Axtarış
The search found 105785 results in 0.013 seconds.
Search results
ABŞ-dan növbəti Qətər açıqlaması – XORUZUN QUYRUĞU GÖRÜNÜR
Ərəb ölkələrinin Qətərə qarşı tələblərinin bir hissəsi tərəflər arasında dialoq üçün əsas ola bilər.
Bu barədə bəyanatı ABŞ Dövlət katibi Reks Tillerson yayıb.
“Qətər Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülən tələbləri diqqətlə öyrənməyə başlayıb. Bu tələblərin bəzi elementlərini yerinə yetirmək Qətər üçün çətin olacaq. Biz tərəflər arasında yaranan konfliktin həlli üçün Küveyt əmirinin vasitəçilik səylərini dəstəkləyirik”, – deyə o bildirib.Muxalifet - 26-06-2017
"Rusiya-ABŞ razılaşması qaçılmazdır" - PİONTOVSKİ
Moskva və Vaşinqton arasında böyük razılaşma qaçılmazdır.
Bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı politoloq Andrey Piontkovski söyləyib.
“Amerika elitasının buna münasibətinin necə olacağını söyləmək çətindir. Bu razılaşma utancverici Molotov-Ribbentrop paktına bənzəyəcək. Həm Avropada, həm də Amerikada bu razılaşmadan min dəfə peşman olacaqlar. Moskvanı bu razılaşma o dərəcədə gücləndirəcək ki, biz birqütblü dünyanın bitməsindən və bütün Şərqi Avropa demokratiyaları üçün bədbəxtliyindən danışacağıq.Muxalifet - 26-06-2017
Bakıdan İrəvanı çəkinməyə vadar edən DƏYİŞİKLİK
Rusiya Azərbaycana ən müasir silahlar satmaqda davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri açqılamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, əgər Moskva bundan öncə bölgədə pozulmuş balansın ləğvinə çalışdığını iddia edirdisə, indi Azərbaycana yeni silahlar satmaqla vəziyyəti Bakının xeyrinə bir az da dəyişir:Muxalifet - 26-06-2017
Kaliforniyada Quranı təhqir etdilər
"The Guardian" yazır ki, Kaliforniyanın hakimiyyət orqanları Sacramento və Davisdəki İslam Mərkəzlərinə qarşı mümkün nifrət cinayətlərinin törədilə biləcəyindən ehtiyat edir.
Sacramento dairə şerifinin departamenti bildirib ki, hazırda buradakı İslam Mərkəzinin ən-Nur məscidində baş vermiş hadisə araşdırılır.
Rəsmilər məscidin hasarından yandırılmlış Quran və donuz əti parçasının qandallarla asıldığını görüblər.Muxalifet - 26-06-2017
“Bakıdan yüz erməni əsiri Primakovun təyyarəsinə doldurub apardıq İrəvana...”
Rusiyanın keçmiş baş naziri və xarici işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Yevgeni Primakovun vəfatından iki il keçir. Virtualaz.org xəbər verir ki, bu münasibətlə Primakovun yaxın dostu, Rusiya xarici işlər nazirinin müavini və MDB işləri üzrə naziri olmuş Boris Pastuxov “Komsomolskaya Pravda”ya onunla bağlı xatirələrini danışıb.
Muxalifet2 - 26-06-2017
Şikayət etdi, əlillik dərəcəsini də aldılar - CƏLİLABAD SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ - VİDEO
Cəlilabad rayon sakini Nuriyev Faba Oruc oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif illərdir ayrı-ayrı məmurlar tərəfindən hüquqlarının kobud surətdə pozulduğunu qeyd edərək, saytımız vasitəsilə prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevadan dəstək istəyir. Onun video-müraciətini olduğu kimi dərc edirik:
Muxalifet2 - 26-06-2017
“Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?” – ALEKSANDR PROXANOV
Rusiyalı ictimai-siyasi xadim, yazıçı Aleksandr Proxanovun Bakıya səfəri nəinki Azərbaycanda, o cümlədən qonşu ölkələrdə ajiotaja səbəb olub. Virtualaz.org-a verdiyi müsahibədə rusiyalı analitikin bəyanatlarını nəzərə alsaq, bu qəribə deyil.
