"ABŞ müharibə istəyirsə axıra qədər savaşarıq” - ÇİNDƏN SENSASİON BƏYANAT

Baxış sayı:
8503

“Çin müharibə istəmir, amma ABŞ istəyirsə axıra qədər savaşarıq”.

Bunu Çinin müdafiə naziri Vey Fenqe deyib.

Nazir Pekin-Vaşinqton hökumətləri arasındakı gərginliyi azaltmaq məqsədilə 31 may – 2 iyun tarixlərində Sinqapurda təşkil olunan Şanqri-La Dialoqu Zirvəsində çıxış edib. Onun gündəmində son dövrlərdə tayvan boğazından ABŞ-a aid döyüş gəmilərinin keçməsi və ABŞ-ın Çinə qarşı Tayvana verdiyi dəstək olub. Nazir bildirib ki, Çin ordusu Tayvanı ayırmaq cəhdlərinə heç vaxt icazə verməyəcək.

“Bir xarici qüvvənin bir Çin siyasətinə meydan oxuyaraq Tayvanı ayırmağa cəsarət edəcəyi təqdirdə, Qurtuluş Xalq Ordusu (PLA) milli maraqlarını qorumaq üçün axıra qədər savaşacaq. Çini bölmək cəhdləri uğurlu alınmayacaq. Tayvan məsələsinə müdaxilə uğursuzluğa məhkumdur”-, Fenqe deyib.

Zirvədə ABŞ-ı təmsil edən müvəqqəti müdaifə naziri Patrik Şanaxan Vaşinqtonun bölgədəki müttəfiqlərini Çinə qarşı ehtiyatlı olmağa, öz suverenlikləri üçün müdafiə xəsrclərini artırmağa çağırıb. O, Çinin potensial təhdid olduğunu vurğulayıb.