
Almaniya xarici işlər naziri Siqmar Qabriel “Böyükada” böhranı ilə bağlı Türkiyənin sərt çıxışlarına reaksiyasını gecikdirmədi.
Nazir aktivistlərin həbs edilməsinin tənqidi səslərin susdurulması kimi şərh edib və Türkiyə ilə siyasi münasibətlərə yeni istiqamət gətirməli olduqlarını qeyd edib:
“Türkiyə ilə münasibətlərimizə bu şəkildə davam edə bilmərik. Ankaranın yürütdüyü siyasət cavabsız qalmayacaq”.Muxalifet - 20-07-2017
Rusiyadan prezidentlərin görüşü haqqında AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyada görüşünün keçiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Rusiya XİN rəsmi nümayəndəsinin müavini Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya" qəzetində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatla tanışdırlar.Muxalifet - 20-07-2017
Qətərə qoyulan daha bir şərt götürüldü
Körfəz ölkələri Qətərdəki Türkiyə hərbi bazasının bağlanmasını istəmir.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Xəbərdə Körfəz ölkələrinin Qətər qarşısında irəli sürdüyü və daha sonra sayı 6-ya enən tələblər siyahısında sözügedən tələbin qeyd olunmadığı bildirilib.Muxalifet - 20-07-2017
Gürcüstanda 3 azərbaycanlı ailənin EVİ YANDI
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində üç ev yanıb.
Yanğın evlərin birində elektrik xətlərdə qısa qapanma səbəbindən baş verib və qısa müddət ərzində qonşuluqda olan digər iki evə yayılıb.
Xəsarət alan olmasa da, yanğın nəticəsində üç ev yararsız hala düşüb. Üç çoxuşaqlı ailə evsiz qalıb. 19 nəfər hazırda qohumlarının evində məskunlaşıb.Muxalifet - 20-07-2017
Rusiyada axtarışda olan azərbaycanlının meyiti tapıldı
Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib.
Lent.az-ın Ukrayna paytaxtındakı mənbələrə istinadən verdiyi məlumata görə, bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.
O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir.Muxalifet - 20-07-2017
"Astana" "Qarabağ"ı təbrik etdi - FOTO
Qazaxıstanın "Astana" klubu rəsmi saytı vasitəsi ilə “Qarabağ”ı Çempionlar Liqasının III mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.
Qol.az-ın xəbərinə görə, “Qarabağ” rəsmi Feysbuk səhifəsi vasitəsi ilə “Astana”ya təşəkkürünü bildirib. "Qarabağ" da Qazaxıstan təmsilçisini Çempionlar Liqasında III mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edib və növbəti oyunlarda uğurlar arzulayıb.Muxalifet - 20-07-2017
Tetçer Səddamı kimyəvi silahla vurmaq istəyirmiş
Britaniyanın keçmiş baş naziri Marqaret Tetçer 1990-cı ildə İraq qüvvələrinin Küveyti işğalı zamanı İraq Prezidenti Səddam Hüseynə qarşı kimyəvi silah da istifadə etməyi planlaşdırıb.
Bu barədə informasiyanı “Faynənşl Tayms” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin tam məxfi qrifi üzərindən götürülmüş sənədlərə əsasən yayıb.Muxalifet - 20-07-2017
SEPAH-ın 14 hərbçisi Suriyada öldürüldü
Suriyadakı qarşıdurmalarda İran İslam İnqilabı Keşikçiləri Korpusunun milliyətcə əfqan olan 14 üzvü öldürülüb.
“Yeni Şəfəq”ə istinadən xəbər verir ki, öldürülən şəxslər üçün İranın müxtəlif şəhərlərində yas mərasimi təşkil edilib. Cənazə mərasimləri, xüsusilə, Xorasan, Qum, Tehran, Elburz, Fars və İsfahan əyalətlərində baş tutub.
Qeyd edək ki, qeyri-rəsmi mənbələr indiyə qədər Suriyada İranın 2400 hərbçisinin qətlə yetirildiyini bildirirlər.Muxalifet - 20-07-2017