Muxalifet2 - 26-06-2017
Model Leylanın ölmündə ittiham olunan həkim: “Mənim günahım yoxdur”
Xəbər verdiyimiz Bakıda model qız estetik əməliyyatı zamanı ölüb.
Əməliyyat həkim Siruz Qoçxani tərəfindən icra olunub. Hadisə "Zəfəran Hospital"da baş verib.Muxalifet2 - 26-06-2017
Oğurluqda ittiham olunan prezident qızı rəzil oldu - FOTO
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp oğurluqda ittiham olunub.
Muxalifet.az xəbər verir ki, “Aquazzura” ayaqqabı brendi İvanka Trampı onların vizit kartı sayılan modellərinin sürətini çıxartmaqda günahlandırıb. Bundan başqa İtalyanın məşhur brendi “Aquazzura” bəyan edib ki, onların modelləri 780 dollardır, prezidentin qızı isə brendə məxsus olan fasonların təqlidini daha ucuz qiymətə - 150 dollara satıb. Məlumata görə, İvanka Trump bu satışdan yüksək qazanc əldə edib.Muxalifet2 - 26-06-2017
NASA yadplanetlilərin bir addımlığında
Dünyanın ən böyük haker qrupu olan “Anonim” NASA-nın (Milli Aviasiya və Kosmos Dairəsi) yadplanetlilərin varlığını açıqlamaq üzrə olduğu xəbərini yayıb.
Muxalifet.az xəbər verir ki, qrupun Yutubda yayımladığı son videosunda Kosmos Elm və Texnologiyaları Universitetinin təşkil etdiyi toplantıda NASA sözçüsü olan professor Tomas Zurbuxen bu açıqlamanı verib:Muxalifet2 - 26-06-2017
“Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi” – RƏSMİ ETİRAF
Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi. RİA “Novosti” xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.
“Rusiya və potensial olaraq digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi”, - deyə Ş.Spayser bildirib.
Bu gün D.Tramp özünün “Twitter” səhifəsində yazıb ki, onu Rusiya ilə əlbir olmaqda ittiham edənlər ondan üzr istəməlidir.Muxalifet2 - 26-06-2017
AZAL "Aeroflot"dan izahat tələb edəcək – Erməni yeməyinə görə
Bunu AZAL-ın Moskvadakı nümayəndəsi bildirib
İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur.
Bunu AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.
Onun sözlərinə görə, "Aeroflot"un Moskva-Bakı reysinin menyusunda "ermənisayağı hinduşka" yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.Muxalifet - 26-06-2017
"Yadplanetlilər mövcuddur" - NASA-dan ŞOK AÇIQLAMA
NASA Yerdə yadplanetlilərin olduğunu rəsmi şəkildə açıqlamağa hazırlaşır.
Esoreiter.ru-nun xəbərinə görə, bu barədə Anonimus haker qrupunun internet səhifəsundə bildirilir.
Hakerlərin dediyinə görə, NASA-nın nümayəndəsi, professor Tomas Zurbuxen ABŞ-ın elm və kosmos komitəsinin son iclasında bildirib ki, bu gün yadplanetlilərin mövcud olduğunu etiraf etmək nəinki vacib, hətta qaçılmazdır.Muxalifet - 27-06-2017
Holandiya “Azadlıq” qəzetinin redaktoruna siyasi sığınacaq vermədi – MƏHKƏMƏ QƏRARI
Bu ilin yanvar ayında ailəsi ilə birlikdə Azərbaycanı tərk edərək, Hollandiyaya sığınan "Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev çətin durumla üzləşib.
BakuPost.az xəbər verir ki, o, sığınacaq uçun müraciət etdiyi yerli məhkəmədən rədd cavabı alıb. Məhkəmə ona oturum verməkdən imtina edib və ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.
