Zabratda gənc oğlan bıçaqlanıb
30-06-2017 09:10

Hadisə mübahisə zəminində baş verib
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Eyvazzadə Tural Qənbər oğlu tanımadığı şəxslə mübahisə edib və nəticədə bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.