Qaxda DƏLƏDUZLUQ
27-06-2017 18:18

Qax rayonunda dələduzluq faktı aşkarlanıb.
Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Elbrus Xəlilov tutulub.
Onun 2015-ci il sentyabrın 11-də Zaqatala rayon sakinləri olan 2 nəfəri aldadıb onlardan ümumilikdə 184 baş qoyun aldığı və pulunu vermədiyi müəyyən edilib.