Axtarış

The search found 105785 results in 0.012 seconds.

Search results

  1. Rusiyaya qarşı sanksiya layihəsi SENATIN GÜNDƏMİNDƏ

    ABŞ Senatı Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini aşağı palataya təqdim edib.
     
    "RİA Novosti"nin verdiyi xəbərə , ABŞ Senatı iyunun ortalarında Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini dəstəkləyib. Lakin aşağı palatadakı respublikaçılar düzəlişi bloklayıblar.  Lakin sonradan düzəlişlər edilmiş qanun layihəsi Nümayəndələr Palatasına təqdim edilib. 

    Muxalifet - 30-06-2017

  2. 8 yaşlı oğlanı elektrik cərəyanı öldürüb

    Lənkəranda azyaşlını cərəyan vuraraq öldürüb.
     
    Hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü  Nuriyev Zaur Eldar oğlu transformatora toxunub, nəticədə cərəyan onu vuraraq öldürüb.
     Meyit müayinə olunması üçün Lənkəran şəhər morquna gətirilib.

    Muxalifet - 30-06-2017

  3. Bu gün şagirdlərin buraxılış imtahanıdır

    İmtahanların idarə olunmasına ümumilikdə 238 imtahan rəhbəri, 2805 nəzarətçi-müəllim ayrılıb
     

    Muxalifet - 30-06-2017

  4. 31 yaşlı kişini maşın vurub - ABŞERONDA

    Abşeron rayonunun H.Z.Tağıyev qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
     
    Yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Dadaşov Şəhriyar İlkin oğlunu minik avtomobili vurub.
    Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet - 30-06-2017

  5. "Jiquli" 30 yaşlı piyadanı vurub - XƏZƏRDƏ

    Yaralı çoxsaylı sınıq xəsarətləri alıb
     
    Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Qəza Qala qəsəbəsində qeydə alınıb.
    Yolu keçmək istəyən 30 yaşlı Pirallahı rayon sakini Yuri Filatovu "VAZ-2104" markalı avtomobil vurub. Piyada çoxsaylı sınıq xəsarətləri alıb. O, hadisə yerinə çağrılan "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırlıb. Həkimlər onun həyatını xilas edə biliblər.

    Muxalifet - 30-06-2017

  6. Damı təmir edərkən 2-ci mərtəbədən yıxıldı

    Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
     
    Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.
    Ə.Qayıbov küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damında təmir işi aparan 1981-ci il təvəllüdlü Atakişiyev Şəmistan Rafiq oğlu oradan yerə yıxılıb.
    Nəticədə o, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 30-06-2017

  7. Zabratda gənc oğlan bıçaqlanıb

    Hadisə mübahisə zəminində baş verib
     
    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
    Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Eyvazzadə Tural Qənbər oğlu tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.
    Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

    Muxalifet - 30-06-2017

  8. 3-cü mərtəbədən yıxılan uşaq VƏFAT ETDİ

    Hadisə Xətai rayonunda baş verib
     
    Ötən gün Bakının Xətai rayonunda 3-cü mərtəbədən yıxılan uşaq ölüb.
    Hadisə N.Əliyev küçəsində yerləşən binada baş verib.
    Üçüncü mərtəbədə yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və oradan yerə yıxılıb. Uşaq 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib və bu gün dünyasını dəyişib.

    Muxalifet - 30-06-2017

  9. Azyaşlı qızı avtomobil vurub - ŞAMAXIDA

    Uşaq ağır xəsarət alaraq Bakıdakı xəstəxanalarından birinə yerləşdirilib
     
    Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.
    Hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.
    Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.
    Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.

    Muxalifet - 30-06-2017

  10. Pentaqon NATO büdcəsinin artırılma səbəbini açıqladı

    NATO ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş olmayacağını etiraf edərək hərbi büdcələrini artırırlar.
     
     “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib. 
     “NATO büdcəsinin bir neçə il ərzində artırılması onu göstərir ki, Alyans ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş ola biləcəyinə artıq inanmır”, - deyə C.Mettis qeyd edib.   

    Muxalifet - 30-06-2017

  11. Şəhidin əkiz övladları dünyaya gəldi - BABALARI ONLARI HƏRBÇİ GÖRMƏK İSTƏYİR

    Bu ilin fevralında işğalçı Ermənistan hərbi bölmələrinin təxribatçı hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Şahlar Nəzərovun əkiz övladları iyunun 29-da Respublika Klinik Xəstəxanasında dünyaya gəlib.
     
    Bu barədə şəhidin atası Yaşar Nəzərov məlumat verib. Uşaqların anasının iyunun 9-dan dövlət xəstəxanasında həkim nəzarətində olduğunu deyən Y.Nəzərov həkimlərin diqqət və qayğısından razılıq etdi.

    Muxalifet - 30-06-2017

  12. “Rusiyadan komanda gələn kimi Abbas Abbasov hərəkətə keçəcək” - SƏRDAR CƏLALOĞLU

    Partiya sədrindən Abbas Abbasovla bağlı şok açıqlamalar
     
    2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri yaxınlaşdıqca Rusiyadakı bir sıra qüvvələrin “seçki hazırlıqları”na başladıqları barədə məlumatlar yayılmaqdadır. Yayılan xəbərlərə görə, bu dəfə seçkilərdə Azərbaycan iqtidarına qarşı qurulacaq ittifaqa baş nazirin keçmiş birinci müavini Abbas Abbasov rəhbərlik edəcək. Bu ittifaqa Azərbaycanın daxilindən də bəzi “vurulan” fiqurların daxil olacağı bildirilir.