Jurnalistə izah olunub ki, miqrasiya sahəsində Avropa ölkələri arasında əməkdaşlığı nəzərdə tutan "Dublin Sazişi”nə görə, o yalnız Avropaya daxil olduğu ölkədən siyasi sığınacaq istəyə bilər.Muxalifet2 - 27-06-2017
"Canpoladın sağlamlığı şübhə altındadır" - DÜNYA ÇEMPİONUNUN QARDAŞI ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ
Hamıya məlumdur ki, Uşu-sanda üzrə ikiqat dünya və Avropa çempionu, Dünya Kubokunun sahibi, Azərbaycan uşu-sanda yığmasının sabiq baş məşqçisi Canpolad Budaqov hazırda Rusiyada həbsdədir. Budaqovlar ailəsinin üzvləri dəfələrlə onun həyatının təhlükə altında olduğunu bildirib. Ancaq son 1 ildən çoxdur ki, Azərbaycanın ilk uşu-sanda üzrə dünya çempionun vəziyyəti ilə bağlı məlumat yoxdur.
Bunun üçün də Canpolad Budaqovla bağlı xəbər almaq üçün onun qardaşı Elman Budaqovla əlaqə saxladıq.
Muxalifet2 - 27-06-2017
80 tondan artıq Azərbaycan kartofu Qazaxıstandan geri qaytarıldı - YARARSIZ OLDUĞU ÜÇÜN
İyunun 10-dan 23-ə qədər Qazaxıstan ərazisinə tədarük edilən məhsulların fitosanitar yoxlanması zamanı ölkə qanunvericiliyinin və bitkilərin karantini sahəsində Avrasiya İqtisadi İttifaqının göstəricilərinin pozulması ilə əlaqədar 8 fakt aşkar edilib.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, bu qnun pozuntuları arasında Azərbaycandan ümumi çəkisi 81,5 ton olan kartofda qızılı kartof nematodunun aşkar edilməsi faktı da yer alıb. Həmin məhsul təhlillərdən sonra ixracatçı ölkəyə, yəni Azərbaycana qaytarılıb.Muxalifet2 - 27-06-2017
“Heykəl dustağı” 5 gündür aclıq edir – Ailəsinə məlumat verilmir
Gənc fəal iyunun 23-də aclığa başladığını bildirib
Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən gənc fəal Bayram Məmmədov iyunun 23-də aclığa başlayıb. Məmmədovun aclıq elan etməsinin beçinci günü olmasına baxmayaraq onun tələrləruinin yerinə yetirilib-yetirilməməsi və səhhəti ilə bağlı ailəsinə indiyədək hər hansı məlumat verilməyib. Bu barədə Bayram Məmmədovun atası Fərman Məmmədov Ameirkanın Səsinə bildirib.
“Bu gün Bayramın telefonla zəng çalmaq günüdür. Amma, saat 14.30 olmasına baxmayaraq hələ zəng etməyib”, ata deyib.Muxalifet - 27-06-2017
27 yaşlı oğlanı ilan sancıb - GORANBOYDA
Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir
Goranboy rayonunda yerli sakini ilan sancıb.
Hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. Orada əkin sahəsində işləyən 1990-cı il təvəllüdlü İntiqam Əsgərovu əlindən ilan sancıb.
O, yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.Muxalifet - 27-06-2017
Qaxda DƏLƏDUZLUQ
Qax rayonunda dələduzluq faktı aşkarlanıb.
Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Elbrus Xəlilov tutulub.
Onun 2015-ci il sentyabrın 11-də Zaqatala rayon sakinləri olan 2 nəfəri aldadıb onlardan ümumilikdə 184 baş qoyun aldığı və pulunu vermədiyi müəyyən edilib.Muxalifet - 27-06-2017
81 yaşlı kişi gilas ağacından yıxılıb – Travmatik Şok
Şəkidə 81 yaşlı kişi ağacdan yıxılıb.
Mərkəzi Rayon Xəstəxanasından (MRX) verilən məlumata görə, bu gün saat 17.00 radələrində Şəki şəhəri Abdulla Şaiq küçəsi ev 11 ünvanında yaşayan Yusif Həzrət oğlu Zakirov ağır qapalı kəllə-beyn travması və travmatik şok vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Məlum olub ki, Yusif Zakirov yaşadığı ünvanda gilas yığan zaman ağacdan yıxılaraq ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 27-06-2017