Arif Hacılı yenidən başqan oldu - YENİLƏNDİ

Baxış sayı:
1660

Səsvermənin nəticələrinə görə, Arif Hacılı yenidən başqan seçilib. 

***

Partiya rəhbəri postuna keçirilən səsvermə başa çatıb. Hazırda nəticələr hesablanır. 

***

Müsavat Partiyasının IX qurultayı başlayıb.

Muxalifet.az-ın məlumatına görə, qurultay “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçirilir.

Müsavat Partiyasının başqanı postuna namizədlər hazırkı başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır.

Çıxışlar başa çatdıqdan sonra səsvermə prosesi başlayıb.