    Muxalifet - 30-06-2017

  13. 20 Yanvar dairəsi də ləğv ediləcək - VİDEO

    Bakıda daha bir dairə ləğv edildi.
    Belə ki,, Yasamal rayonu ərazisində ''Beşmərtəbə'' və Nəriman Nərimanov heykəli yaxınlığındakı dairədən sonra bu dəfə İnşaatçılar prospektindəki ''Staistika'' dairəsi bağlanıb.
    Keçmiş ''Sovetski'' ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairədə dəyşikliklər edilib.

    Muxalifet - 30-06-2017

  14. ​Ucarda Qarabağ əlilləri, şəhid ailələri üçün tikilən evlər kimlərə satıldı? – KEÇMİŞ NAZİR HAQDA ŞOK İTTİHAM

    Ucar rayonu Ramal kənd sakini şəhid atası Məmmədov Fikrət Həbi oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.

    Muxalifet2 - 30-06-2017

  15. "G20" sammiti ərəfəsində ALMANLARDAN BÖYÜK ƏDƏBSİZLİK

    Almaniyada 7-8 iyul tarixlərində keçiriləcək "G20" sammitinə hazırlıq zamanı baş verən biabırçı hadisə dünya mediasını bir-birinə qatıb.
     
    "Reuter" xəbər verir ki, Almaniyanın Hamburq şəhərində keçiriləcək "G20" sammitinin təhlükəsizliyini təmin etmək məqsədilə Berlindən gətirilən polis məmurları küçənin ortasında cinsi əlaqəyə giriblər.
    Qəzetin yayımladığı məlumata görə, sözügedən polis məmurları insanların arasındakı ədəbsizliklə yanaşı, küçələri dağıdıb, havaya atəş açıblar.

    Muxalifet - 30-06-2017

  16. Rusiya sürətlə YOXSULLAŞIR

    İlin əvvəlindən etibarən Rusiyada yoxsulların sayı 2 milyon nəfər artıb.
     
    Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Hesablama Palatasının rəhbəri Tatyana Qolikova söyləyib. O, yoxsulluq səviyyəsində yaşayanların sayının 22 milyon nəfər və ya əhalinin 15%-ni təşkil etdiyini bildirib.
    Qeyd edək ki, Rusiyada yoxsulluq 2014-cü ildən etibarən artmağa başlayıb. Keçən ilin martında Rusiya Baş nazirinin müavini Olqa Qolodeç ölkədə minimum əmək haqqı göstəricisindən aşağı gəlir əldə edən rusların sayının 5 milyon nəfər olduğunu açıqlamışdı.

    Muxalifet - 30-06-2017

  17. ABŞ Türkiyənin YPG-yə cavab atəşindən NARAHATDIR

    ABŞ rəhbərliyi altında mübarizə aparan İŞİD əleyhinə koalisiyanın sözçüsü polkovnik Rayan Dillon Türkiyənin Afrin bölgəsində YPG-nın hücum atəşinə cavab verməsinə münasibət bildirib.
     
    Dillon YPG-ni Rakka əməliyyatından uzaqlaşdıracaq hər bir müdaxilədən narahat olduğunu bildirib.
    Dillon Afrin bölgəsinin onların nəzarətində olmadığını, Rakka əməliyyatının üçüncü mərhələsində olduqlarını və bütün qüvvələrin oraya yeridilməsinin vacibliyini vurğulayıb.

    Muxalifet - 30-06-2017

  18. AŞPA Qarabağla bağlı Afinada görüş keçirəcək

    Alt Komitənin sədri: Vyanada nəzərdə tutulan müzakirələr təxirə salınıb
     
    "Münaqişələrin həllinə həsr edilən növbəti görüşün Avstriyanın Vyana şəhərində keçirilməsi planlaşdırılırdı. Təəssüflər olsun ki, mürəkkəb beynəlxalq vəziyyətlə əlaqədar olaraq tərəfdaşları bir yerə yığmaq mümkün olmadığı üçün bu görüş təxirə salınıb".
    Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax deyib.

    Muxalifet - 30-06-2017

  19. Ərdoğanla və Tramp telefonla danışacaq

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutacaq.
     
    İki ölkə başçısı arasında telefon danışığı Türkiyə vaxtı ilə saat 16:30-da baş tutacaq.
    Telefon danışığının təfərrüatları açıqlanmır./trend

    Muxalifet - 30-06-2017

  20. Yeməyimizdəki zəhər...

    Ərzaq bazarımız keyfiyyətsizlik sindromunun pik nöqtəsinə çatıb. Hansı marketə, bazara gedirsən, üstündə sadəcə, istehsal olunduğu ölkənin adı yazılan qənd, yağ, şəkər, şəkər tozu, pendir, kolbasa-sosiska və sair məhsullarla doludur.

    Muxalifet - 30-06-2017

Pages