Qətərə qoyulan daha bir şərt götürüldü

Körfəz ölkələri Qətərdəki Türkiyə hərbi bazasının bağlanmasını istəmir.
 
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Xəbərdə Körfəz ölkələrinin Qətər qarşısında irəli sürdüyü və daha sonra sayı 6-ya enən tələblər siyahısında sözügedən tələbin qeyd olunmadığı bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qətər qarşısında irəli sürdükləri tələblərin siyahısını qısaltdığını açıqlayıblar. Ərəb ölkələri 13 detallı tələblər paketini 6 ümumi prinsip əsasında yenidən formalaşdırıblar. Yeni siyahıda Əl-Cəzirə telekanalını bağlanılması, həmçinin bütün İslam təşkilatlarının Qətərdən çıxarılması tələbləri yer almayıb. Bu dəfə ərəb ölkələri yeni “prinsiplərin” yerinə yetirilməsi üçün vaxt qoymayıb və onların daha geniş xarakterə malik olduğunu qeyd ediblər.