Çin Tayvan Boğazını nəzarətə götürdü -YENİ SAVAŞ ANONSU

Çinin Müdafiə Nazirliyi bəyan edib ki, Tayvan Boğazını nəzarət altına alıb.
 
Çin Xalq Qurtuluş Ordusu Tayvan Boğazı ətrafındakı vəziyyətə davamlı nəzarət altına alıb.
Tayvan mediası isə bəyan edib ki, Çinin təyyarədaşıyan gəmisi “Liaoning” bu ayın əvvəllərində Honkonqa gedərək Tayvan Boğazından keçdiyi zaman ABŞ hərbi donanması tərəfindən izlənib.
Çin Hava Qüvvələrinə aid H-6 bombardmançı təyyarələr ötən həftə Tayvan hava müdafiə sahəsi yaxınlığında manevrlər edib.
O zaman Tayvan hökuməti yaranan bu situasiyada ordu ilə bağlı məsələni gözdən keçirdiyini bəyan edib.
Rəsmi Pekin isə buna cavab olaraq bölgədə hərbi təyyarələrin manevrinin davam edəcəyini elan edib.
Məlumat üçün qeyd edək ki, 1949-cu ildə Çində Mao Zidongun iqtidara gəlməsindən sonra bəzi hökumət üzvləri Tayvana qaçaraq adada müstəqillik elan edib və millətçi çinlilər olaraq Tayvan dövlətini qurublar. Lakin Çin Tayvanın müstəqilliyini qəbul etməyib. Tayvanı 20-dən çox ölkə tanıyır.
Həmçinin Çin dövləti Amerikanın Tayvana 1,3 milyard dolar həcmində silah satmasına sərt reaksiya göstərib.
Rəsmi Pekin Tayvanın müstəqillik elan edəcəyi halda hərbi gücdən istifadə edəcəyini, bu ərazinin əslində Çinin bir əyaləti olduğunu elan edib.