ABŞ-dan ŞOK ETİRAF: "PKK ilə əməkdaşlıq edərək, özümüzü Türkiyə ilə qopma nöqtəsinə gətirdik"

Baxış sayı:
18961

“Şimalı Suriyada  baş verənlərdə də ABŞ məsuliyyət  daşıyır”

Safvan Allahverdi,
Vaşinqton

Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Hudzon Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Michael Doran, "PKK ilə işbirliyi edərək, özümüzü Türkiyə ilə  qopma nöqtəsinə gətirdik. Bu həmlə həm insani, həm də strateji baxımdan məntiqsiz idi. O bölgədə PKK ilə müttəfiqlik etdik. Oradakı YPG qüvvələri açıqca PKK təşkilatına mənsub olanlardı", -deyə etiraf edib.
Michael Doran və sabiq ABŞ XİN siyasi-hərbi işlər katibi köməkçisi Mark Kimmitt Hudzon Universitetinin təşkil etdiyi Türkiyənin Şimali Suriyadakı əməliyyatının müzakirə olunduğu bir paneldə danışıb. PKK-nın ABŞ tərəfindən terror təşkilatı kimi tanındığını vurğulayan Doran, ABD rəhbərliyinin PKK-nın Suriya qolu olan YPG ilə işbirliyi qurmasını tənqid edib.
ABŞ rəhbərliyinin Ankaranın şikayətlərini yetərincə  dinləmədiyini dilə getirən Doran, "Türklər bizə illərdir PKK-nın Suriyanın şimalında müstəqil bir kürd bölgəsi qurmaq məqsədilə çalışdığını və PKK-ilə etdiyimiz işbirliyindən rahatsız olduqlarını bildirirdlər. Biz isə sürəkli olaraq Türklərə susmalarını və yerlərinə  oturmalarını söylədik", - ifadəsini  işlədib.

"Amerikan xalqına ciddi bir şəkildə PKK propoqandası aparıldı"

ABŞ Xüsusi Təyinatlılarını  sabiq komandanı general Raymond Thomasın 2017-dəki bir nitqinə istinad edən Doran, YPG-nin adının SDG (Suriya Demokratik Qüvvələri) olaraq dəyişdirildiyinə, qrupa ərəb və diğər etnik azlıqların qatıldığına  baxmayaraq, idarəetmənin hər zaman PKK-da olduğuna diqqət çəkib.
Doran bunları deyib: "Özümüzü yalanlarla ovutduğumuzu qəbul etməyimiz lazımdır. Barak Obamanın prezidentliyi dövründə Amerikan xalqına davamlı şəkildə PKK propaqandası aparıldı, amma türklər haqda danışılmadı. Türklər bizə sürəkli bu həmlənin ikili münasibətlərimizə zərər verdyini söylədi, lakin biz özümüzü görməməzliyə vurduq. Bu əməliyyat, sadəcə, prezident Ərdoğanın qərarı deyil, Türk xalqı bu əməliyyatı dəstəkləyir.
Rusiyaya qarşı Avropanın və Asiyanın arasında olduqca önəmli geopolitik mövqeyə sahib olan NATO üzvü Türkiyəni satmaq mənə məntiqli gəlmir. ABŞ Konqresi mütləq Türkiyəyə tətbiq ediləcək sanksiyalar barədə məlumatlandırılmalıdır. Türkiyə bizimlə bərabər Bosna-Hersoqovina, Əfqanıstan və Koreyada  savaşdı. Kürdlərin əksəriyyətini təmsil etməyən irqçi, ifratçı bir terrorçu qrup üçün Türkiyədən uzaqlaşmaq  məntiqli deyil", -deyə ifadə edib.

"Kürdlərə yeni yaşayış məntəqələri tikməyə başladıq..."

Digər tərəfdən, Kimmitt isə ABŞ rəhbərliyinin bölgədəki ərəblərlə işbirliyi qurmağa çalışdığını, bu məqsədlə 500 milyon dollar xərclədiyini, ancaq "qrupa güvənmədikləri" üçün alternativ tərəfdaş axtarışına girdiklərini iddia etdi və ABŞ-ın o dövrdən sonra YPG ilə ortaqlıq etdiyini bildirərək, bunları deyib: "YPG ilə çalışmağa qərar verdiyimizdə başqa bir məsələ ortaya çıxdı. O da qrupun PKK terror təşkilatı ilə olan əlaqəsiydi. Türklərə, İŞİD-ə qarşı YPG ilə olan ortaqlığımızın müvəqqəti  və taktiki olduğunu söylədik. O zamankı ABŞ siyasəti bu istiqamətdə gedirdi. Böyük əksəriyyəti kürdlərdən olan yeni yaşayış məntəqələri tikməyə başladıq. Buraları qoruması üçün də 40 min nəfərlik bir təhlükəsizlik birliyi qurduq. Bəzi qərar verən rəsmilər öz şəxsi düşüncələrinə görə qərar verdilər. YPG-yə böyük miqdarda çeklər yazdılar. Buna haqq qazandırıla  bilməz".
Kimmitt daha sonra bildirib:  "Türkiyənin bu hərbi əməliyyatı   sürpriz deyildi. Ankara illərdır sərhədlərində terror birliklərinə  icazə verməyəcəyini deyirdi. YPG-nin bu bölgələrdən 30 kilometr geriyə çəkilmək əvəzinə, savaş qərarı verməsi   məsuliyyəti onların öz üzərlərinə qoyur. Mənim fikrimcə, bu  işdə ABŞ da məsuliyyət daşıyır, çünki ABŞ  rəhbərliyi türklər  bölgəyə girməzdən əvvəl tərəflər arasında dialoq yaradıb, məsələni həll edə bilərdi".

16.10.2019

Tərcümə etdi: Muxalifet.az